Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə71/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Ellinizm fəlsəfəsi.
Filippin və İsgəndərin Makedoniyanı fəth et -
mə 
si böyük imperiya yaranması ilə nəticələndi. Lakin
İsgəndərin ölümündən az sonra bu imperiya parçalandı.
Əvvəlcə makedoniyalıların işğalına məruz qalmış, sonra isə
Romanın tabeliyinə keçmiş yunan şəhər-dövlətləri e.ə. IV
əsrdən b.e. V əsrinə qədər davam etmiş ellinizm dövründə
dərin tənəzzülə məruz qalmışdır. Siyasi hakimiyyətin itirilməsi
mənəvi həyatda böhranla müşayiət olunurdu. Eyni zamanda,
nəzəri təfəkkür zəifləyir, fəlsəfənin seyrçi xarakteri güclənirdi.
O, əsasən şəxsi davranış məsələləri ilə maraqlanır, fərdin daxili
azadlığa qovuşması yollarını axtarırdı. Bu şəraitdə ellinizm fəl-
səfəsinin dörd məktəbi yaranır: kinizm, epikureizm, skeptisizm
və stoisizm.
Kinizm
məktəbinin adı “kine” – it sözündəndir. Kinik Diogen
özünü Diogen-it adlandırmışdı. Platon da ona it deyirdi. Latın
transkripsiyasında bu məktəbin nümayəndələri “siniklər” kimi
məşhur idi.
Sokratın şagirdi 
Antisfenin
(e.ə. təqribən 435-370-ci illər)
davamçıları olan kiniklər ruhi sakitliyə və səadətə qovuşma yol-
larını axtarmaqla məşğul olur, insanları yalnız ən zəruri şeylərlə
kifayətlənməyə çağırırdılar. Onlar Sokratın təlimini inkişaf
etdirir, bunun üçün öz müəllimlərinin malik olduğu mənəvi key-
fiyyətləri – təmkinlilik, sakitlik, yeməkdə və geyimdə isə tələbkar
olmamaq kimi xüsusiyyətləri əsas götürürdülər. Onlar səadət
anlayışını ictimai normalara etinasız yanaşmaqla, sərvətdən və
şöhrətdən imtina etməklə əlaqələndirirdilər.
İdeyalara ümumi mahiyyət kimi yanaşan Platonu buna görə
tənqid edən 
Sinodlu Diogen
(e.ə. təqribən 400-325-ci illər)
kinizmin parlaq nümayəndəsi idi. O, passiv mövcudluğu,
tərki-dünya həyat tərzini təbliğ edir, aza qane olmağa, hökm-
darların qarşısında cəsarətli və müstəqil olmağa çağırırdı.
Deyilənə görə, o, özü gildən hazırlanmış çəlləyin içində
117
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


yaşayırmış. Yunanlar onlara “həyatda ən sadə yol göstərdi -
yinə görə” minnətdarlıq əlaməti olaraq Diogenə it şəklində
abidə ucaltmışlar.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə