Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə98/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   94   95   96   97   98   99   100   101   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Deni Didro
(1713-1784-cü illər), F.Engelsin təbirincə desək,
Fransa maarifçiliyi zəminində yaranmış “fəlsəfə inqilabının” ən
böyük xadimi olmuşdur. O, “Elmlərin, sənətlərin və peşələrin
ensiklopediyası və ya izahlı lüğəti” kitabında fəlsəfə tarixinə dair
məqalələrin əsas müəllifi idi.
Didro mexanisizmin və onunla sıx bağlı olan təbiətin zaman
etibarilə dəyişməz olması haqqında metafizik təsəvvürlərin
aradan qaldırılması yolu ilə gedirdi. Didro təbiətşünaslığın me -
xa 
nika ilə əlaqədar olmayan ən yeni sahələrini (ilk növbədə,
bioloji fənlər silsiləsini və daha sonra kimyanı) dünyanı fəlsəfi
baxımdan izah etməyin etibarlı elmi əsası hesab edirdi. 
Didronun fransız maarifçiliyinin digər nümayəndələrindən, ilk
növ bədə, Volterdən və Russodan fərqi ondadır ki, Didro o döv -
rün təfəkkür üsulunu, ilk növbədə “paradoksallıq” metodunu
bədii formada təsvir etmək vəzifəsini qarşıya qoymuşdu. Bu sü -
but üsulundan istifadə edilərkən müəyyən müddəanın doğrulu -
ğu nu əsaslandırmaq cəhdi sanki anlaşılmaz, qəribə, paradoksal
bir tərzdə tamamilə əks müddəanın əsaslandırılmasına gətirib çı -
xa rır. Didro “Fatalist Jak” romanında zərurət və azadlıq, zərurət
və təsadüf kimi paradoks-antinomiyalar üzərində ətraflı dayanır. 
150
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


Didronun fəlsəfəsində dialektik ideyalar çoxdur, məsələn,
təbiətin başa düşülməsində dinamizm, təbiətin və cəmiyyətin
ümumi inkişafının başa düşülməsində tarixilik ideyaları bu
qəbildəndir. 
Didro ontologiyasında “hadisələr zənciri” (kainatda hər şeyin
hər şeylə əlaqəsi) və “təbii qayda” (dünyada baş verən bütün
hadisələrin obyektiv qanunauyğunluğu) kateqoriyaları mühüm
rol oynayır. Didroya görə, təbiətdə sükunət yoxdur, yalnız daxili
və xarici hərəkətlərin, dəyişikliklərin müxtəlif növləri vardır.
Təbii qayda da dəyişir. Təbiətin bütün bu dəyişmələrində heç bir
məqsədyönlülük, qabaqcadan müəyyən edilmiş heç bir har-
moniya yoxdur: bu, təbii, labüd olaraq baş verən obyektiv zəruri
prosesdir. 
Didronun işləyib hazırladığı din nəzəriyyəsi bir çox cəhətdən
yenilikçi nəzəriyyə idi və elmi dinşünaslığa yol açırdı. Dinin
yaranmasını insanların nadanlığı ilə izah etmiş maarifçilərin ço -
xundan fərqli olaraq Didro dinin ictimai, qnoseoloji və psixoloji
mənbələrini aşkar etməyə çalışırdı. O deyirdi ki, insan özünə xas
olan ən yaxşı cizgiləri Allaha aid edir və həmin cizgilərdən vəcdə
gələrək, özünü bu məziyyətlərdən məhrum edir. Nəticədə insan-
ların uydurma varlığa aid etdikləri, əslində isə, özlərinə xas olan
cizgilər onlar üçün yabançı olur. İnsan zəkasının məhsulları
insanlardan təcrid olunmuş şəkildə mövcud olur, onların
nəzarətindən çıxır və onlara hökm etməyə başlayır. 
Didro insan haqqında maraqlı fikirlər söyləyir. O deyirdi ki, hey-
vanlardan fərqli olaraq, insan özündən sonra yaşayacaq insanlar
üçün yaradır. O, dünyaya gələrkən özündən əvvəlki nəsillərin
mənəvi və maddi fəaliyyətinin məhsullarını hazır şəkildə görür
və onlardan istifadə edir, öz fəaliyyətinin nəticələrini bəşər
mədəniyyəti xəzinəsinə əlavə edir. 
Maarifçilik özünün başlanğıc mərhələsində, əsasən, zəkanın
maarifləndirilməsi, onu “təbii işığa” mane olan xurafat və yanıl-
malardan azad etmək vəzifələri ilə bağlı idisə, XVIII əsrin ikinci
yarısından etibarən “Maarifçilik” anlayışını daha çox fəal sosial
151
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


mübarizə və ictimai tərəqqi, əsaslı iqtisadi və sosial dəyişikliklər
ilə bağlayırlar. Üstəlik hər bir ölkədə maarifçilik ideologiyasının
təkamülü səciyyəvi xarakter daşıyırdi. Məsələn, Fransada ma -
arifçilik ideologiyasının təkamülü prosesində “zəkanın siyasiləş -
diril məsi” məsələsi ön plana çəkildiyi halda, Almaniyada bu tə -
ka 
mül əsasən praktiki zəkanın nəzəri zəka üzərində primatı
ideyasının getdikcə daha geniş yayılmasından, qondarma “po -
pul yar fəlsəfə”nin, müxtəlif pedaqoji və dini-əxlaqi konsepsi ya -
ların inkişafından, çoxsaylı tərbiyə müəssisələrində, xüsusi mək-
təblərdə və başqa yerlərdə həmin konsepsiyaların praktiki həya-
ta keçirilməsi cəhdlərindən ibarət olurdu. 
Maarifçilik insan zəkası anlayışının teoloji buxovlardan azad
edilməsində, subyektin fəallığı və müstəqilliyi, onun varlığa fəal
və tənqidi münasibəti, ilk növbədə, mövcud ictimai münasibətlər
barəsində öz mövqeyini bildirmək qabiliyyəti ideyalarının ön
plana çəkilməsində çox böyük rol oynamışdır.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə