Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə68/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Demokrit
(e.ə. təqribən 460-371-ci illər) olmuşdur. O,
atomların və boşluğun mövcud olmasını, Kainatda atomların
sayının sonsuz və onların birləşmə formalarının çox müxtəlif
olmasını məntiqi yolla isbat etmişdir. Gördüyümüz dünyada
bütün şeylər və cisimlər görünən və hiss edilməyən maddi hissə-
ciklərin, müxtəlif keyfiyyətlərə malik olan müxtəlif kiçik
mövcudiyyətlərin müvəqqəti birləşməsi nəticəsində yaranır.
Kainat sonsuzdur və sonsuz dünya məkanında, eyni zamanda,
mövcud olan dünyaların sayı-hesabı yoxdur. Bu dünyalar əbədi
olaraq öz başlanğıc vəziyyətinə qayıdırlar.
Demokritin idrak haqqında təlimi də materialist təlimdir. O,
duyğuları – şeylərin hisslərə təsiri nəticəsində yaranan obrazları
idrakın başlanğıcı hesab edirdi. Lakin ölçüləri çox kiçik olduğu-
na görə, hisslər üçün əlçatmaz olan şeylər də mövcuddur.
Onların mövcudluğuna ağıl vasitəsilə əmin olmaq olar. 
Demokritin atomist baxışları zamanın əbədiliyi anlayışı ilə sıx
əlaqəli şəkildə inkişaf etmişdir. O, zamanın və maddi baş lan ğıc -
ların əbədi olmasını əsas götürərək təbiətdə bütün proseslərin və
hadisələrin zəruri olması qənaətinə gəlirdi. 
Demokritin təlimi fəlsəfənin inkişafında çox böyük addım ol -
muş dur. Materiyanın quruluşunun atomistik nəzəriyyəsi sonrakı
dövrdə nəzəri təbiətşünaslığın inkişafının əsasını təşkil etmişdir.
Antik fəlsəfənin ən böyük nümayəndəsi görkəmli mütəfəkkir

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə