Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə60/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Anaksimen
hesab edir-
di ki, hava əbədi ilk mövcudiyyətdir və onun boşalması və ya
qatılaşması hər şeyin – əvvəllər mövcud olmuşların, hazırda
mövcud olanların və gələcəkdə mövcud olacaqların əmələ
gəlməsinin ilk mənbəyidir. O, heliosentrik sistem ideyasını birin-
ci olaraq irəli sürərək hesab edirdi ki, Ayda həyat var, yəni həyat
kosmosda məskunlaşmışdır və deməli, başqa planetlərdə də
insanlar mövcuddur.
Onların ardınca şair-filosof 
Ksenofan
(e.ə. VI-V əsrlər) gəlir. Bir
növ ayrıca yer tutan sima olsa da, o, Eley məktəbinin müjdəçisi
idi. O, çoxlu sayda allahların Olimpdə məskunlaşması haqqın-
da təsəvvürləri tənqid etmişdir. Onun fikrincə, insanlar özlərinə
oxşayan allahlar uydurmuş və özlərinə xas olan fiziki
əlamətləri onlara da şamil etmişlər. Amma bir Allah mövcud-
dur ki, o da hər şeydə var və hər şeyi ağlın gücü ilə idarə edir.
98
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


Bütün doğulan və böyüyən nə varsa, hamısı torpaq və sudur;
insanlar torpaqdan və sudan yaranmışlar. Nə allahların təbiəti
haqqında, nə bütün yerdə qalanlar barəsində həqiqi bilik ola
bilməz, ancaq fikir ola bilər. O, Homeri və Hesiodu ona görə
tənqid edirdi ki, onlar insana xas olan qüsurları allahlara aid
etmişlər. Biz Ksenofanın təlimində mütərəqqi mədəniyyət
nəzəriyyəsi görürük: “Allahlar bəndələrə hər şeyi əvvəldən
açıqlamamışlar, lakin insanlar tədricən, axtararaq daha yaxşı
olanı tapırlar”.
Pifaqor özü heç nə yazmırdı, ancaq o da Sokrat kimi yalnız
danışırdı. Onun təlimi həm dini təsəvvürləri, həm də fəlsəfi
baxışları əhatə edirdi. Pifaqorun dini təlimi ruhun ölməzliyi və
ölümdən sonra insan ruhunun başqa canlıların bədəninə
köçməsi, saymanın əsas elementi olan vahidin ilahi ədəd olması
haqqında təsəvvürləri təbliğ edirdi. Burada Şərq mütəfəkkir-
lərinin təlimləri ilə müəyyən bir oxşarlıq, xüsusən də, buddizmin
təsiri nəzərə çarpır. Pifaqorun hesab və həndəsə ilə məşğul
olması onun fəlsəfəsinə də öz təsirini göstərmişdir. O, dörd sub-
stansiya – od, su, torpaq və hava haqqında ideyadan imtina
etmir, lakin hesab edirdi ki, ədəd dünyanın bütün şey və hadisə -
lərinin ilk elementidir: əks ədədlər cütlüyündən hissi qavranılan
cisimlər yaranır ki, onların da dörd əsası var – od, su, torpaq,
hava; bu dörd əsasın çevrilmələri nəticəsində insan və digər
canlı 
lar yaranır. Ədədləri (təbiətin kəmiyyət cəhətlərini və
qanunauyğunluqlarını insanın şüurunda ifadə edən mücərrəd
təfəkkürün məhsullarını) onları doğuran obyektiv mənbədən –
konkret şeylərdən və hadisələrdən ayıran pifaqorçular bir idea -
list kimi ədədləri bütün mövcudluğun ilkin, əzəli ünsürləri hesab
edirdilər. 
Pifaqor insanlara qidalanma və davranış barədə çoxlu məsləhət
və göstərişləri, üç həyat tərzi haqqında təlimi irs kimi qoymuş-
dur. Bu həyat tərzlərindən ən alisi praktiki həyat deyil, seyrçi
həyat hesab edilirdi. 
Pifaqorun aforizmlərindən birində deyilir: “Tərəzinin üstündən
keçməyin”, yəni bərabərliyi və ədaləti ayaqlar altına salmayın. 
99
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


Pifaqor dövründən başlayaraq fəlsəfənin inkişafında ikinci xətt –
idealist xətt aydınca təzahür edir. Fales, Anaksimandr və
Anaksimenin baxışları materializm xəttini təmsil etdiyi halda,
Pifaqor faktiki olaraq idealizm xəttinin banisidir.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə