Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə81/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Latın averroizmi.
Orta əsrlərdə formalaşmış Avropa sxolastik
fəl sə fəsi aristotelizmə çox böyük maraq göstərirdi. Lakin o vaxt
Aristotelin təlimi yalnız ərəbdilli peripatetiklərin əsərlərinə
128
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


əsa sən məlum idi. Buna görə də Orta əsrlərin müsəlman fəl-
səfəsi ilə ta nış olmağa çalışırdılar. Toledo və Palermo şəhər-
lərində fəaliy yət göstərən mərkəzlərdə İbn Sina, Fərabi, İbn
Rüşd və digər ərəbdilli filosof və alimlərin əsərlərini fəal tər-
cümə edirdilər. Platon, Plotin, Prokl, Qalen, Evklid və
başqalarının əsərlərinin ərəb dilindən latın dilinə tərcüməsinə
də böyük diqqət yetirilirdi. Bu məsələdə bəzən ilk latın aver-
roisti adlanan filosof Mixail Skotun (1180-1235-ci illər) xid-
mətləri böyük olmuşdur.
Aristotelin əsərlərini İbn Rüşdün (onun “latınlaşdırılmış” adı
Averroes idi) şərhləri ilə birlikdə tərcümələri mütəfəkkirləri daha
çox maraqlandırırdı. Bu tərcümələr materialist meyillərin
əsaslandırılması üçün istifadə edilə bilərdi. Bu vəziyyətdə kilsə
dəfələrlə həmin tərcümələrə qadağa qoymağa məcbur olmuşdu.
Lakin bütün qadağalara rəğmən Aristotelin əsərlərinə averroist
şərhlərin köməyi ilə peripatetizm Qərbi Avropada geniş
yayılmışdır.
İbn Rüşd Siqer Brabantskinin (təqribən 1240-1282-ci illər) fəlsə-
fi ilhamçısı idi. B.Bıxovskinin təbirincə desək, Brabantski “ərəb
aristotelçinin əkdiyi azadfikirlilik fidanlarını latın məhəlləsi
torpağına əkmiş və orada onları yetişdirmişdi”. İbn Rüşd var
səsi ilə bəyan etmişdi ki, keçmişin bütün nailiyyətlərinə
yiyələnmədən elmi fikrin inkişafı mümkün deyil, Aristotelin
təlimini isə o, “ali həqiqət” adlandırmışdı. Siqer və onun tərəf-
darları İbn Rüşdün baxışlarında Aristotelin baxışlarının auten-
tik təkrarını görürdülər. İbn Rüşdün və latın averroistlərin
müdafiə etdiyi ikili həqiqət ideyası həm zəkanın, həm də dini
inamın bərqərar edə biləcəyi ikiqat etibarlı həqiqəti deyil, bir-
birinə zidd olan və bir-birini qarşılıqlı istisna edən iki həqiqətin
mümkünlüyünü, zəka əsasında əldə edilmiş həqiqətin dini
etiqada əsaslanan həqiqətlərdən fərqlənməsinin mümkün-
lüyünü tanımaq hüququnu qəbul edirdi. İbn Rüşdün təlimi XIII
əsr Qərbi Avropa filosoflarının, kilsənin sərt nəzarətinə baxma-
yaraq, ən mühüm dünyagörüşü məsələləri barədə öz biliklərini
əsaslandırmağa, rasionalizmin təməlini qoymağa, fəlsəfəni
129
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


azadfikirliliyin yolunu kəsən teoloji ehkamçılıqdan və avtorita-
rizmdən azad etməyə kömək edirdi.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə