Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə62/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Parmenid
idi
(e.ə. təqribən 540-470-ci illər). Onun təliminin bəzi müddəaları
pifaqorçulara qarşı yönəlmişdi. Parmenid onlarla əlaqəni kəsmiş-
di. O, həmçinin Heraklit və Anaksimenə qarşı onların materia -
lizminə görə kəskin çıxışlar edirdi. O, əqli biliyi hissi biliyə qarşı
qoyurdu, lakin varlığı dünyanın mərkəzində hərəkətsiz
vəziyyətdə olan maddi kürə şəklində təsəvvür edirdi.
Parmenidin fikrincə, dünya məkanı həmişə tamamilə dolu olur,
hər bir fikir mövcud olan haqqında fikirdir, buna görə də yoxluq
ola bilməz. Əgər yoxluq mövcud deyilsə, deməli, heç nə yaran-
mır və heç nə məhv olmur. Dünya vahiddir, onun hissələri yox-
dur. Hər hansı çoxluq yalnız hisslərin aldanmasıdır. Hərəkət də
mümkün deyil: hərəkət və məhvolma haqqında təsəvvürlər yal-
nız adi insanların fikridir, yəni dünya haqqındakı güzəran
təsəvvürləridir və fəlsəfəni həqiqət haqqında təlim kimi bu cür
təsəvvürlərdən fərqləndirmək zəruridir.
Həqiqətən mövcud olanlar haqqında Parmenidin metafizik kon-
sepsiyası belədir. O, hisslərin yaratdığı dünya mənzərəsinə eti-
madsızlığı və hətta müəyyən inkarı nəzərdə tutur. Parmenidin
özünəməxsus tərzdə zəkanın idrakdakı rolunu yüksək
qiymətləndirməsinə baxmayaraq, onun təlimi qeyri-elmi fikirlər
və mifoloji anlayışlara görə fərqlənir. 
Parmenidə görə, bütün bu hadisələrin əsasında işıq və zülmətin
əksliyi dayanır. Yer kürəsini konsentrik şəkildə dövrələyən göy
halqaları vardır. Bu halqalardan biri saf odla, digəri zülmət
qaranlıqla doludur. Onların arasında yerləşən halqada müəyyən
qədər od var. Yer dünyanın mərkəzində dayanan cisimdir.
Dünyanın mərkəzində hökmran ilahə, yaxud başqa sözlə desək,
Həqiqət və Zərurət dayanır. Bu ilahə bütün göy cisimlərinin
hərəkətini “püşk atmaqla” idarə edir. O, insanlarda bir-birinə
qovuşmaq cəhdini oyadan məhəbbət Allahını - Erosu bütün
allahlardan əvvəl yaratmışdır. 
Parmenidin bəzi gümanları, məsələn, Ayın qaranlıq təbiəti, onun
yalnız Günəş işığını əks etdirməsi və özünün işıq saçmağa qabil
olmaması, eləcə də bizim hisslərimizin və ağlımızın öz fiziki
102
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


təbiətimizdən və bədən orqanlarının vəziyyətindən asılı olması
haqqında güman elmi təsəvvürlərin sonrakı inkişafında böyük
əhəmiyyət kəsb etmişdir.
Parmenidin şagirdi 
Zenon
(e.ə. 480-430-cu illər) buna oxşar, lakin
daha güclü fikirləri müdafiə edirdi. O, Parmenidin nəzəriyyəsini
müdafiə etmək üçün bir sıra arqumentlər irəli sürmüşdür. Zenon
mübahisəni çox bacarıqlı şəkildə aparırdı və Aristotel həqiqətin
müəyyən edilməsi üçün Zenonun təklif etdiyi metodu tərif 
-
ləyərək, onu “dialektika”nın banisi adlandırmışdır. Qədim
Yunanıstanda “dialektika” sözü mübahisə aparmaq məharətini,
öz müddəalarını əsaslandırmaq və rəqibin dəlillərindəki daxili
ziddiyyətləri aşkar etmək bacarığını bildirirdi. Sonrakı dövrdə,
xüsusən də Hegelin əsərlərində “dialektika” sözü başqa məna
kəsb etmişdir. “Metafizika” sözü də müxtəlif mənalara malikdir.
Bu söz Aristotel tərəfindən tətbiq edilmişdir. Deməli, Zenonun
dövründə “metafizika” sözü ümumiyyətlə olmamışdır. Aristotel
“fizikanın” hüdudlarından kənarda olanları metafizika
adlandırırdı. O, elmi əsər yazaraq əşyavi dünyanı “fizika” kimi
səciyyələndirmiş, öz fəlsəfi müddəalarını isə “Metafizika”
əsərində şərh etmişdir. O vaxtdan fəlsəfəni “metafizika”
adlandırmışlar. Engels bu sözü hərəkəti inkar edən təlim
barəsində mənfi mənada işlətmişdir.
Beləliklə, Zenon dialektikanın banisi olmuşdur. Onun dialektik
me todu nu “əksindən isbat” riyaziyyat metodu ilə müqayisə et -
mək olar. Zenon Parmenidin əleyhdarlarının tezislərini şərti ola -
raq qəbul edir, lakin sonra sübut edir ki, həmin tezislərin qəbul
edilməsi labüd olaraq ziddiyyətlərə gətirib çıxarır. Beləliklə, o,
həmin müddəaların yalan olmasını əsaslandırır. Hərəkətin
mümkünsüzlüyü haqqında Zenonun mühakimələrini çətin həll
edilə bilən problemlər mənasında aporiyalar adlandırmaq qəbul
edilmişdir, hərçənd, o, özü həmin anlayışı işlətməmişdir. Zenon
bir neçə bu cür aporiya yaratmışdır: “Dixotomiya”, “Axilles”,
“Uçan ox”, “Mərhələlər”. Zenonun iki min il bundan əvvəl ifadə
etdiyi arqumentlər antik riyaziyyatın, məntiqin və dialektikanın
sonrakı inkişafına güclü təkan vermiş, qarşıya çıxan çətinliklərin
103
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


aradan qaldırılması yollarının axtarışı fikrini oyatmışdır. Bu apo-
rilərin məzmun zənginliyi sayəsində onlar hərəkət haqqında qə -
rar laşmış təsəvvürlərin dəyişməsində məhək daşı rolu oyna mış -
lar. Çünki onlarla bağlı məntiqi çətinliklərin aradan qaldırılması
üçün xeyli səy göstərmək tələb olunurdu.
Eley məktəbinin üçüncü nümayəndəsi 
Meliss
(e.ə. V əsrin orta-
ları) olmuşdur. Həqiqi varlığın vəhdəti, əbədiliyi və dərk edilə
bilən olmaması haqqında Parmenidin təlimini təkrarladığına
baxmayaraq Meliss sübut edirdi ki, dünya o zaman əbədi, yaran-
mayan və yox olmayan ola bilər ki, o, sonsuz olsun.
İndi isə materialist istiqamətin başqa səviyyəyə və başqa dövrə
aid daha bir nümayəndəsinin – 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə