Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə64/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Anaksaqor
(e.ə.
təqribən 500-428-ci illər) idi.
Anaksaqor özünəqədərki materialistlər kimi hesab edirdi ki,
mövcud dünya ilkin nizamsız, xaotik şəkildə qarışmış maddi
hissəcikləri nizama salan “ağlın” fəaliyyəti sayəsində yaran-
mışdır. Anaksaqor üçün “ağıl” maddi - mexaniki - hərəkətverici
qüvvədir. 
Anaksaqor təkcə filosof deyil, həm də elmi tədqiqatçı idi.
Müəyyən araşdırmalar sayəsində onun çıxardığı nəticələr dini
postulatlara zidd idi. Buna görə Anaksaqora böhtan ataraq dini
kafirlikdə ittiham etmişdilər. Bu ittiham üçün bəhanə
Anaksaqorun belə bir fikri olmuşdur ki, göy cisimləri ilahi var-
lıqlar deyil, Yerdən qopub ayrılmış və havada sürətli hərəkət
nəticəsində közərmiş nəhəng maddi cisimlər və ya qayalardır. O,
mühakimə olunaraq Afinadan qovulmuş, bundan sonra Kiçik
Asiyadakı Lampsak adlanan yerdə məskunlaşmış və az sonra
orada vəfat etmişdir. 
Başqa aləmlərin məskunlaşması haqqında nəzəriyyə də
Anaksaqora məxsusdur. O, belə hesab edirdi ki, Ayda həyat
vardır. Anaksaqora görə, gözlə görünməyən həyati başlanğıc hər
yerdə yerləşdirilmişdir. Bütün canlıların yaranmasının mənbəyi
də onlardır. Bu isə yenə panspermiya nəzəriyyəsi demək idi. Yeri
105
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


gəlmişkən, kosmik şüalar kəşf ediləndən və radiasiyanın bioloji
obyektlərə təsiri aydınlaşdırılandan sonra kiçik bir həlqə
çatışmır, sübut edilsin ki, Yer üzündə həyat heç vaxt yaradıl-
mayıb, o, kainatda hadisədir, ən elementar orqanizmlərin yaran-
ması səviyyəsində kainatda əbədi mövcuddur və bu anlamda
ona istər zaman, istərsə də məkan məhdudiyyəti yoxdur. Kosmik
cisimlərdə və kosmik tozda artıq həyatın prototipi olan üzvi
maddələr aşkar edilmişdir. 
Anaksaqor fəlsəfəsinin əsas vəzifəsi eleatlar tərəfindən müəyyən
edilmiş həqiqi varlığın əbədiliyi və ötəri olmaması fikrini hiss-
lərin dəlalət etdiyi dəyişmə, hərəkət və çoxluqla uzlaşdırmaqdır.
Bununla o, metafizik konsepsiyalara qəti surətdə müəyyən-
ləşdirilmiş materialist xarakter və bir qədər dialektik rəng verir-
di. O, həm çoxluğun, həm də hərəkətin gerçəkliyini sübut edirdi.
Anaksaqora görə, maddi ünsürlərin sayı sonsuzdur, amma
onları hərəkətə gətirən qüvvə təkdir. Bütün əşyalar birləşmə və
bölünmə yolu ilə yaranır və məhv olur. Dünya bölünməz deyil,
o, hissəciklərin sonsuzluğundan ibarətdir. Hər bir əşyada digər
əşyanın bir hissəciyi vardır. Mənidə (maya) tüklər, dırnaqlar,
damarlar, arteriyalar, sinir və sümüklər olduğu kimi, bütün
başqa əşyalarda da nə isə vardır. Məsələn, ağda qara, qarada ağ,
ağırda yüngül, yüngüldə ağır vardır. Beləliklə, Anaksaqor
Demokritin atomistika haqqında, maddənin atom quruluşu
haqqında təlimini hazırlamışdır. 
Anaksaqor öz dövrü üçün dahiyanə sayıla biləcək bir fikir də
söyləmişdir: İnsanın əlləri olduğuna görə, o, heyvanlardan
üstündür. Məsələ heç də onda deyildir ki, insan heyvandan ağıl-
lıdır, hərçənd, bəzən bunu da isbat etmək lazım gəlir; o, ağıllıdır
ona görə ki, onun inkişaf etmiş əlləri vardır.
Anaksaqor tamamilə şüurlu şəkildə fəlsəfi anlayışları miflərdən
xilas etməyə çalışırdı.
E.ə. V əsrdə Yunanıstanın bir sıra şəhərlərində köhnə aris-
tokratiyanın siyasi hakimiyyəti quldarlıq demokratiyasının
hakimiyyəti ilə əvəz edildi. İlk dəfə məhz bu hakimiyyətin yarat-
106
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


dığı seçkili təsisatların – yeni sosial qaydaların müdafiəsində
böyük rol oynamış xalq məclisi və məhkəmənin inkişafı natiqlik
məharətinə malik olan insanların hazırlanmasını tələb edirdi.
Nitqin düzgünlüyü və natiqlik məharəti baxımından daha çox
inkişaf etmiş insanların bəziləri siyasi biliklər və ritorikadan dərs
deyirdilər. Bu adamları “sofistlər” adlandırırdılar. “Sofist” sözü
başlanğıcda “mahir insan”, “müdrik”, “müdriklik müəllimi”
mənasında işlədilirdi. Lakin sonradan demokratik quruluşu
inkar edən mühafizəkar yazıçılar gəncləri məhkəmə və siyasi
karyeraya hazırlayan yeni müəllimlərə də düşmən kimi baxmağa
başladılar. Onlar öz nitqlərində həqiqəti üzə çıxarmağa deyil,
qərəzli, bəzən bilərəkdən yalan baxışları isbat etməyə çalışanları
“sofistlər” adlandırmağa başladılar. 
Hər hansı həqiqəti isbat etməyi və onu hər hansı yanlış fikrə
çevirməyi bacaran bu sofistlər mükəmməl təhsilləri ilə fərqlənir
və öz qazancları ilə dolanırdılar. Onlar dedikləri dərsə və camaat
qarşısında çıxışlarına görə pul alırdılar. Onlar öz ağılları hesabı-
na qazanc əldə edən ilk insanlar, mübahisə aparmaq və məntiqi
araşdırmalar sahəsində çox mahir idilər. 
Sofistlər bir sıra fəlsəfi traktatlar yaratmışlar. Skeptisizm onların
dünya baxışlarının fərqləndirici cəhəti idi. Bu, skepsisin və relya-
tivizmin ilk forması idi.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə