mübarizə və ictimai tərəqqi, əsaslı iqtisadi və sosial dəyişikliklər
ilə bağlayırlar. Üstəlik hər bir ölkədə maarifçilik ideologiyasının
təkamülü səciyyəvi xarakter daşıyırdi. Məsələn, Fransada ma -
arifçilik ideologiyasının təkamülü prosesində “zəkanın siyasiləş -
diril məsi” məsələsi ön plana çəkildiyi halda, Almaniyada bu tə -
ka
mül əsasən praktiki zəkanın nəzəri zəka üzərində primatı
ideyasının getdikcə daha geniş yayılmasından, qondarma “po -
pul yar fəlsəfə”nin, müxtəlif pedaqoji və dini-əxlaqi konsepsi ya -
ların inkişafından, çoxsaylı tərbiyə müəssisələrində, xüsusi mək-
təblərdə və başqa yerlərdə həmin konsepsiyaların praktiki həya-
ta keçirilməsi cəhdlərindən ibarət olurdu.
Maarifçilik insan zəkası anlayışının teoloji buxovlardan azad
edilməsində, subyektin fəallığı və müstəqilliyi, onun varlığa fəal
və tənqidi münasibəti, ilk növbədə, mövcud ictimai münasibətlər
barəsində öz mövqeyini bildirmək qabiliyyəti ideyalarının ön
plana çəkilməsində çox böyük rol oynamışdır.
Dostları ilə paylaş: