Filasofiya az: filosofia qxd


İntibah fəlsəfəsinin təkamülünün əsas dövrləri və onların



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə86/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

İntibah fəlsəfəsinin təkamülünün əsas dövrləri və onların
nümayəndələri.
Mütəxəssislər İntibah dövrü fəlsəfəsinin təka mü -
lündə üç əsas dövrü fərqləndirirlər: humanizm və ya antroposen-
trizm dövrü, neoplatonizm dövrü və naturfəlsəfə dövrü.
Humanizm dövrü
İntibah dövrünün fəlsəfi fikrinin inkişafında
birinci mərhələdir və XIV əsrdən XV əsrin ortalarına qədər olan
dövrü əhatə edir.
Humanizm insanın bir şəxsiyyət kimi özünü dəyərləndirməsinə,
onun azadlıq və xoşbəxtlik hüququna əsaslanan dünyagörü şü -
dür. Humanistləri insan özü, onun təbiəti, müstəqilliyi və ya radı -
cı 
lığı maraqlandırır. Humanizm fəlsəfəsi Orta əsrlər geosen-
138
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


trizmini insanın dünya ilə münasibətlərində ona göstərilən
marağa qarşı qoyur.
Humanizmin ilk nümayəndələrindən biri italyan mütəfəkkiri
Dante Aligyeri
(1265-1321-ci illər) olmuşdur. Dante özünün
“İlahi komediya”, “Qonaqlıq” və “Monarxiya” əsərlərində
insanın ikili təbiəti – onun ölümü və ölməzliyi, bununla da
insanın ikili vəzifəsi barədə fikirlər söyləyir. Dantenin fikrincə,
insanın mövcudluğunun məqsədi cənnətə qovuşmaqdır, lakin
bu, heç də Yer üzündə nemətlərdən imtina olunmasını tələb
etmir. Nemətlərin iki növünə qovuşmağın iki yolu var: mənəvi
öyüdlər yolu və fəlsəfi öyüdlər yolu, həyatı mənəvi və intellektu-
al xeyirxah əməllərə uyğun qurmaq. Bu yollardan birincisi,
müqəddəs ruhun, ikincisi isə insanın zəkası sayəsində açılmışdır.
Mənəvi dəyərlər insanın zəkasından üstündür. Danteyə görə,
insanın təbiəti mükəmməldir və əlverişli şəraitdə insanın təbiəti
Tanrının təbiətindən üstün ola bilər.
Humanizmin inkişafı italyan şairi, “birinci humanist” olmuş

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə