|
Filasofiya az: filosofia qxdStoisizm
fəlsəfi məktəbinin əsası
Kitionlu Zenon-kitabyurdu.org- felsefe-ramizStoisizm
fəlsəfi məktəbinin əsası
Kitionlu Zenon
(e.ə. təqribən
333-262-ci illər) tərəfindən qoyulmuşdur. Stoiklər özlərinin əsas
vəzifəsini fizika və məntiqə əsaslanan etika yaratmaqda
görürdülər.
Stoiklərin fizika təlimi dünyanı vahid cisim hesab edirdi. Pnevma
– cismani nəfəs hesabına canlanan bu dünya oddan yaranmışdır
və vaxtaşırı oda çevrilir. Dünya Allahdır, Allah bütün təbiətdir.
Məntiqə və ya stoiklərin idrak haqqında təliminə görə duyğular
hisslər vasitəsilə yaranır, nəticələr ağıl vasitəsilə çıxarılır, idrakın
mərkəzi isə təsəvvürdədir.
Stoiklərin etikası insanı zərurət buxovlarından xilas etməyə
yönəlmişdi. Onlar belə hesab edirdilər ki, insanı ətraf aləmin
hakimiyyətindən xilas etmək xoşbəxt həyatın şərtidir.
Xeyirxahlığı xoşbəxt olmaq naminə deyil, rahatlıq və Yer
üzündəki bütün nemətlərə laqeydlik (apatiya) xatirinə axtarmaq
lazımdır.
Müdrik insan öz rifahından ucada dayanır, o, hissi məmnunluğa
can ata bilməz. O, dövlətin rifahını öz şəxsi rifahından uca tutur
və cəmiyyətin rifahı naminə hətta ölümdən də qorxmur. Fəlsəfə -
ölmək haqqında elmdir.
Dostları ilə paylaş: |
|
|