Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə102/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Georq Hegelin
(1770-1831-ci illər) fəlsəfəsi alman klassik fəl-
səfəsinin inkişafında zirvədir. Bu fəlsəfə alman fəlsəfi fikrinin ən
yaxşı ənənələrini sistemləşdirir və ümumiləşdirir.
Hegel dünyanın mənzərəsini təsvir edərkən belə hesab edirdi
ki, insan təfəkkür sayəsində ruh ilə təbiətin, subyekt ilə obyek-
tin eyniliyini aşkar edir. Hegel bu eyniliyi ideya adlandırır.
A.Makarov Hegelin bu konsepsiyasını səciyyələndirərək yazır:
“İdeya öz inkişafı prosesində müxtəlif mərhələlərdən keçir, öz
məzmununu getdikcə daha tam açıqlayır. O, əvvəlcə özlüyündə
155
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


inkişaf edir, sonra təbiət – qeyri-üzvi və üzvi dünya və insan
forması kəsb edir, daha sonra dövlət, incəsənət, din və fəlsəfə
formasında təzahür edir. Beləliklə, Hegelin konstruksiyasına
görə, bütün çoxşaxəli dünya yaradıcı qüvvə və onun müxtəlif
təzahür formalarının məcmusu kimi ideyanın özünün inki 
-
şafının məhsuludur”. 
Təfəkkürün və varlığın eyniliyi prinsipi yaranış haqqında xris -
tian ehkamı ilə bir araya sığmır, çünki bu prinsip ən aşağı var-
lığın ilahi ruhun iradəsi ilə yaradılması haqqında tezisə ziddir.
Lakin Hegel bunu başqa cür izah edir: ən aşağı mücərrəd “var-
lıq”dan teleoloji mülahizələr əsasında kateqoriyaların strukturu,
ondan təbiət, sonra isə insan ruhu yaranır. 
Hegel dialektikdir. Onun dialektikası fasiləsiz hərəkətdə olan,
biri digərinə keçən, dəyişən, özünün əksinə çevrilən, onlara da -
xilən xas olan və onların inkişafının hərəkətverici qüvvəsini təş -
kil edən ziddiyyətləri üzə çıxaran ideyalar və anlayışlar dialek-
tikasıdır. 
İnkar və inkarın inkarı inkişaf prosesinin müəyyən mərhələsidir.
İnkarın inkarı nəticəsində əvvəlki inkar müəyyən dərəcədə
“aradan qalxır” və əvvəllər inkar edilən yeni əsasda və yeni for-
mada bərpa olunur. Lakin bu, köhnənin təkrarı, başlanğıc
nöqtəyə qayıdış deyil, inkişafın yeni, daha yüksək pilləsidir.
İnkarı inkar aşağıdakı sxem üzrə baş verir: tezis – antitezis
(inkar) – sintez (inkarın inkarı).
Klassik alman fəlsəfəsinin sonuncu böyük nümayəndəsi

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə