Filasofiya az: filosofia qxd


XIX əsr Qərbi Avropa fəlsəfəsi



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə99/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

XIX əsr Qərbi Avropa fəlsəfəsi.
Maarifçilik fəlsəfəsi öz missi -
yasını yerinə yetirdikdən sonra dəyişmiş şəraitdə onun məhdud
cəhətləri üzə çıxdı. XIX əsr alman filosofları bu tarixi məhdud-
luğu aradan qaldırmaq vəzifəsini öz üzərlərinə götürdülər.
İmmanuel Kant
(1724-1804-cü illər) maarifçilərin ideyalarının
bilavasitə varisi idi. O, insan zəkası və ləyaqəti, cəmiyyətin
mənəvi tərəqqisinə inam, təfəkkürdə formal məntiqi ciddiliyə
riayət etməyin zəruriliyi, istisnasız olaraq hər şeyi ağlın
mühakiməsinə vermək barədə maarifçilik dəyərlərini qəbul
etmişdi. Onun devizi belə idi: “Öz ağlından istifadə etməyə
cəsarətin çatsın!”.
İnsan və onu maraqlandıran aşağıdakı suallar Kantın diqqət
mər kəzindədir: mən nəyi öyrənə bilərəm? Azadlıq nə deməkdir?
Kant bilikləri qeyri-mükəmməl və mükəmməl bilik növlərinə bö -
lür. Mükəmməl bilik həqiqi elmi bilikdir, dəqiqlik, ümumilik və
zərurilik onun səciyyəvi cəhətləridir. Lakin bu cür biliyi təcrübə
nəticəsində əldə etmək ümidi faydasızdır, bilik qeyri-empirik,
yəni aprior xarakter daşıyır. 
152
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


Kanta görə, bizim şüurumuzdan asılı olmayan “özündə şey”
dünyası mövcuddur. İdrak ondan başlayır ki, “şey “özündə şey”
duyğu orqanlarına təsir göstərərək hisslər yaradır. Lakin bu
halda bizim əldə etdiyimiz bilik “özündə şey” barəsində bilik
deyildir. Bu, hissi qavranılan dünyanın yalnız bizim şüurumu -
zun formalarına: duyğulara, anlayışlara və mühakimələrə tətbiq
edilə bilən tərəfləri, xassələri və münasibətləri barədə bilikdir. Bu
formaların tətbiq edilə bilməyəcəyi şeylər haqqında isə bizim
ümumiyyətlə, heç bir biliyimiz ola bilməz: “özündə şey”
dərkedilməzdir. Hiss üçün əlçatmaz olan “şey özündə”
dünyasından fərqli olaraq, hisslərlə qavranılan dünya dərk 
-
ediləndir, lakin bu yalnız onun sayəsində mümkün olur ki, hə -
min dünya dərk edən subyektin malik olduğu hissi məlumatların
nizamsız materialından formalaşır. Kant dərk edən subyektin
müstəqilliyini transsendental (yəni, təcrübədən əvvəl yaranan,
lakin ona tətbiq edilə bilən) şüur adlandırır, əslində isə bu,
təkcənin şüurunun məhdudluğunun nəticəsidir; bu ümumbəşəri
güc müəyyən dərəcədə hər bir fərdə xasdır. Beləliklə, Kant bir
tərəfdən idrakda praktikanın rolunu qəbul edir, digər tərəfdən
praktikanı şüurun, təfəkkürün fəaliyyəti hesab edir. Bu, aqnosti-
sizmdir, həmin təlimə görə, “özündə şey” həmişə bizim
idrakımızın hüdudlarından kənarda olmuşdur və həmişə belə
olacaqdır. 
Kant azadlığın nə demək olması barədə suala da özünəməxsus
tərzdə cavab verir. İ.Narskinin qeyd etdiyi kimi, Kantın fəl-
səfəsində azadlıq haqqında ən azı dörd müxtəlif anlayış vardır.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə