Filasofiya az: filosofia qxd


Tomizm Qərbi Avropada sxolastik fəlsəfənin aparıcı istiqamə-



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə82/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   78   79   80   81   82   83   84   85   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Tomizm Qərbi Avropada sxolastik fəlsəfənin aparıcı istiqamə-
tidir.
Tomizm təliminin banisi Dominikan ordeni rahibi 
Foma
Akvinski
(1225/26-1274-cü illər) olmuşdur. Foma təliminin
məqsədi katolisizm fəlsəfəsini işləyib hazırlamaq və ərəb filosofu
İbn Rüşdün təlimini – averroizmi katolisizm mövqeyindən inkar
etmək idi. O, həmin məqsədə nail olmaq üçün aristotelizmi xris-
tian-katolik ruhunda yenidən işləmişdi. Tomizmə görə ali
başlanğıc varlıqdır. Foma varlıq dedikdə, dünyanı yaratmış xris-
tian Allahını nəzərdə tuturdu.
Foma dini rasionallaşdırmağa çalışır. Onun təlimində etiqad və
zəka həqiqətə nail olmağın metodları kimi bir-birindən fərqlənir.
Etiqadın bəzi ehkamları zəka üçün əlçatmazdır. Etiqad öz
həqiqətlərini müqəddəs kitabdan götürür. Orada isə heç bir səhv
ola bilməz. Deməli, etiqad ilə zəka arasında fikir ayrılığı olduqda
yanılan etiqad deyil, zəkadır. Lakin etiqad ilə zəka arasında yal-
nız qismən fərq vardır. Elə müddəalar və həqiqətlər var ki, onlar
həm etiqad, həm də zəka ilə aşkar olunur. Bu müddəa və hə qi -
qət lərin dinin əsas prinsiplərinə birbaşa aidiyyəti yoxdur. Hətta
dinin birinci dərəcəli məsələlərində seçim etmək imkanı varsa,
onda sadəcə inanmaqdansa, başa düşmək yaxşıdır. Məsələn, o,
Allahın mövcudluğu, Onun tək olması və atributları barədə
məsələləri isbat edilə bilməyən məsələlər hesab edir. Dünyanın
nə vaxt yaranması, insanın ilk günahı, İsa peyğəmbərin meracı,
ölülərin dirilməsi və məhşər günü məsələləri zəkanın işi deyil –
ona görə yox ki, bu məsələlər zəkaya ziddir, ona görə ki, onlar
zəkanın fövqündədir. 
Fomaya görə, zəka insanın ali qabiliyyətidir. Lakin insan zəkası
daim səhv edir, etiqad isə zəkadan üstündür, çünki o, Allah
tərəfindən vəhy vasitəsilə insana nazil edilmiş mütləq həqiqətə
əsaslanır. Bernard Rassel özünün “Qərb fəlsəfəsinin tarixi” adlı
kitabında tomist psevdorasionalizmin xarakterini yaxşı izah
etmişdir: “Akvinski filosofluq etməyə başlamazdan əvvəl
130
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


həqiqəti bilir: bu həqiqət katolik dini təlimində bəyan edilmişdir.
Əgər o, dini təlimin bu və ya digər hissələri üçün inandırıcı
rasional arqumentlər tapa bilirsə, lap yaxşı; tapa bilmirsə,
Akvinski yalnız vəhyə qayıtmalıdır. Lakin əvvəlcədən məlum
olan nəticə üçün arqumentlər axtarılması fəlsəfə deyil, qərəzli
arqumentləşdirmə sistemidir”.
Foma İbn Rüşdün ərəb azadfikirlilik təliminə öz müəllimi
Albertin başladığı hücumu davam etdirmişdi. O, ərəb filosofu-
nun baxışlarına qoşulmağa cəsarət etmiş xristian averroistlərlə
polemikaya başlamışdır. O, Aristotelin dəlillərini öyrənir və
onlardan katolik ehkamlarının fəlsəfi əsaslandırılması üçün isti-
fadə edir. Foma bu istəyinə etiqad və zəkanın nisbəti məsələsində
daha çox nail olmuşdur. Fomaya görə, təbii zəka etiqada xidmət
edir. O, zəkanı sıxışdırmaq və etiqada daha geniş yer verməklə
kifayətlənməyərək, zəkanın etiqada tabe etdirilməsi tələbini
qoyur. Zəka həqiqət meyarı ola bilməz, çünki həqiqət zəka üçün
əlçatmazdır. İbn Rüşd müsəlman ehkamlarına rəğmən Aristo te -
lin təlimini təfsir edirdisə, Foma Akvinski katolik sxolastikasında
analoji meyillərin qarşısını almağı öz qarşısına vəzifə qoymuşdu.
İbn Rüşdə görə, etiqadın və zəkanın təsir dairələri arasında hədd
qoyulduğu halda, Fomada zəka tamamilə etiqada tabedir.
Aristotelin fəlsəfəsi haqqında İbn Rüşdün şərhlərindən Fomanın
əldə etdiyi məlumatlar ərəb filosofunun şərhlərinə tamamilə
zidd ruhda interpretasiya edilir. O, peripatetikanın averroist
interpretasiyasını səhv interpretasiya kimi tənqid edir,
Aristotelin təlimi barədə öz anlayışını həqiqət kimi qələmə verir.
Foma averroizmi aristotelizmə qarşı qoyur. Fomaya görə, aver-
roizm təkcə xristianlıq müddəalarına deyil, həm də fəlsəfənin
prinsiplərinə ziddir. O, İbn Rüşdü aristotelizmi təhrif edən filosof
kimi təqdim etmişdir. 
Xristian kreasionizminin müdafiə edilməsi Akvinskinin əsas və -
zi fəsini təşkil edir. O iddia edirdi ki, Allah dünyanı “heç nədən”
yaratmış və bu yaranış ilk materiyanın yaradılmasından başlan-
mışdır. Yaranış ərəbdilli peripatetiklərin dediklərindən fərqli ola -
raq, mərhələli proses deyil, birdəfəlik prosesdir. O, Allahın
131
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


iradəsi ilə birdəfəyə həyata keçirilmiş aktdır. Allah dünyanı
yaratdıqdan sonra onu öz istədiyi kimi idarə edir. 
Fomaya görə, zəka öz məqsədinə çatmaq üsulu baxımından
iradədən daha yüksək qabiliyyətdir. İradə yalnız idraka can atır,
zəka isə idraka malik olur. Hətta fəaliyyətin seçim azadlığı da
zəka baxımından müəyyən əsasa malikdir. İnsanın fəaliyyətinin
əsası idrakdır. O, xoşbəxtliyə nail olmağı zəkanın fəaliyyətinin
nəticəsindən daha çox, iradənin fəaliyyətinin nəticəsi kimi başa
düşür. 
Fomanın etik doktrinasına görə, insan heyvanlar aləmi ilə mələk-
lər aləmi arasında orta mövqedədir: insanın hissi ruhu onu hey-
vanlarla birləşdirir, zəkalı ruh isə mələklərin ölməz varlığına
yaxınlaşdırır. 
Dominikan ordenində tomizm tədricən, lakin dönmədən üstün-
lük təşkil edirdi. Foma bu ordenin baş doktoru elan edilmişdi.
Paris Universiteti tomizmi öyrənən və yayan mərkəzə çevrilmiş-
di. 1323-cü ildə Foma Roma Katolik kilsəsinin müqəddəsləri
sırasına daxil edilir, onun təlimi isə tədricən rəsmi doktrinaya
çevrilir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə