Ii-mühazirə: Kimyada atom-molekul təlimi



Yüklə 229,5 Kb.
səhifə8/8
tarix29.11.2023
ölçüsü229,5 Kb.
#141306
növüMühazirə
1   2   3   4   5   6   7   8
2muh

Həcmi nisbətlər qanunu: Fransız alimi J.Gey-Lüssak 1808 ildə bu qanunu kəşf etmişdir. Sabit temperatur və təzyiqdə bir-biri ilə qarşılıqlı təsirdə olan və reaksiya nəticəsində alınan qazların həcm nisbətləri kiçik tam ədədlər nisbəti kimidir. Məs: a) 2 həcm hidrogen və 1 həcm oksigendən 2 həcm su buxarı əmələ gəlir. Həcm nisbətləri 2:1:2 kimidir. a) 2H2 + O2 → 2H2O (buxarı)
2V 1V 2V
2∙22,4 l 22,4 l 2∙22,4 l
b) 1 həcm hidrogen və 1 həcm xlordan 2 həcm HCl alınır. H.cm nisbətləri 1:1:2 kimidir. H2 + Cl2 → 2HCl
1V 1V 2V
22,4 l 22,4 l 2∙22,4 l
Qarşılıqlı təsirdə olan və ya reaksiya nəticəsində alınan qazların həcmlərinin sayı bu reaksiyanın tənliyində olan müvafiq əmsallara bərabərdir.
7. Klapeyron – Mendeleyev tənliyi: Klapeyron – Mendeleyev tənliyi ideal qazın verilən kütləsinin həcmi V ilə onun təzyiqi P və T-u arasında asılılığı ifadə edir.

R – universal qaz sabiti olub 8,31 coul/mol∙K və ya 0,083 l∙MPa∙mol-1K-ə bərabərdir. Klapeyron – Mendeleyev tənliyinin xüsusi halı Boyl – Mariott və Gey – Lüssak qanunudur. PV=P0V0=const, T – const (T=T0 olduqda),
V:T = V0 : T0 ; P – const (P = P0 olduqda).
Klapeyron – Mendeleyev tənliyinin Avoqadro qanunundan üstünlüyü ondadır ki, o tənlikdə olan dəyişənləri nəinki normal şəraitdə, həmçinin ideal qaz şərtlərini pozmayan istənilən şəraitdə hesablamağa imkan verir.
Yüklə 229,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə