zaman zəruridir, amma işıq çox böyük sürətlə yayıldığı üçün biz
onun yayılma müddətini hiss etmirik. O bildirirdi ki, bitkilər
heyvanlardan daha əvvəl və ixtiyari şəkildə yaranmışdır.
Heyvanların formalarının çoxalması tədricən baş vermişdir.
Empedoklun təlimində fizika, kosmologiya və fiziologiya artıq
dindən asılı deyildi.
E.ə. V əsrin ortalarından başlayaraq qədim yunan fəlsəfi fikri ilk
dəfə olaraq, sözün həqiqi mənasında, Yunanıstan zəmininə
düşür. E.ə. V əsrin əvvəlində iranlıların dəhşətli basqınlarının
müzəffər şəkildə dəf olunmasına başçılıq etmiş Afina az sonra
siyasi və mədəni həyat mərkəzinə çevrildi. Afina
demokratiyasının görkəmli lideri Periklin dövründə burada fəl-
səfə də yaranır. Onun ilk görkəmli nümayəndəsi
Dostları ilə paylaş: