Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə63/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Empedoklun
(e.ə. təqribən 490-
430-cu illər) təlimini nəzərdən keçirək. Öz baxışlarını “Təbiət
haqqında” traktatda şərh etmiş filosof və həkim Empedokl Sici li -
yanın Aqriqente şəhərində yaşayıb-yaratmışdır. Bu şəhərdə fəlsə-
fi fikrin yeni bir istiqaməti inkişaf etməyə başlamışdı. Empedokl
həqiqi varlığın əbədi, sarsılmaz və dəyişməz olması barədə
Parmenidin fikrinə əsaslansa da, varlığın elementlərinin sayı
məsələsində onunla razılaşmır: Parmenidə görə, həqiqi varlıq
yeganədir, Empedokl isə dörd maddi başlanğıcı – od, hava, su və
torpağı fərqləndirərək, onları “bütün şeylərin kökləri”
adlandırır. Şeylərin yaranması, əslində bu, əbədi köklərin bir-
ləşməsidir ki, onların da arasında od daha mühüm rol oynayır.
Köklərdən əlavə daha iki hərəkətverici qüvvə var: növbə ilə
dünyada hökmranlıq edən Məhəbbət və Ədavət. Məhəbbət
hökmran olduğu dövrdə hər şey vəhdət təşkil edir, Ədavətin
hökmranlıq etdiyi dövrdə isə hər şey çoxalır. Empedokl şeylərin
mənşəyində məqsədəuyğunluğu inkar edərək, öz araşdır-
malarında cisimlərin yaranması prosesində təsadüfün roluna da
toxunmuşdur.
Empedokl kosmologiya və fizika sahəsində Pifaqor və
Parmenidlə müqayisədə xeyli irəli getmişdir. O, Ay və Günəş
tutulmalarını izah etmiş, bu hadisələri Ayın Yer ilə Günəş arasın-
dan keçməsinin nəticəsi hesab etmişdir. Heyrətamizdir ki,
Empedoklun gümanına görə, işığın məkanda yayılması üçün
104
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


zaman zəruridir, amma işıq çox böyük sürətlə yayıldığı üçün biz
onun yayılma müddətini hiss etmirik. O bildirirdi ki, bitkilər
heyvanlardan daha əvvəl və ixtiyari şəkildə yaranmışdır.
Heyvanların formalarının çoxalması tədricən baş vermişdir.
Empedoklun təlimində fizika, kosmologiya və fiziologiya artıq
dindən asılı deyildi. 
E.ə. V əsrin ortalarından başlayaraq qədim yunan fəlsəfi fikri ilk
dəfə olaraq, sözün həqiqi mənasında, Yunanıstan zəmininə
düşür. E.ə. V əsrin əvvəlində iranlıların dəhşətli basqınlarının
müzəffər şəkildə dəf olunmasına başçılıq etmiş Afina az sonra
siyasi və mədəni həyat mərkəzinə çevrildi. Afina
demokratiyasının görkəmli lideri Periklin dövründə burada fəl-
səfə də yaranır. Onun ilk görkəmli nümayəndəsi 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə