antik irsə yaxın olub xristian etikasının
humanizm mövqe -
yindən yenidən işlənməsinin nəticəsidir. Erazm Rotter
-
damlının İsası qüssəli və kədərli deyil, həyatsevərdir, o,
insanlara “mümkün ola biləcək
ən xoş və həqiqi məmnun-
luqla dolu həyat” göstərir.
Humanizm siyasi fəlsəfəsinin parlaq nümayəndələrindən biri də
Nikkolo Makiavelli
(1469-1527-ci illər) idi. O,
siyasi nəzəriyyəni
dindən və əxlaqdan azad etmiş, siyasətçinin qarşısına qoyduğu
məqsədlərə nail olmaq üçün tətbiq
etdiyi vasitələrə bəraət
qazandırmaq prinsipini ifadə etmiş, siyasi fəaliyyətin məqsəd və
vasitələrinin nisbətinin kifayət qədər
sərbəst təfsir edilməsini
mümkün hesab etmişdir.
Mişel Monten
(1533-1592-ci illər) Allah və dünya haqqında,
təbiət və insan haqqında yazırdı, lakin onun daimi marağının
yalnız bir mövzusu var – insan. Özü də söhbət mücərrəd insan-
dan deyil, konkret şəxsiyyətdən gedir. Montenin yaradıcılığın-
da humanist fərdiyyətçilik özünün tam təcəssümünü tap-
mışdır.
Onun fikrincə, fəlsəfə insana, onun gündəlik həyatına
yönəlmiş olmalıdır.
Humanistlərin antik filosoflara çox böyük maraq göstərməsi
səciyyəvi haldır. Onlar həmin filosofların
əsərlərini çox həvəslə
şərh edirdilər, lakin bu, Orta əsrlər
dövrünə xas olan təfsirdən
tamamilə fərqli şərh idi. Humanistləri maraqlandıran əsas
məsələ əsərdən səmərəli istifadənin ilkin şərti olan mətnin əsli -
nin obyektiv elmi müəyyənləşdirilməsi idı.
Humanizm fəlsəfəsinin antroposentrizmliyi əsas diqqətin yalnız
ontoloji problemlərdən etik problemlərə yönəldilməsi deyil, həm
də dünyanın mənzərəsinin yenidən qurulması demək idi. Bədən
ilə ruhun, maddi ilə mənəvinin ayrılmaz
təbii vəhdəti olan
insanın Yer üzündə həyatı humanistlərin diqqətini cəlb edirdi.
İntibah dövrü fəlsəfəsinin təkamülünün
Dostları ilə paylaş: