Filasofiya az: filosofia qxd


V fəsil. İntibah dövrünün fəlsəfəsi



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə85/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

V fəsil. İntibah dövrünün fəlsəfəsi
Keçid dövrünün fəlsəfəsi
İntibah  fəlsəfəsinin təkamülünün əsas dövrləri və onların
nümayəndələri
Keçid dövrünün fəlsəfəsi.
XIV əsrin ortalarından XVI əsrin əvvəl-
lərinə qədər olan dövr Qərbi və Mərkəzi Avropa ölkələrinin
mədəni inkişafında İntibah dövrü adlanır. Orta əsrlər
mədəniyyətindən Yeni dövr mədəniyyətinə keçid epoxası
Almaniyada Reformasiya, Fransada Renessans, intibah
dövrünün vətəni olan İtaliyada isə Çinkveçento (hərfi mənası
“beş yüz”) adlanırdı. Bu dövr mənəvi həyatın müxtəlif
sahələrində, o cümlədən fəlsəfədə də böyük nailiyyətlərlə əla -
mətdar olmuşdur. 
Qədim yunan fəlsəfəsinin bu dövrdə dirçəlməsi həmin epoxanın
İntibah dövrü və ya Dirçəliş dövrü adlanmasına əsas verməklə
bərabər, İntibah dövrü fəlsəfəsinin Nikolay Kuzanski, Mişel
Monten, Nikolay Kopernik, Cordano Bruno, Tommazo
Kampanella, Nikkolo Makiavelli və bir sıra digər parlaq
nümayəndələrinin fəlsəfi baxışlarının formalaşmasında antik
fəlsəfi irsin həlledici rolunu müəyyən etmişdir. Bu mütəfəkkirlər
özlərinin fəlsəfi, etik, estetik və tarixi-siyasi baxışlarını
əsaslandırmaq üçün başlıca olaraq, Platonun, Epikurun və
Aristotelin əsərlərinə müraciət edirdilər. İntibah dövrü fəlsəfəsi
qədim dünyanın aparıcı fəlsəfi istiqamətləri – neoplatonizm,
epikureizm, aristotelizm ilə bağlı idi. Ən son dövrün qalıqların-
dan təmizlənərək bərpa edilmiş bu təlimlər İntibah dövrünün
fəlsəfəsinə çox güclü təsir göstərmişdir. İntibah dövrünün
filosofları qədim yunan mətnlərini orijinalın dilində öyrənir və
onların mənasını dərk edir, bu mətnləri latın dilinə tərcümə edir,
antik yunan fəlsəfəsini təbliğ edir və populyarlaşdırır, antik
mütəfəkkirlərin əsərlərini “kilsə ataları”nın əsərlərindən üstün
137
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


hesab edərək, onları insan təbiətinə ən çox müvafiq əsərlər kimi
öyrənməyi tövsiyə edirdilər. Yunan fəlsəfəsi terminlərinin
İntibah dövrü filosoflarının təfsirində həmin dövrün dünya baxı -
şı na xas olan ziddiyyətlər öz əksini tapmışdır. Onlar öz təfsir-
lərini ərəb tərcümələri ilə müqayisə etməklə yanaşı, antik
dövrün müx təlif fəlsəfi məktəblərinin təlimlərini də müqayisə
etməyə ça 
lışırdılar. Qədim yunan fəlsəfəsi İntibah dövrü
filosoflarının dün 
ya 
görüşü təlimlərinin formalaşmasında çox
mühüm rol oyna 
mış 
dır. Lakin bu, antik təfəkkürün
nailiyyətlərinin sadəcə əxz edil məsi deyildi. XV əsr humanist
mütəfəkkirlər qədim mütə 
fək 
kir 
lərin nailiyyətlərini yaradıcı
şəkildə mənalandırır, onların ba xış larını müstəqil surətdə inter-
pretasiya edir və dövrün tələb lərinə cavab verən yeni, orijinal
təlimlər yaradırdılar. 
Orta əsrlərdə fəlsəfə geosentrik sistem, sxolastik biliklər sistemi
əsasında yaradılırdısa, İntibah dövrünün fəlsəfəsi sxolastikadan
asılı olmadan inkişaf edir, öz tədqiqatlarında Allahla yanaşı
insana mərkəzi yer ayırır, öz antroposentrizmi ilə fərqlənirdi.
Orta əsrlərin sxolastik fəlsəfəsi ilə Yeni dövr fəlsəfəsi arasında
əlaqələndirici vəsilə olan İntibah dövrü fəlsəfəsinin tarixi
əhəmiyyəti də bununla bağlıdır. Sonrakı dövrlərin mütəfəkkir-
ləri İntibah dövrü fəlsəfəsinin nailiyyətlərindən çox şey əxz etmiş
və onları yaradıcı şəkildə inkişaf etdirmişdi.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə