Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə94/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Con
Lokk
(1632-1704-cü illər) buna şübhə edirdi. Lokk aydın fikir-
lərin fitri olması barədə Dekartın nəzəriyyəsini tənqid edərək
sübut etməyə çalışırdı ki, insanın biliklərinin, bütün ideyalarının
mənbəyi hissi təcrübədir. Bu halda o, xarici və daxili təcrübəni
fərqləndirir və bununla əlaqədar insan ideyalarının iki təcrübi
mənbəyinin: duyğu və refleksiyanın mövcud olmasını bildirirdi.
Duyğu ideyaları insandan kənarda mövcud olan şeylərin duyğu
üzvlərinə təsiri nəticəsində yaranır, məsələn, görmə, eşitmə,
lamisə, iybilmə və s. vasitəsilə yaranan ideyalar. Refleksiya
ideyaları insan zəkasının onun daxili vəziyyətini və ruhunun
fəaliyyətini nəzərdən keçirərkən, emosiyaların, arzuların müx-
təlif əməliyyatları və s. haqqında ideyalar şəklində yaranır. Lakin
daha mürəkkəb ideyalar da mövcuddur: obyektlər ideyası,
münasibətlər ideyası, ideya-anlayışlar bu qəbildəndir.
İdeya-anlayışların yaranması imkanı ona əsaslanır ki, təcrübədə
forma, keyfiyyət və başqa əlamətlərinə görə öz aralarında qismən
oxşar olan şeylər çoxdur. Məsələn, “insan” anlayışının alınması
üçün ayrı-ayrı insanlar haqqındakı bütün ideyaların toplanması,
eyni olmayan sadə ideyaların isə kənara atılması lazımdır ki,
yerdə qalan ideyalar “insan” anlayışını təşkil etsin. 
Lokk ideyaların mənbələrini müəyyən etdikdən sonra ideyaların
idrak üçün dəyəri məsələsini öyrənir. İdeyalar öz əhəmiyyətinə
147
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


görə real (və ya fantastik), adekvat (və ya qeyri-adekvat) və
həqiqi (və ya yalan) ideyalara bölünür. 
Lokk biliyə ideyaların bir-birinə uyğunluğunun (və ya uyğun -
suz luğunun) qavranılması kimi tərif verir. 
Lokk həm də təbii hüququn prinsiplərini işləyib hazırlamışdır. O,
belə hesab edirdi ki, yaşamaq hüququ, azadlıq hüququ və mülkiyyət
hüququ insanın əsas hüquqlarıdır və onlara hörmət etmək lazımdır.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə