Filasofiya az: filosofia qxd


Fəlsəfənin inkişafında ziddiyyətli meyillər: dialektika və



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə61/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Fəlsəfənin inkişafında ziddiyyətli meyillər: dialektika və
metafizika.
Əksliklər ideyasının ilk dəfə olaraq pifaqorçular
tərəfindən ədədə nisbətdə irəli sürülməsinə baxmayaraq, onlar
əkslikləri hərəkətdən kənarda, statika vəziyyətində nəzərdən
keçirirdilər. Hər şeyin axması, hər şeyin dəyişməsi və dünyada
baş verən bütün hadisələrin mənbəyi kimi mübarizə haqqında
ilk dəfə fikir söyləyən yunan və dünya fəlsəfəsi tarixində ən ori-
jinal mütəfəkkirlərdən biri – 
Efesli Heraklit
(e.ə. təqribən 544-
483-cü illər) olmuşdur. O, yunan tarixi üçün gərgin və böhranlı
bir dövrdə - demosun tayfa aristokratiyasına qarşı kəskin müba -
rizəsinin sonuncunun hakimiyyətinin devrilməsinə və polis
demokratiyasının formalaşmasına gətirib çıxardığı, kiçikasiyalı
yunan polislərinin və bütün Elladanın İran şahlığına qarşı azad -
lıq müharibəsi dövründə yaşamışdır.
Heraklit mənşəyinə və siyasi baxışlarına görə aristokrat idi. O,
aristokratiyanın hakimiyyətini əvəz etmiş demokratik hakimiy -
yətə düşmən münasibət bəsləyir və belə hesab edirdi ki, ha ki -
miyyət “ən yaxşıların” azlığına mənsub olmalıdır. 
Heraklitin fəlsəfi təliminin əsasında bütün varlığın ötəri, dəyiş -
kən xarakteri barədə təsəvvürlər dayanırdı. Hər şey axır, hər şey
dəyişir – dünya haqqında ilk dialektik nəticə buradan irəli gəlir.
Heraklit güman edirdi ki, dünyada mövcud olanların hamısı
maddi ilkin başlanğıcdan yaranmışdır. Bu mənada o, sadəcə
dialektik deyil, dialektik-materialist idi. Lakin bu ilkin maddə nə
Falesin dediyi su idi, nə Anaksimandrın dediyi apeyron, nə də
Anaksimenin dediyi hava. Heraklit bildirirdi ki, təbiətin əsasını
təşkil edən ilk maddə oddur. Dünya və ya təbiət fasiləsiz dəyiş -
mə prosesindədir. Bütün təbii maddələr arasında dəyişməyə ən
çox qabil olan və ən mütəhərrik olan isə məhz oddur. Heraklit od
obrazını bütün dünyaya, bütün kainata bu cür şamil edir: kos-
mos bütün mövcudiyyət üçün eynidir; o, hərdən alovlanan,
100
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


hərdən də sönən canlı od olmuş, var və əbədi də olacaqdır.
Deməli, bütün kosmos və bütün dünya hərdən közərən, hərdən
sönməyə başlayan oddur. 
Heraklitin inkişaf etdirdiyi baxışa görə, dünya hərəkətsizlik yox,
elə bir prosesdir ki, bu zaman bütün şey və xassələr necə gəldi
dəyişmir, onlar əks keyfiyyətə - özlərinin əksinə çevrilirlər.
Soyuq isti, isti soyuq, nəm quru, quru isə nəm olur və s. Sadəlövh
dialektikadır, amma çalış ki, onu təkzib edəsən. Burada nəyi
təkzib etmək olar? Soyuq yalnız isti ola bilər və başqa cür ola
bilməz ona görə ki, o, bu vəziyyətdə daim mövcud deyildir.
Eynilə yaş da yalnız quruya çevrilə bilər və s. Günəş özü hər an
yeniləşir. Heraklitin təliminə görə, əbədi hərəkət həm də əbədi
dəyişiklikdir: “Hər gün çıxan Günəş yeni deyil: o, daim, fasiləsiz
yeniləşir”. Ona görə də iki dəfə eyni çaya girmək mümkün deyil:
çünki o, hər dəfə başqadır. 
Hər şeyin öz əksinə çevrilməsi insan həyatında sadə keçid deyil,
mübarizədir. Heraklitin təbirincə desək, mübarizə hər şeyin
atası, hər şeyin şahıdır. Məhz əksliklərin mübarizəsi sayəsində
onların daxili eyniliyi üzə çıxır. Şeylərin bütün keyfiyyətləri nis-
bidir. Dəniz suyu bir tərəfdən ən saf və eyni zamanda, ən çirkli
sudur: balıqlar üçün bu su qida və xilas mənbəyi, insanlar üçün
isə yararsız və təhlükəlidir. 
Təbiətin hərəkəti və dəyişməsi qanunauyğunluqdur. Heraklit bu
qanunauyğunluğu loqos adlandırır. Loqos həm də insan
idrakının həqiqiliyinin əsasıdır, yəni Heraklitə görə, loqos
idrakın özünün qanunauyğunluğu kimi çıxış edir. 
Təbiəti dərk etməyə, hərəkət proseslərini anlamağa və əks
etdirməyə cəhd edən yunan fəlsəfi fikrinin mərkəzi bundan
sonra həmin dövrdə Yunanıstanın müstəmləkəsi olan Cənubi
İtaliyaya keçir. E.ə. VI-V əsrlərdə burada üç böyük filosofun –
Eleyli Parmenid, Eleyli Zenon və Samoslu Melisin təmsil etdiyi
fəlsəfə məktəbi mövcud idi. Bu məktəbin əsas təlimləri Parmenid
və Zenon tərəfindən yaradıldığına görə, onu Eley məktəbi
adlandırırdılar.
101
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


Eley məktəbinin baş filosofu Ksenofanın davamçısı 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə