simadır ki, tarixçilər filosofları üç qrupa bölürlər: “Sokratdan
əvvəlkilər”, “Sokratın müasirləri” və “Sokratdan sonrakılar”.
Sokrat öz təlimini şərh etmiş və öz konsepsiyasını əsaslandır-
mışdır: insan problemindən başqa heç bir problem yoxdur; kos-
moloji şüur cəfəngiyatdır və onun mövzusu yoxdur: insan təbiətə
aid məsələlərə qarışmamalıdır – orada Allah hökmranlıq edir və
təbiətin qanunlarını öyrənmək insanın işi deyil; insanın əsas
vəzi fəsi özünü dərk etməkdir. Bu, özünüdərkdir. Özünüdərk isə
qarşıya ən köklü məsələlər qoyur. Sən bu dünyaya nə üçün
gəlmisən? Sən nə etməlisən? Sənin taleyin necədir, sənin fəaliy -
yətinin mənası nədir?
Sokratın baxışlarında mürəkkəb məqamlar çox olmuşdur. Həmin
məqamlardan biri belədir: o, bir tərəfdən insan problemini
qaldırır, idrakın vəzifəsinin insanın özünüdərki olduğunu
bildirərək, hesab edirdi ki, insandan uca heç nə yoxdur, amma
digər tərəfdən isə, mənşəcə aristokrat olmasa da, demokratik
Dostları ilə paylaş: