həqiqəti bilir: bu həqiqət katolik dini təlimində bəyan edilmişdir.
Əgər o, dini təlimin bu və ya digər hissələri üçün inandırıcı
rasional arqumentlər tapa bilirsə, lap yaxşı; tapa bilmirsə,
Akvinski yalnız vəhyə qayıtmalıdır. Lakin əvvəlcədən məlum
olan nəticə üçün arqumentlər axtarılması fəlsəfə deyil, qərəzli
arqumentləşdirmə sistemidir”.
Foma İbn Rüşdün ərəb azadfikirlilik
təliminə öz müəllimi
Albertin başladığı hücumu davam etdirmişdi. O, ərəb filosofu-
nun baxışlarına qoşulmağa cəsarət etmiş xristian averroistlərlə
polemikaya başlamışdır. O, Aristotelin dəlillərini öyrənir və
onlardan katolik ehkamlarının fəlsəfi əsaslandırılması üçün isti-
fadə edir. Foma bu istəyinə etiqad və zəkanın nisbəti məsələsində
daha çox nail olmuşdur. Fomaya görə,
təbii zəka etiqada xidmət
edir. O, zəkanı sıxışdırmaq və etiqada daha geniş yer verməklə
kifayətlənməyərək, zəkanın etiqada tabe etdirilməsi tələbini
qoyur. Zəka həqiqət meyarı ola bilməz, çünki həqiqət zəka üçün
əlçatmazdır. İbn Rüşd müsəlman ehkamlarına rəğmən Aristo te -
lin təlimini təfsir edirdisə, Foma Akvinski katolik sxolastikasında
analoji meyillərin qarşısını almağı öz qarşısına vəzifə qoymuşdu.
İbn
Rüşdə görə, etiqadın və zəkanın təsir dairələri arasında hədd
qoyulduğu halda, Fomada zəka tamamilə etiqada tabedir.
Aristotelin fəlsəfəsi haqqında İbn Rüşdün şərhlərindən Fomanın
əldə etdiyi məlumatlar ərəb filosofunun şərhlərinə tamamilə
zidd ruhda interpretasiya edilir. O, peripatetikanın averroist
interpretasiyasını səhv interpretasiya kimi tənqid edir,
Aristotelin təlimi barədə öz anlayışını həqiqət kimi qələmə verir.
Foma averroizmi aristotelizmə qarşı qoyur. Fomaya görə, aver-
roizm təkcə xristianlıq müddəalarına deyil, həm də fəlsəfənin
prinsiplərinə ziddir. O, İbn Rüşdü aristotelizmi təhrif edən filosof
kimi təqdim etmişdir.
Xristian kreasionizminin müdafiə edilməsi Akvinskinin
əsas və -
zi fəsini təşkil edir. O iddia edirdi ki, Allah dünyanı “heç nədən”
yaratmış və bu yaranış ilk materiyanın yaradılmasından başlan-
mışdır. Yaranış ərəbdilli peripatetiklərin dediklərindən fərqli ola -
raq, mərhələli proses deyil, birdəfəlik prosesdir. O, Allahın
131
F ә l s ә f ә
downloaded from KitabYurdu.org
iradəsi ilə birdəfəyə həyata keçirilmiş aktdır. Allah dünyanı
yaratdıqdan sonra onu öz istədiyi kimi idarə edir.
Fomaya görə, zəka öz məqsədinə çatmaq üsulu baxımından
iradədən daha yüksək qabiliyyətdir. İradə yalnız idraka can atır,
zəka isə idraka malik olur. Hətta fəaliyyətin seçim azadlığı da
zəka baxımından müəyyən əsasa malikdir. İnsanın fəaliyyətinin
əsası idrakdır. O, xoşbəxtliyə nail olmağı zəkanın fəaliyyətinin
nəticəsindən
daha çox, iradənin fəaliyyətinin nəticəsi kimi başa
düşür.
Fomanın etik doktrinasına görə, insan heyvanlar aləmi ilə mələk-
lər aləmi arasında orta mövqedədir: insanın hissi ruhu onu hey-
vanlarla birləşdirir, zəkalı ruh isə mələklərin ölməz varlığına
yaxınlaşdırır.
Dominikan ordenində tomizm tədricən, lakin dönmədən üstün-
lük təşkil edirdi. Foma bu ordenin baş doktoru elan edilmişdi.
Paris Universiteti tomizmi öyrənən
və yayan mərkəzə çevrilmiş-
di. 1323-cü ildə Foma Roma Katolik kilsəsinin müqəddəsləri
sırasına daxil edilir, onun təlimi isə tədricən rəsmi doktrinaya
çevrilir.
Dostları ilə paylaş: