Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə95/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Maarifçilik fəlsəfəsi.
XVIII əsr Avropanın ictimai fikir tarixinə
Maarifçilik dövrü kimi daxil olmuşdur. Əvvəllər insanların məh-
dud dairəsi – alimlər üçün əlyetərli olan elmi biliklər artıq in cə -
sə 
nət və ədəbiyyat nümayəndələri, savadlı gənclər arasında
yayıl 
mışdı. Cəmiyyətdə elmə və maarifə hörmət münasibəti
üstünlük təşkil etməyə başlamışdı. Maarifçilik hərəkatı ümum -
avropa miqyası almışdı. 
Maarifçilik fəlsəfədə əsl inqilab etmişdir. Bu inqilab, ilk növbədə,
fəlsəfənin və bütün bilik sahələrinin teologiyadan əsaslı şəkildə
ayrılmasından ibarət idi. İkincisi, həmin inqilab birtərəfli rasio -
nalist qnoseologiya və XVII əsr fəlsəfəsinin dini müddəaları
arasında ciddi mübarizəni əhatə edirdi. Üçüncüsü, o, deizmin –
dünyanın ilkin səbəbi kimi Allahın mövcud olmasını qəbul edən,
sonra isə öz qanunları üzrə inkişaf edən təlimin təkamülünə
güclü təkan vermişdi. 
Maarifçiliyin ən böyük nümayəndələri Volter, Jan Jak Russo,
Holbax, Helvetsi, Deni Didro, Lessinq və bir sıra başqaları fəl-
səfənin ən mühüm problemlərini hərtərəfli işıqlandırmışlar.
Onlar yeni ictimai qaydanın bərpa olunmasında biliklərin geniş
yayılmasına böyük əhəmiyyət verirdilər. Maarifçilər dinin tən-
qidində böyük rol oynamış, orta əsrlərdə fəlsəfədə mövcud me -
yillərin qalıqlarına qarşı çıxış etmişlər. 
Bu müsbət məqamlarla bərabər, maarifçiliyin bəzi ziddiyyətləri
də vardır: maarifçilik ideoloqlarının baxışları bir çox cəhətdən
utopik xarakter daşıyırdı; maarifçilər dinin yaranması və yayıl-
masını yalnız xalqın nadanlığı ilə izah edirdilər. 
148
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


Volter (1694-1778-ci illər) fransız maarifçiliyinin görkəmli
nümayəndəsi idi. O, Allah və din məsələsində deist mövqe tutur-
du. Bilik haqqında təlimdə o, bütün biliklərin duyğulardan
yaranması haqqında tezisin tərəfdarı idi. Lakin eyni zamanda, o
bildirirdi ki, mütləq bilik: məntiqi-riyazi bilik və əxlaq haqqında
bilik də vardır.
Fransa maarifçiliyinin ən nüfuzlu xadimlərindən biri 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə