Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə89/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

neoplatonizm dövrü
mütəfəkkirlər tərəfindən geniş ontoloji problemlərin qoyuluşu
ilə bağlıdır. Bu dövr XV əsrin ortalarından XVI əsrin 30-cu
illərinə qədər fəlsəfi fikri səciyyələndirir.
140
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


Renessans platonizminin banisi alman mütəfəkkiri 
Nikolay
Kuzanski
(1401-1464-cü illər) olmuşdur. “Orta əsrlərin son mü tə -
fək kiri və Yeni dövrün ilk filosofu” sayılan Kuzanski “Alim bilik-
sizliyi haqqında”, “Allah axtarışı haqqında”, “Yaranış haqqında”,
“Allahın nəzərləri barədə”, “Nur bəxş edən haqqında”,
“Müdriklik axtarışları haqqında”, “Seyrçiliyin zirvəsi haqqında”
və başqa fəlsəfi traktatların müəllifidir.
Allah ilə dünyanın qarşılıqlı münasibətləri problemi Nikolay Ku -
zanski fəlsəfəsinin əsas problemidir. O, neoplatonizmin təsiri ilə
Allah haqqında təlimi vahid başlanğıcda sonsuz, varlığın maksi-
mumu, hər şeyin gizli mahiyyəti olan Allah haqqında təlimdə
tədqiq etmişdir. Nikolay Kuzanskiyə görə, sonsuz vəhdət olan
Allah əksliklərin vəhdətinin cövhəri, Allahdan fani dünyaya
keçid isə bu vəhdətin açıqlanması prosesi, yeganəlikdən çoxluya,
sonsuzdan sonluya keçid prosesidir. O, dünyanı Tanrının yarat-
dığı ən gözəl varlıq hesab edir, dünyanın gözəlliyi onun har-
moniyasında üzə çıxır. Dünyanın harmoniyası İlahi məxluqların
ən böyüyü, Allahı və onun yaratdığı dünyanı dərk etməli olan
insanda ifadə olunur. 
Bu dövrdə Platona maraq artır. Platonu sxolastika ənənələrinə
qarşı mübarizədə özünün bayrağı elan etmiş humanizm antik
dövrün bu böyük filosofunun əsərlərini öyrənməyə başlayır.
V.Şestakovun haqlı olaraq qeyd etdiyi kimi, “...italyan huma -
nistləri Platon fəlsəfəsində naturfəlsəfəni, etikanı, estetikanı yeni
mənada dərk etmək üçün nəzəri əsas tapmışlar. Məsələn, onları
ən çox maraqlandıran mövzu Platonun məhəbbət haqqında təli-
mi idi. Onlar bu təlimi panteizm ruhunda təfsir edirdilər”. 
Platon və neoplatonizm irsinin Renessans fəlsəfəsi tərəfindən
mənimsənilməsinin yeni dövrü başda 
Marsilio Fiçino
(1433-1499-
cu illər) olmaqla, Florensiya Platon Akademiyasının fəaliyyəti ilə
bağlıdır. Fiçino öz şərhlərində neoplatonizm fəlsəfəsində qarşıya
qoyulan əsas problemlərin özünəməxsus təfsirini verməyə
çalışır. Onun neoplatonizmi bir məqsədə – ənənəyə görə, sxo-
lastikanın təsir dairəsində olmuş fəlsəfi sahələri fəth etmək
məqsədinə xidmət edir.
141
F ә l s ә f ә
downloaded from KitabYurdu.org



Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə