Filasofiya az: filosofia qxd


rasionalizm adlanır. Avropa rasio - nalizminin banisi  Rene Dekart



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə93/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

rasionalizm
adlanır. Avropa rasio -
nalizminin banisi 
Rene Dekart
(1596-1650-ci illər) olmuşdur. Bu
mütəfəkkir Yeni dövrün riyazi təbiətşünaslığında tətbiq edilmiş
təhlil metodlarını fəlsəfi baxımdan mənalandırmış və ilk dəfə
olaraq elm adamının mənlik şüurunun və daxili aləminin geniş
mənzərəsini yaratmağa çalışmışdır. Dekart özünün əsas prin-
sipi olan “Mən fikirləşirəm, deməli, mövcudam” prinsipini irəli
sürməklə sübut edirdi ki, mövcudluğun yeganə həqiqi meyarı
fikir, şüurdur.
146
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


Dekartın özünəməxsusluğu ondan ibarət idi ki, o, ümumiyyətlə
rasionallıq məsələsini deyil, “sərbəst mühakimə yürütməyə”
imkan verən rasionallıq tipini, azadfikirlilik doğuran və dinin
elmi marağı məhv etməkdə aciz olan dini protestantizm ilə əlaqə-
dar təfəkkür tipi məsələsini qarşıya qoymuşdur. Dekartın əsər-
lərində ilk dəfə olaraq tədqiqat aparan, cəsarətli fərziyyələr irəli
sürən, öz nəticələrinin təsdiqlənməsi və ya təkzib edilməsi
riskindən, bu cür şübhələrdən qorxmayan, sözün ən geniş
mənasında, “fikri eksperiment” aparmağa cəsarət göstərən zəka
barədə söhbət aparılır.
Dekart əmin idi ki, təfəkkür varlığı dərk edir və təfəkkürün
mahiyyəti də elə bundan ibarətdir. Lakin ingilis mütəfəkkiri 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə