Azərbaycan məDƏNİYYƏT İŞÇİLƏRİ



Yüklə 12,59 Kb.
tarix04.11.2017
ölçüsü12,59 Kb.

AZƏRBAYCAN MƏDƏNİYYƏT İŞÇİLƏRİ

MÜSTƏQİL HƏMKARLARLAR İTTİFAQININ RESPUBLİKA KOMİTƏSİ

TƏZADLAR” QƏZETİNƏ QARŞI


Azərbaycan Mətbuat Şurasının Qərarı №155

Qərarın qəbul olunduğu tarix: 30 dekabr2009-cu il.
Şikayətin məzmunu:
Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri C.Səttarova Azərbaycan Mətbuat Şurasına müraciətində “Təzadlar” qəzetinin 24-26 sentyabr 2009-cu il tarixli sayında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin sədri E.Rəhimova barədə həqiqətə uyğun gəlməyən “Özəlləşən profsoyuz” sərlövhəli yazı dərc edildiyini bildirib. Məktubda məqalədəki faktlar yalnış olduğu üçün komitə tərəfindən qəzetin baş redaktoruna müraciət olunduğu, ona iradların çatdırıldığı və yazıdakı məlumatların birgə araşdırılmasının təklif edildiyi, lakin nəşr rəhbərliyinin qarşılıqlı əməkdaşlıqdan yayındığı göstərilib. C,Səttarova çoxsaylı narazılıq doğuran eyni mövzu ilə əlaqədar “Azad Azərbaycan” qəzetində artıq təkzib verildiyini yazaraq “Təzadlar”da da yanlışlıqlara görə etik prinsiplərin tələblərinə uyğun belə addım atılmasının vacibliyinə diqqəti yönəlib. O, Azərbaycan Mətbuat Şurasından bu tələbin reallaşdırılması üçün müvafiq tədbir görülməsini xahiş edib.
Cavabdehin izahatı:
“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili nəşrdə gedən “Özəlləşən profsoyuz” (24 sentyabr 2009) sərlövhəli məqalənin Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzi tərəfindən hazırlandığını, yazı müəllifinin AMSTM-in əməkdaşı Ənvər Börüsoy olduğunu, adıçəkilən komitənin məsul işçisi ilə söhbətdə məhz həmin səbəbdən materiala bu KİV-in deyil, mərkəzin təhqiqat qrupunun cavabdehlik daşıdığını göstərib. A.Mərzili komitə əməkdaşına məsələyə aydınlıq gətirilməsi üçün məqalə müəllifinin telefonunun verdiyini, təkrar araşdırma aparılmasının yalnız onların razılığından sonra mümkünlüyünün izah edildiyini vurğulayıb. Baş redaktor qeyd edib ki, söhbət zamanı təkzib etmək səlahiyyətlərinin olmadığı, şikayətçi tərəfin ancaq cavab məktubunu qəzetin səhifəsinə çıxara biləcəkləri də onların diqqətinə çatdırılb. Lakin o, Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının 13 noyabr 2009-cu il tarixli iclasında da məsələnin müzakirəsi zamanı iradlarla razılaşaraq təkzib verməyə hazır olduğunu deyib.
Azərbaycan Mətbuat Şurasının Qərarı
Azərbaycan Mətbuat Şurası Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin “Təzadlar” qəzetində gedən “Özəlləşən profsoyuz” (24-26 sentyabr 2009) sərlövhəli yazıda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və onun sədri E.Rəhimova barədə yalnış, həqiqiətə uyğun gəlməyən fikirlərin yer alması ilə əlaqədar müraciəti, toplanmış materialları araşdıraraq qərara gəlib ki, həmin material nəşrin səhifəsinə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra prinsip və bəndlərinin tələbləri pozulmaqla çıxarılıb. “Kütləvi informasiya vasitələri haqqında” Qanunun tələblərinə görə mətbu nəşrin rəhbəri orada gedən bütün yanlış faktlara, fikirlərə görə yazı müəllifi ilə birgə cavabdehlik daşıyır. Şura məqalənin birtərəfli qaydada, balans prinsipinin tələbləri sayğısızlıqla verilməsini AJPDQ-nin “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı 1-ci prinsipinin 1.2 bəndinin “jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir” tələblərinin pozulması kimi dəyərləndirib. Eyni zamanda baş redaktorun təkzib verməyə hazır olmasını, qarşı tərəfin bununla razılaşmasını məsələnin həllində məqbul hal sayıb.
Azərbaycan Mətbuat Şurası bütün bunları nəzərə alaraq Qərar Alır:


  1. “Təzadlar” qəzeti nəşrin 24-26 sentyabr 2009-cu il tarixli sayında gedən “Özəlləşən....” sərlövhəli yazıda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik adlı 1-ci prinsipinin 1.2 bəndinin “jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir” tələlərini pozub.




  1. “Təzadlar” qəzetinə nəşrin 24-26 sentyabr 2009-cu il tarixli sayında gedən “Özəlləşən profsoyuz” sərlövhəli yazı ilə əlaqədar təkzib verməsi tövsiyyə olunsun.




  1. Bu qərar “Təzadlar” qəzetinin növbəti sayında dərc edilsin.

Əflatun Amaşov Azərbaycan Mətbuat Şurasının sədri



1. 8.
2. 9.
3. 10.
4. 11.
5. 12.
6. 13.
7. 14.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə