Sokrata məxsus olan bu kəlamlar bütün bəşəriyyət üçün əməli
məsləhətlər kimi səslənir: “Özünü dərk et”, “Hər işi əndazəsində
gör”, “Fəlsəfəni sev”, “Bilik xeyirxahlıqdır”, “Heç kəs öz iradəsi
ilə pislik etmir”. Sokratın həyatın mənası haqqında mühaki mə lə -
ri nin məntiqi belədir:
insan həqiqəti dərk etmək, yaxşılıq etmək
və bunların hamısını gözəl etmək üçün doğulur. Həqiqətin, xe -
yir xahlığın və gözəlliyin vəhdəti insanın təyinatının mahiyyə-
tidir. İnsan yalnız o halda insan olur ki, onun üçün həqiqət hər
şeydən qiymətli olsun.
Əslində, Sokratın fəlsəfəsi antropologizmdir,
lakin bu, etik
antropologizmdir. Dünya fəlsəfə tarixində antropologizm dövrü
Sokratla başlanır.
Sokratın öz sübutlarında hansı metoddan istifadə etməsi də
mühüm məsələdir. O, dialektik idi. Onun anlamında dialektika
anlayışların tədqiqat metodu, dəqiq təriflərin müəyyən edilməsi
üsuludur. Onun metodu üçün iki üsul səciyyəvidir: istehza,
sonra isə həqiqətin təsdiq edilməsi.
Mübahisəni elə aparmaq
lazımdır ki, onun nəticəsində həqiqət yaransın. Sokrat öz
müsahibinə bir neçə istehzalı sual verirdi və həmin adam özünü
itirirdi. Məsələn o, sərkərdə Laxesə belə bir sual vermişdir:
“İgidlik nədir?” Laxes belə cavab verir: “İgid o şəxsdir ki, sırada
öz yerində qalmaqla düşmənlə vuruşur və döyüş meydanından
qaçmır”. Sokrat bu fikri təsdiq edir,
lakin qeyd edir ki, onun
müsahibi igidliyi ayrıca bir hala aid etmişdir, çünki bəzən qaçıb
qurtarmaq da igidlik hesab edilə bilər. Məsələn, skiflər düşmən
qabağından qaçarkən təqib zamanı heç də vuruşduqlarından az
igidlik göstərməmişlər. Sokrat hər dəfə elə faktlar seçir ki,
müsahibinin mövqeyinin birtərəfli olması dərhal üzə çıxır. Sonra
onun müsahibi igidliyə inadkarlıq kimi tərif verir. Sokrat isə belə
bir sillogizm qurur: hər bir mərdlik yaxşıdır; heç də hər bir inad-
karlıq yaxşı deyil; deməli, istənilən inadkarlıq mərdlik deyil.
Sokratın həll etməyə çalışdığı məsələlər bu gün də öz aktuallığını
itirməmişdir, buna görə də Sokrat bizim də müasirimizdir.
Sokrat
idealist idi, Levkipp və Demokrit isə atomist materializmi
təmsil edirdilər.
110
R a m i z M e h d i y e v
downloaded from KitabYurdu.org
Levkipp
(e.ə. təqribən 500-440-cı illər) atomistikanın əsasını qoy-
muşdur. Atomistikaya görə dünyada hər şey ən xırda, sadə və
bölünməz hissəciklərdən – atomlardan və boşluqdan ibarətdir.
Mütləq boşluq və bu boşluqda hərəkət edən atomlar anlayışlarını
ilk dəfə elmi dövriyyəyə gətirən Levkipp olmuşdur.
Atomist materializmin ən böyük nümayəndəsi Levkippin şagir-
di və dostu
Dostları ilə paylaş: