Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə101/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

İohann Qotlib Fixte
(1762-1814-cü illər) təhkimçilik
hüququnun ləğv edilməsinə, vətəndaş azadlıqlarının müəyyən
edilməsinə, Almaniyanın dirçəldilməsinə və birləşdirilməsinə
tərəfdar idi. Fixtenin idealı ən yüksək bəşəri dəyər olan azad -
lıqdır. O yazırdı: “Özünü başqalarının ağası hesab edən hər kəs
özü kölədir. Əgər o, həqiqətdə həmişə belə olmasa da, onun ruhu
kölə ruhudur və özündən daha güclü, onu kölə vəziyyətinə sala
biləcək hər kəsin qarşısında o, iyrənc şəkildə sürünəcəkdir. Yal -
nız o kəs azaddır ki, ətrafındakı insanların hamısını azad etmək
istəyir”. Bu, hadisələrin həqiqi mahiyyətinə dərin fəlsəfi nüfuz
etmək nümunəsidir.
Fixte öz təlimini bütün bəşəri biliklərin əsas cəhətlərini əxz edən
“elmi təlim” kimi şərh edirdi.
154
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


Fixte varlığın dərkinə qəti əmin idi. O, Kantın dərkedilməz
“özündə şey” konsepsiyasını bir kənara ataraq, idrakın müxtəlif
formalarını bir başlanğıcdan hasil etməyə çalışırdı. V.Asmus
göstərir ki, Fixte düşünülə biləcək hər şeyi özündə ehtiva edən
fəal subyekti və ya “Mən”i nəzərdə tuturdu. “Mən”in fəaliyyəti
başlanğıc vəziyyətdən əks vəziyyətə, oradan isə ilk iki vəziyyətin
vəhdəti (və ya sintezi) olan üçüncü vəziyyətə doğru hərəkət kimi
başa düşülür. Bu halda ilkin “Mən”dən başqa hansısa “qeyri-
Mən” də olmalıdır, hansı ki, nəinki mövcud olan, həm də
“Mən”ə təsir göstərən və müəyyən mənada onun fəaliyyətini
təyin edən varlıq kimi qəbul edilməlidir. “Mən”in ona qarşı
duran “qeyri-Mən” tərəfindən müəyyən “təkan” göstərildiyini
hiss etməsi zəruridir. 
Bununla belə, Fixte vurğulayırdı ki, biz “qeyri-Mən” tərəfin -
dən verilən “təkan”ın bizi “Mən”in fəaliyyətini necə təyin
etdiyini anlayışlar vasitəsilə dərk edə bilmərik. “Qeyri-Mən”
tərəfindən “təkan”ın bu təsirini biz bilavasitə hiss edirik, lakin
dərk etmirik. Onda belə çıxır ki, nəzəri fəaliyyətin əsasını
qeyri-şüuri fəaliyyət təşkil edirmiş. Fixte “Mən”in fəaliyyəti
dedikdə, ilk növbədə, subyektin əxlaqi davranışını başa düşür.
İnsan fəaliyyətinin məqsədi əxlaq qanunlarının icra edilməsi,
borcun yerinə yetirilməsidir. Fixteyə görə, insanın təbii meyil-
ləri bu qanunların icrasına mane olur. Həmin meyillərin mən-
bəyi insanın bütün dünya ilə bağlı olan fiziki təbiətidir.
“Mən”ə qarşı duran və onu fəaliyyətə sövq edən “qeyri-Mən”
elə budur.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə