Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə65/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Abderli Protaqor
(e.ə. təqribən 490-420-ci illər) sofistika lider-
lərindən biri olmuşdur. Bu məşhur kəlam ona məxsusdur: “İnsan
bütün şeylərin ölçüsüdür: mövcud olan şeylərin mövcudluğu-
nun, mövcud olmayan şeylərin mövcud olmamasının”. Protaqor
bu tezisi hər şeyin nisbi olmasını sübut etmək üçün irəli sür-
müşdü. Protaqora görə insanın hər şeyin ölçüsü olması o
deməkdir ki, ağıllı və məntiqi fikirləşməyi bacaran fərd hər hansı
problemin həlli üçün hər şeydən öz xeyri üçün istifadə edə bilər;
deməli, insan həmin şeyin ölçüsü, onun ağasıdır.
Sofistləri iki qrupa bölürlər: böyüklər (Protaqor, Qorqi, Qippi,
Prodik) və kiçiklər (Likofron, Alkidamant, Antifont, Frazimax).
İdrak məsələləri onların diqqət mərkəzində idi. Lakin sosial-
107
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


siyasi məsələlərə də az diqqət yetirmirdilər. Likofron insanlar
arasında sosial fərqlərin zəruri olmasını inkar edir, sübut edirdi
ki, insanlar azad doğulurlar və təbiət heç kəsi kölə kimi yaratmır. 
Sofistlərin tarixi xidməti ondan ibarətdir ki, onlar təbiət hadisə -
lərinin, nisbilik haqqında təlimin rasionalist izahını inkişaf
etdirmiş, kəskin sosial məsələlər qaldırmışlar. Sofistlər birinci
olaraq insan problemini qaldırmışlar, lakin onların əsas xidməti
Sokratın gəlişini hazırlamaları olmuşdur.

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə