biliklərin əsasları ilə tanış olmuşdular. Şərq fəlsəfi baxışlarının
əsasları da bu şəhərlərə gəlib çatmışdır. Məsələn, məlumdur ki,
Platon Zərdüştü qədim dövrün filosofu adlandırır, Aristotel isə
Xeyir ilə Şər arasında mübarizə haqqında Zərdüştün təlimi ilə
tanış idi.
Antik fəlsəfə də, öz növbəsində, Yaxın Şərq ölkələrində fəlsəfi
şüurun inkişafına çox böyük təsir göstərmişdir. Aristotel, Platon
və Plotinin fəlsəfi təlimləri İsgəndəriyyədə və Suriyada geniş
yayılmışdı. Neoplatonizmin ən böyük nümayəndələri Porfiri
(e.ə. təqribən 304-cü ildə vəfat etmişdir) və onun şagirdi
Yamvlix (e.ə. təqribən 330-cu ildə vəfat etmişdir) əslən suriyalı
olmuşlar. Bundan əlavə, V əsrin ikinci yarısında–VI əsrin əvvəl-
lərində Bizansın hakim dairələri xristianlığı bütpərəstliyin
hücumlarından qorumaq üçün bütpərəst aristotelizmə zərbələr
endirmişdir. Məsələn, imperator Zenon 489-cu ildə dekret
verərək peripatetiklərin məktəbini, imperator Yustinian isə
Afinadakı sonuncu – neoplatonist fəlsəfə məktəbini bağlatdır-
mışdır. Bu məktəblərin davamçıları Sasanilər sülaləsinin
hakimiyyətdə olduğu İranda, o cümlədən Nisibin və
Hinduşapur şəhərlərində sığınacaq tapmışdılar. V-VI əsrlərdə
həmin şəhərlərdə fəlsəfə məktəbləri yaranmışdı.
Antik fəlsəfə ideyalarının əsas əhatə dairəsi öz inkişafını beləcə
başa vurdu.
Dostları ilə paylaş: