Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə97/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Helvetsi
(1715-1771-ci illər) fransız maarifçiliyinin görkəmli
siması idi. Helvetsinin fəlsəfi baxışlarının nəzəri əsasları duyğu-
ların təcrübə mənbəyi olması haqqında Lokkun təlimi idi.
Təfəkkür beyinin duyğuları müqayisə və kombinə etmək, cəm-
ləşdirmək qabiliyyətidir. Fikirləşmək, mühakimə yürütmək və
müqayisə etmək şeyləri növbə ilə görmək, yəni duymaq kimidir.
O deyirdi: “Mühakimə yürütmək – duymaq deməkdir…, bütün
əqli əməliyyatlar tam duyğulardan ibarətdir”.
Helvetsi belə hesab edirdi ki, dünya obyektiv mövcuddur və
hisslərin köməyi ilə dərk edilir. İnsanın bütün fikirləri və
ideyaları təcrübə prosesində yaranır, buna görə də onun heç bir
149
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


fitri ideyası ola bilməz. Dünya dərkediləndir, onda elə bir şey
yoxdur ki, insanlar onu dərk edə bilməsinlər.
Maarifçilik fəlsəfəsinin ən nüfuzlu siması Holbax (1723-1789-cu
illər) idi. Onun fikrincə, bütün maddi cisimlər bölünməz və də -
yişməz olan atomlardan ibarətdir. Bizim hisslərimizə hər hansı
şəkildə təsir göstərən nə varsa, hamısı materiyadır. Materiya öz
qüvvəsi ilə təsir göstərir və onun hərəkətə gəlməsi üçün heç bir
kənar təkana ehtiyac yoxdur. Hərəkət materiyanın mövcudluğu-
nun zəruri nəticəsidir.
Bütün biliklərin mənbəyi maddi əşyaların insanın duyğu
üzvlərinə təsiri nəticəsində yaranan duyğulardır. 
Holbax yazırdı ki, dinin yaranması bəzilərinin avamlığının və
qorxusunun, digərlərinin yalanının nəticəsidir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə