Ii-mühazirə: Kimyada atom-molekul təlimi



Yüklə 229,5 Kb.
səhifə7/8
tarix29.11.2023
ölçüsü229,5 Kb.
#141306
növüMühazirə
1   2   3   4   5   6   7   8
2muh

v) Ekvivalentlər qanunu: Ekvivalent anlayışını elmə alman kimyaçısı Rixter gətirmişdir. O, 1803 ildə ekvivalentlət (paylar) qanununu kəşf etmişdir. Maddələr bir – biri ilə ekvivalentlər sayda qarşılıqlı təsirdə olurlar. Başqa sözlə, reaksiyaya girən maddələrin kütlələrinin onların ekvivalent kütlələrinə olan nisbəti bir – birinə bərabərdir.
(1) və ya
Burada : m1 və m2 reaksiya girən maddələrin kütlələrini, Meq(1) və Meq(2) isə həmin maddələrin ekvivalent kütlələrini göstərir. (E1 və E – də). (1)ifadəsini belə də yazmaq olar: (2) və ya (2)-yə görə: Reaksiyaya girən və həmçinin alınan maddələrin kütlələri nisbəti onların ekvivalent kütlələrinin nisbətinə bərabərdir.
NH3 –ın əmələ gəlməsində azotun 14 qramı ilə hidrogenin 3 qramı qalıqsız birləşir. Yəni reaksiyaya daxil olan maddələrin verilmiş miqdarı bir – biri ilə kimyəvi cəhətdən eyni qiymətlidir. Başqa sözlə, 14 qram azot 3 qram hidrogenə ekvivalentdir.
5. Avoqadro qanunu: bu qanun yalnız ideal qazlar üçün doğrudur. (Boyl – Mariott, Gey – Lüssak və s. qanunlar kimi).
Eyni şəraitdə (T və P) müxtəlif qazların bərabər həcmlərində eyni sayda molekul
olur. Bu qanunu 1811- ci ildə İtalya alimi Amedeo Avoqadro kəşf etmişdir. Bu qanundan 2 nəticə çıxır.
1.Eyni şəraitdə müxtəlif qazların bir molu eyni həcm tutur, bu həcm qazın molyar həcmi adlanır. Normal şəraitdə (n.ş. T=2730K, P=0,1 MPa) istənilən qazın molyar həcmi 22,4
l/mola bərabərdir.
VMqaz (n.ş.) = 22,4 l/mol = 22,4 m3/kmol.
Qazın molyar həcmi VM onun həcminin V maddə miqdarına ν (1) və ya molyar kütləsinin M onun sıxlığına olan nisbəti (2) ilə müəyyən edilir.

2.Qaz halında olan maddənin molyar kütləsi (M) (eləcə də nisbi molekul kütləsi Mr) onun hidrogenə görə sıxlığının iki mislinə bərabərdir:

Çox vaxt qazların sıxlığını havaya (4 həcm azot + 1 həcm oksigen) görə Dhava­ təyin edirlər. Havanın orta molyar kütləsi

Olduğundan istənilən qazın molyar kütləsi M=29∙Dhava (2) olacaqdır. (1) və (2) formullarından istifadə edib, qazların hidrogenə və havaya görə sıxlığını təyin etmək olar.

Qazın 22,4 litrində (n.ş.) və həmçinin istənilən maddənin 1 mol miqdarında olan molekul və ya atomların sayı Avoqadro ədədi (NA= 6,02∙1023 mol-1) adlanır.

6.
Yüklə 229,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə