Ii-mühazirə: Kimyada atom-molekul təlimi



Yüklə 229,5 Kb.
səhifə2/8
tarix29.11.2023
ölçüsü229,5 Kb.
#141306
növüMühazirə
1   2   3   4   5   6   7   8
2muh

Kimyəvi element: Nüvəsinin yükü eyni olan atom növünə kimyəvi element deyilir və ya kim.element sıra nömrəsi eyni olan atom növüdür. Bütün kim.ele-mentlər xassələrinə görə 2 yerə–metallara və qeyri-metallara bölünür. (110 element)
Bəsit və mürəkkəb maddələr: Eyni bir element atomlarından təşkil olunmuş maddələrə
bəsit maddələr dey. Məs. bəsit maddə Fe – Fe elementinin atomundan ibarətdir. Müxtəlif element atomlarından əmələ gəlmiş maddələrə mürəkkəb maddə və ya kimyəvi birləşmə dey. Məs. su H2 və O2 elementlərinin atomlarından əmələ gəlmişdir, deməli mürəkkəb maddədir. Bəsit və kim. element məfhumlarının fərqi: “element” abstrakt anlayış olub, atom və molekulların tərkib hissəsini xaraterizə edir.”Bəsit maddə” amğnlayışı konkret olub, konkret maddəni xarakterizə edir. Başqa sözlə, bəsit mad. Atomlar məcmuyuna aid olan müəyyən xassə-lərlə–sıxlığı,həll olması, ərimə və qaynama temperaturu və s. ilə xarakterizə olunur. Kim. ele-ment isə nüvənin müsbət yükü, sıra nömrəsi, oksidləşmə dərəcəsi, izotop tərkibi və s. ilə xarakterizə olunur.
Allotropiya: Eyni bir kimyəvi elementin müxtəlif bəsit maddə əm.gəlməsi hadisəsi allotropiya, əm.gəlmiş bəsit maddələrə isə allotropik modifikasiyalar və ya şəkildəyişmələr dey-r. Məs. O2 və O3 oksigen elementinin; ağ, qırmızı və qara P isə P elementinin allotrop modifikasiyasıdır. Allo-ya həmçinin C, Fe, S, Sn və s. elementlərində də müşahidə olunur. Allo-ya hadisəsi 2 səbəbdən baş verir:
1. Molekulda atomların sayının müxtəlif olması ilə: məs. O2 və O3.
2. Maddələrin kristal quruluşunun müxtəlif olması ilə; məs. almaz, qrafit,karbin.
Nisbi atom kütləsi: (Ar): Atomların kütləsi olduqca kiçik kəmiyyətdir. Məs: H2, C və O2 atomlarının kütlələri müvafiq olaraq 1,66·10-27, 2,0·10-26 və 2,667·10-26 kq-dır. Kim-vi hesabla-ma-da element-in atom kütlə-nin mütləq qiymət-indən istifadə etmək əlverişli deyildir. Ona görə də k.-da elementin nisbi atom kütləsi Ar kəmiyyətindən istifadə olunur. (r-ingiliscə relative sözündəndir, “nisbi” deməkdir).
N isbi atom kütləsi elementin atom kütləsinin C-12 izotopu kütləsinin 1/12-nə olan nis-bətidir.
C-12-izotopu kütləsinin 1/12-i atom kütlə vahidi (a.k.v.) adlanır.
m12C:12=2,0·10-23 q: 12 = 1,6605·10-24 q=1 a.k.v. Onda
məs: O2-nin nisbi atom kütləsi
Nisbi a. kütləsi hər hansı 1 elementin atomunun kütləsinin C-12 izotopu kütləsinin 1/12-dən neçə dəfə çox olduğunu göstərir,yəni nisbi a. kütləsi ölçüsüz kəmiyyətdir.
Dövri sistemdə əksər elementlərin nisbi atom kütlələrinin kəsr ədədlərlə ifadə olunması (məs: Ar(Mg)=24,31; Ar(Cl)=35,453; Ar(Zn)=65,37 və s.) bu elementlərin təbiətdə müxtəlif izotoplar şəklində yazılması ilə əlaqədardır. Məs: təbii Cl 75,4% 35Cl izotopundan (Ar=35) və 24,6% 37Cl (Ar=37) izotopundan ibarətdir. Ona görə

Qeyd: a.k.v. ilə ifadə olunmuş nisbi atom kütləsi elementin 1 atomunun qram-la olan kütləsidir. Məs. m16O=16 a.k.v.=16·1,6605·10-24q =2,667·10-23q.


N isbi molekul kütləsi,(Mr): Molekulun qram-la ifadə olunmuş kütləsi də həmçinin çox kiçik kəmiyyətdir. Məs. suyun 1 molekulunun kütləsi 28,948·10-24 q-dır. Ona görədə hesablama-da nisbi molekul kütləsindən Mr istifadə olunur.
N isbi molekul kütləsi maddənin molekul kütləsinin C-12 izotopu kütləsinin -nə olan nisbətdir.
(T.2)
Məs.
Ədədi qiymətcə nisbi molekul küləsi həmin molekulun tərkibinə daxil olan atomların nisbi atom kütlələrinin həmin atomların sayına vurulmasından alınan ədədlərin cəminə bərabərdir. Məs. H2SO4-ün nisbi molekul kütləsi aşağıdakı kimi hesablanır.
Maddənin nisbi molekul kütləsi onun molekul kütləsinin C-12 izotopu kütləsinin -dən neçə dəfə çox olmasını göstərir. A.k.v. ilə ifadə olunmuş nisbi molekul kütləsi maddənin 1 molekulunun qramlarla kütləsidir. (bax T.2)

Yüklə 229,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə