Filasofiya az: filosofia qxd


Renessans fəlsəfəsinin təkamülündə naturfəlsəfə dövrü



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə90/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Renessans fəlsəfəsinin təkamülündə naturfəlsəfə dövrü
XVI
əsrin ikinci yarısında və XVII əsrin əvvəlində fəlsəfi fikrin
inkişafını əhatə edir. 
Nikolay Kopernik
(1473-1543-cü illər)
özünün “Göy cisimlərinin fırlanması haqqında” kitabında Yerin
Günəş ətrafında fırlanması ideyasını irəli sürərək, bununla təkcə
təbiətşünaslığın deyil, həm də fəlsəfənin gələcək inkişafının
xarakterini müəyyən etmişdir. Kopernikin heliosentrizm təlimi
kosmosun desakrallaşdırılmasına, bütövlükdə dünyanın fiziki
mənzərəsinə tamamilə yeni baxışa gətirib çıxarmışdır. Bu isə
Orta əsrlər şüuruna xas olan ənənəvi antroposentrizmin yenidən
nəzərdən keçirilməsi ilə nəticələnmişdir.
Kopernikin ardınca 
Cordano Bruno
(1548-1600-cü illər) da
Kainatı sonsuz və hüdudsuz, vahid və rəngarəng, əbədi və
tükənməz hesab etdiyini bildirmişdir. Öz dünyabaxışına görə
panteist olan Brunonun fikrincə, Allah təbiətə köçür. Bu cür
Allah “şeylərdə Allah”dır. Allahı təbiətə qovuşduran panteizm
fəlsəfəsi Brunoya canlı və ruhi başlanğıcları təbiətdə tapmaq,
inkişafa, təkmilləşməyə can atmaq imkanı verir. 
Dünya dərk edilə bilər. İdrak yalnız o halda həqiqətdir ki, o, tə -
biətin öyrənilməsinə əsaslansın. Həqiqi biliyi yalnız elm verir.
Bruno Kainatın sonsuzluğunu insanın azadlığına ilham verən
mənbə hesab edir. Brunonun fikrincə, insan təbiətin ayrılmaz tər -
kib hissəsi, makrokosmosu əks etdirən mikrokosmosdur. Hisslər,
düşüncə və zəka (intellekt) idrakın pillələridir. Hissi qavrayış
idrakın o qədər də etibarlı mənbəyi deyil, hisslər aldadıcı ola
bilər. Düşüncə və zəka idrak prosesində mühüm rol oynamalıdır.
İtalyan filosofu 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə