Mühazirə 6 MÖvzu: coğrafiyanin tədrisində kartoqrafik vasitəLƏRDƏn istifadə



Yüklə 117,25 Kb.

tarix21.04.2018
ölçüsü117,25 Kb.
növüMühazirə


AZƏRBAYCAN COĞRAFIYASI VƏ COĞRAFIYANIN TƏDRISI               

METODIKASI KAFEDRASI 

       FƏNN:     MƏKTƏB COĞRAFIYASININ TƏDRISI 



Mühazirə 6 

 

 MÖVZU:  COĞRAFIYANIN TƏDRISINDƏ KARTOQRAFIK 



VASITƏLƏRDƏN  ISTIFADƏ 

                                                                 Dos.N.S.Seyfullayeva 

                                                                               Bakı 2017  

 

                               Mühazirənin planı  

1.

 

Kartoqrafik vəsaitlərin təhlili. 



2.

 

Xəritənin tədris prosesində rolu.  



3.

 

Xəritə  üzərində işin təşkili.  



4.

 

Kontur xəritə üzərində iş qaydaları. 



5.

 

 Dərs prosesində  kartoqrafik vasitələrdən istifadə imkanları. 



6.

 

 Xəritələr sorğu mənbəyi kimi.  



7.

 

Xəritə ilə iş bacarıqlarının formalaşdırılması.  



8.

 

Plan üzərində işin təşkili 



9.

 

Topoqrafik imla  



10.

 

 Coğrafi imla 



Təbiət və cəmiyyətdə baş verən bir çox hadisə və prosesləri coğrafiya elmi öyrənir. 

Öyrənmə prosesi informasiyanın toplanmasından başlayır. İnformasiyalar 

peyklər  vasitəsilə,  çöl  tədqiqatları  zamanı  meteoroloji  stansiyalardakı  cihazlarla 

əldə    edilir və müxtəlif laboratoriyalarda, eləcə də, statistika idarələrində toplanır

Məlumatlar        xüsusi  laboratoriya  avadanlıqlarının,  kompüter  proqramlarının 

köməyi  ilə      alimlər  tərəfindən  tәhlil  olunur.  İnformasiya  yalnız  mətn,  qrafik, 

cədvəl və şəkillər    formasında deyil, həmçinin digər üsullarla da tәqdim edilir. Ən 

geniş  yayılmış  və      daha  çox  istifadə  olunan  tәqdimetmә  üsulu  –  kartoqrafik 



tәsvirlәr, eləcə də coğrafi    xәritәlәrdir. 

Keçmiş zamanlarda xəritələr səyyah, dənizçi və tacirlərin danışıqları əsasında 

tərtib  olunurdusa,  hazırda  bu  işlə  coğrafiyanın  bir  sahəsi  olan,  ciddi  riyazi 

prinsiplərə    əsaslanan kartoqrafiya və ya xәritәşünaslıq elmi məşğul olur. Təsvir 

olunan  ərazi        haqqında  məlumatlar  –  ərazinin  aero  və  kosmik  fotoçəkilişləri 

vasitəsilə əldə edilir    və bunun əsasında topoqrafik xəritə tərtib olunur. 




Kartoqrafik  informasiyalar  hazırda  yalnız  tədris  prosesinə  deyil,  gündəlik 

məişətə  geniş  daxil  olmuşdur.  Hər  gün  radio  və  mətbuatda  minlərlə  coğrafi 

adlardan istifadə olunur, beynəlxalq və daxili xəbərlərin təqdimi, kosmik gəmilərin 

uçuşu, tikintilər, səyahətlər, hava məlumatları daim müxtəlif məzmunlu xəritələrlə 

müşayiət edilir. Bu məlumatlar axınından  düzgün istifadə etmək, məlumatlardan  

yararlanmaq  üçün  müasir  dövrdə  hər  bir  insanın  xəritə  savadına  malik  olması 

lazımdır. 

Xəritə  və  digər  kartoqrafik  təsvir  vasitələrindən  müxtəlif  peşə  sahibləri  - 

coğrafiyaşünaslar,  mühəndislər,  müəllimlər,  hərbçilər,  aqronomlar,  kosmonavtlar, 

təyyarəçilər, geoloqlar, və gəmiçilər müəyyən qədər  istifadə edir. Bunun üçün ilk 

növbədə  xəritə və digər kartoqrafik təsvir vasitələrindən  istifadə etmək bacarığına 

malik olmalıdır.  Xəritə və digər kartoqrafik təsvir vasitələrini  oxumaq, onlardan 

istifadə  etmək  bacarığı  müəyyən  vərdiş  və  hazırlıq  tələb  edir.  Çünki  xəritə 

üzərindəki  məlumatlar  şərti  işarələrlə  ikiölçülü  fəzada  təqdim  olunur.  Müasir 

kartoqrafiya  xəritəyə  real  dünyanın  şərti  işarəli  təsvir  modeli  kimi  baxılır.  

Kartoqrafik  məlumatların  təyin  edilməsinin  onlarca  üsulu  mövcuddur.  Bunlara 

xəritənin vizual, kartometrik, qrafik analizi  aiddir.  

Kartoqrafik  təsvirlər  çoxdur.  Onlardan  ən  mühümləri  aşağıdakılar  olub  tədris 

prosesində  istifadə  olunur: 

xəritə,  xəritə-sxem,  topoqrafik  xəritə,  plan,    qlobus, 

kontur xəritə və s. 

Xəritə üzərində aparılan işləri didaktik funksiyaların yerinə yetirilməsinə 

görə 3 qrupa ayırmaq olar. 

1)

 



Təhsilverici məqsədi 

2)

 



Tərbiyə edici məqsəd  

3)

 



İnkişafetdirici məqsəd 

Xəritə  üzərində  işlərin  müxtəlif  səviyyələri  mövcuddur.  Xəritədə  təsvir  olunan 

hadisə  və  prosesləri,  onların  inkişafını  dərk  etmək  üçün  xəritələrdən  istifadə 

kartoqrafik tədqiqat metodları üç qrupa ayrılır: 



1.Vizual  təhlil-görmə  qavranışına  əsaslanır,  şifahi  və  yazılı  təsvirlə  yekunlaşır. 

Vizual təhlil xəritə ilə tanış olmaq –yəni ötəri oxu və xəritənin şərti işarələri, əlavə 

məlumatlar,  təchiz  elementləri,  xəritənin  əhatə  etdiyi  ərazini  və  s.-i  təhlil  edən 

bələd olmaqla oxudan ibarətdir. 



 2.Qrafik  təhlil  –  təcrübədə  ən  çox  istifadə  olunur,  profillər,  diaqramlar,  blok-

diaqramlar  və  s.  Məktəb  təcrübəsində  ən  çox  relyef,  geoloji  və  kompleks 

profillərdən  istifadə  olunur.  Blok  –  diaqramlar  hər  hansı  səthin  eninə  və  uzununa 

şaquli kəsilişləri ilə birlikdə perspektiv təsvirindən ibarət olub üçölçülü şəkildir. 



3.Kartometrik təhlil – xəritə üzərində koordinatların yüksəkliklərin, məsafələrin, 

sahələrin  həcmlərin,    istiqamətlərin  ölçülməsi  və  hesablanması  üsullarını  nəzərdə 




tutur,  kartoqrafik  üsul  şagirdlərin  riyazi  hesablama  qabiliyyətinin  coğrafiyaya 

tətbiqini tələb edir Birmənalı şəkildə kartometrik ilə təyin olunur. Ümumiyyətlə isə 

uşaqların  xəritələri  yaxşı  bilmələri  üçün  onlar  keçdikləri  yeni  mövzuda 

öyrəndikləri  coğrafi  adları,  bilik  və  məlumatları  özləri  həmin  mövzuya  uyğun 

xəritədə axtarıb tapmaları daha yaxşı olar. 

Xəritə  üzərində  müəllimin  apardığı  işlər  metodik  təyinatına  görə  üç  səviyyədə 

müəyyən olunur: 

1.Xəritəni  başa  düşmək  –  kartoqrafik  biliklərə  malik  olmaq  deməkdir,  yəni 

xəritənin  nə  olmasını,    onun  xassələrinin,  məzmunun,  vəzifəsinin  nədən  ibarət 

olduğunu, xəritə  üzərindəki hər bir şərti işarənin nə demək olduğunu, xəritələrdən 

necə  istifadə    etmək      lazım    gəldiyini  və  bundan  nə  kimi  fayda  əldə  etmək 

mümkün  olduğunu  bilmək  deməkdir.  Xəritəni  başa  düşmək  kartoqrafiyanın 

predmetini  təşkil edir.  



2.Xəritəni  oxumaq  –    Xəritəni  oxumaq-  şərti  işarələri  oxumaqla    hər  hansı 

ərazinin  coğrafi  xüsusiyyətləinə  dair  nəticə  çıxarmaq,  "məhəlli  necə  varsa  elə  də 

görmək«  –  dir.  Xəritəni  oxumağı  bilmək  onu  başa  düşməkdən    daha    yüksək 

mənimsəməni göstərir. Xəritənin əlifbasını( şərti işarələr, miqyas, proyeksiya və s) 

bilmək, hələ ki onu oxumağı bacarmaq deyil. Xəritənin oxunması üçün ilk növbədə 

kartoqrafik  və  xəritə  biliklərinə  malik  olmaq,  və  onun  üzərində  tapşırıqları  həll 

etməyi bacarmaqdır.  

Xəritəni  oxumaq  -  xəritənin  məzmununun  qavranılmasına  və  dərk  olunmasına 

yönəldilmişdir.  Şərti  işarələrin  məcmusundan  istifadə  edərək  nəzərdən  keçirilən 

hər  hansı  ərazinin  coğrafi  xüsusiyyətləri  haqqında  düzgün  nəticə  çıxarmaq, 

xəritələrin köməyi ilə təbii və ictimai obyektlərin, təbiət hadisələrinin və  əhalinin 

və  təsərrüfatın  fəaliyyətinin  yerləşməsi,  müasir  vəziyyətin  qarşılıqlı  əlaqələrini 

başa  düşməyi  və  öyrənməyi  bacarmaq  deməkdir.  Xəritəni  oxumaq  xəritəni  başa 

düşməyin  bilməyin  daha  yüksək  mərhələsi  olub  işarələrin  sbzlərlə  ifadə 

olunmasıdır.  Xəritəni  oxumaq  üçün  təkcə  onun  əlifbasını  –  şərti  işarələrini, 

miqyasını, proyeksiyasını və s. bilmək kifayət deyildir. Bundan ötrü kartoqrafik və 

coğrafi    biliklərlə  yanaşı  xəritələrin    oxunması    üzərində  çoxlu  çalışmaların 

aparılması  zəruridir.  Hər  bir  bacarıq  kimi  xəritəni  oxumaq  bacarığı  da,  ancaq 

çalışmalar hesabına yaradılır.  

Xəritə üzərində işin təşkil edilməsi imkanları çoxdur: 

1.

 

Xəritə üzərində obyektləri göstərmək 



2.

 

Xəritə kəsiklərinin qısa səciyyəsini vermək 




3.

 

Xəritə  üzərində    rəqəmlə  ifadə  olunan  ərazilərin  səciyyəsi  və  ya 



müqayisəsini vermək 

4.

 



Xəritə kəsiklərindən   pazl kimi istifadə edərək  tam xəritələr yaratmaq 

5.

 



Xəritə kəsiklərinin plan üzrə səciyyəsini   vermək  və s. 

Xəritənin oxunması dedikdə aşağıdakılar nəzərdə tutulur:  

1.  Şərti  işarələrdən  –  legendadan  istifadə  edərək  xəritədə  təsvir  edilmiş  ayrı-ayrı 

obyekt və hadisələrin aydınlaşdırılması.  

2.  Həmin  obyekt    və  hadisələrin  mövqeyi    və  qarşılıqlı  yerləşməsi  haqqında 

müvafiq məkan təsəvvürünün əldə edilməsi.  

3. Öyrənilən ərazinin bu və ya digər xüsusiyyətləri haqqında ümumi məlumat əldə 

etmək, onun xəritədə əks olunmayan digər əlamətlərini aydınlaşdırmaq, buradakı 

dinamik sistemlərin inkişafı, yerləşməsi və qarşılıqlı asılılıq və səbəbiyyətlərinin 

aşkara çıxarmaq məqsədilə obyekt və hadisələrin məkanda tutuşdurulması.

 

Fəal 


dərsin bütün mərhələlərində kartoqrafik vəsaitlərdən istifadə imkanları vardır.  

3.  Xəritəni  bilmək  –  proqram  həcmində  olan  coğrafi  obyektlərin  adlarını, 

formalarını  yadda  saxlayıb  onların  qarşılıqlı  yerləşmələri  haqqında  məkan 

təsəvvürünə  malik  olmaq,  həmin  obyektlərin  xarici  görünüşünü  xəyalən  təsvir 

etmək  deməkdir.      Şəgirdlər    xəritədə  ən  mühüm  obyektlərin  bir-birinə  nisbətən  

tutduğu  yerini,  nisbi  ölçüsünü  ,formasını  və  adını  hafizəyə    nisbətən  yadda 

saxlamaq aydın surətdə təsəvvür etmək  deməkdir  

Xəritə  ilə  yanaşı,  coğrafiyaçılar  başqa  təsvir  vasitələrindən  –  xәritә-sxem, 



kartoqram   vә kartodiaqramlardan da istifadə edirlər. 

Xəritə-sxem  coğrafi  məlumatların  əyani  və  anlaşılan  üsulla  göstərildiyi, 

sadələşdirilmiş        və  ümumiləşdirilmiş  şərti  işarəli  coğrafi  tәsvirdir.  Xəritə-

sxemlərdə əl qrafikasından  istifadə edilir. 

Kartoqram hər hansı bir göstəricinin ərazi daxilində dəyişməsini vizual əks etdirən 

təsviridir (lakin xəritə deyildir). Kartoqramda məlumatlar müxtəlif ştrixlər, rənglər 

və nöqtələrlə ifadə olunur. 

Kartodiaqram coğrafiya xəritəsi ilə diaqramın birləşməsidir. Burada məlumatlar 

həndəsi  fiqurlar  (daha  çox  dairə  və  sütunlar)  vasitəsilə  verilir.  Fiqurların  ölçüləri 

xəritədə   təsvir edilən məlumatların kəmiyyət göstəricilərini əks etdirir. Məsələn, 

təqdim olunan    xəritədəki diaqramda dairənin böyüklüyü – bu şəhərdə sənayenin 

daha güclü olmasını  bildirir. 

Xəritə üzərində iş metodunun tərkibində aşağıdakı priyomlar daxildir:  

1-Xəritə üzrə hər hansı coğrafi obyektin və hadisənin təsviri. 

2-Xəritə üzrə koordinantların təyini, vaxtın, məsafələrin hesablanması. 

3-Xəritə üzrə fiziki və iqtisadi coğrafi xarakteristikaların tərtibi. 



4-Müxtəlif xəritələrin tutuşdurulması əsasında fiziki və iqtisadi coğrafi 

qanunauyğunluqların aşkar edilməsi. 



Xəritə üzərində işlərin qiymətləndirilməsi 

Meyarlar 

Yaxşı 

Orta  


Zəif 

Qeyd olunmuş 

оbyektlərin miqdarı 

Bütün coğrafi 

obyektlər qeyd 

olunub 


Obyektlərin 50% 

qeyd olunub 

Obyektlərin 50% dən azı 

qeyd olunub 

Praktik işlərin yerinə  

yetirilməsində səliqəlilik 

Qeydlər səhvsiz və 

düzəlişsizdir 

Qeydlərdə cüzi 

səhvlər vardır 

Qeydlər səhv və 

səliqəsizdir 

Praktik işin yerinə ye-

tirilməsində dəqiqlik 

Qeyd olunan ob-

yektlərin kontur 

xəritədəki mövqeyi 

xəritə üzərində 

mövqeyinə uyğun-

dur 


Qeyd olunan obyekt-

lərin bəzilərinin  

kontur xəritədəki 

mövqeyi ilə xəritə 

üzərindəki mövqeyi  

uyğundur 

Qeyd olunan obyektlərin 

kontur xəritədə mövqeyi 

xəritə üzərində mövqeyinə 

uyğun deyil  

 

Kontur xəritələr üzərində tapşırıqların təşkili

Kontur  xəritədə  aparılan  işlər  möhkəmləndirməyə  imkan  verir.  Şagirdlər 

kontur  xəritədə  lazımi  obyektlərin  yerində  coğrafi  adları  qeyd  edirlər  və  yazırlar. 

Həmçinin şagirdlərin biliklərinin yoxlanması üçün bu xəritələrin  tətbiqi əhəmiyyət 

kəsb edir. 

Şagirdlərin sinifdə və evdə çalışmalarını təşkil etmək və onların 

biliklərini yoxayıb qiymətləndirmək məqsədilə kontur xəritələrdən geniş 

istifadə olunur. Kontur xəritələr tək - tək vərəqlər halında və bəzən isə 

ayrı - ayrı siniflər üçün kompleks halda nəşr olunur. Onların məzmunu 

siniflər üzrə dərsliklərin məzmununa uyğun gəlir. Sinifdə kontur xəritə 

üzərində işin icrasına 10-15 dəqiqə vaxt vermək kifayyətdir.

 

 



Kontur xəritələr üzərində işin təşkili zamanı aşağıdakı qaydalara əməl 

olunmalıdır: 

1.Tapşırıqların yerinə yetirilməsi zamanı atlas və dərsliklərdən istifadı 

olunmalıdır.  

2.Xəritə üzərində həyata keçirilən praktik işlərin yerinə yetirilməsində 

sadə və qara karandaşlardan istifadə edilməlidir. Xəritə üzərində qələm 

və ya flomasterdən istifadə etmək olmaz.  



3.Atlas və dərslikdə verilmiş xəritəni köçürmək deyil,  yalnız orada 

konkret tapşırıqları həll etmək lazımdır.  

4.Tapşırıqları yerinə yetirmək üçün lazımi işarələr müəyyən edilməlidir: 

legendada onların əhəmiyyəti göstərilməlidir (şərti işarələr xəritənin hər 

hansı küncündə xüsusi çərçivənin içərisində cədvəldə yazılmalıdır.  

5.Yadda saxlamaq lazımdır ki,  tapşırıqlar düzgün və səliqəli 

doldurulmalıdır.  

6.Xəritə üzərində yazılan hərflər adi karandaşla və baş hərflərlə 

yazılmalıdır.  

7.Təsvir edilən hadisə və obyektlərin təsviri ilə atlas və dərslikdə olanlar 

müqayisə edilməlidir.  

8. Diqqət yetirilməlidir: 

-Çayların adı onların axdığı istiqamətdə yazılmalıdır; 

-Şəhər və ya yaşayış məntəqəsinin birinci və ya sonuncu hərfləri dairəyə 

yaxın yazılmalıdır; 

-Ada və yarımadaların adı qısa şəkildə a və ya y-a kimi yazılmalıdır; 

-Ox işarəsinin istiqamətləri ciddi şəkildə başlanğıcdan sona doğru 

çəkilməlidir; 

-Kontur xəritələr üzərində sərhədlər düz və ardıcıl xətt kimi deyil,  qırıq- 

qırıq şəkilməlidir; 

Xəritə üzərində illər ərəb (1,2,3,4,5,6,7,8,9), əsrlər isə rum (I,  V,  X,  L,  

C,  M) rəqəmləri ilə yazılmalıdır.  

9.Kontur xəritə üzərində coğrafi obyektləri qeyd edərkən dərəcə toru və 

su hövzələrinin sahillərinə əsaslanmaq lazımdır.  

10.Əgər  rəngli  karandaş  yoxdursa,    o  zaman  yalnız  adi  karandaşdan 

istifadə  etmək  olar.  Bu  zaman  müxtəlif  ştrixlərdən  istifadə  etmək 

məqsədəuyğundur: nöqtələr,  qırıq xətlər,  çarpaz xətlər,  düz xətlər və s.  

Nəticədə  çəkilmiş  xəritə  ağ  -  qara  rənglərdən  ibarət  qrafik  xəritə 




olacaqdır.  Şagirdlərin  kontur  xəritələr  üzərində  işləri  sinifdə  müəllim 

tərəfindən  yeni  materialların  şərhi,  praktik  məşğələlərdə  yeni  biliklərin 

möhkəmləndirilməsi və yoxlanması zamanı, habelə ev tapşırıqlarını icra 

edərkən yerinə yetirilir. Şagirdlərin əsas vəzifəsi kontur xəritələrdə tələb 

olunan  obyektlərin  yerini,  konturunu  və  şərti  işarəsini  düzgün  tapıb  adi 

karandaşla qeyd edərək yazmaqdan ibarətdir



  

 

Təlim prosesində kontur xəritələr müxtəlif məqsədlərlə istifadə olunur 

1. coğrafi nomenklaturanı yada salmaq və mənimsənilməsini yoxlamaq  üçün 

2. qanunauyğunluqları və səbəb-nəticə əlaqələrini aydınlaşdırmaq  üçün 

3. müxtəlif coğrafı məlumatları modelləşdirmək üçün 

4. İstinad konspektlərinin tərtib edilməsinə  əsas üçün 

 

Kontur xəritə üzərində işə aşağıdakılar aiddir. 



1)

 

Atlas və xəritədən istifadə 



2)

 

Sadə qələmdən istifadə olunmalıdır 



3)

 

Konkret tapşırıqlar həll olunmalıdır 



4)

 

Şərti işarələr müəyyən olunmalıdır 



5)

 

Düzgün və səliqəli doldurulmalıdır 



6)

 

Hərflər baş hərflə və karandaşla yazılmalıdır 



Coğrafi  obyektləri  qeyd  edərkən  coğrafi  dərəcə  toru  və  göl  ,  çay 

sahillərinə əsaslanmaq lazımdır. 

 

Kontur xəritədən istifadənin istiqamətləri aşağıdakılardır. 



planlaşdırılan 

təlim 

nəticələri 

kartoqrafik bacarıqlar 

Qiymətləndirmək 

 

İzah etmək 

 

Təsvir etmək 

 

Təyin etmək 

 

Adlandırmaq 

və 

göstərmək 

 

Proqnoz vermək 

 

 

Məhəllin planının çəkilməsinin  təşkil edilməsi 




Məhəllin planının çəkmək üçün ilk növbədə şagirdlər plan tərtib etmək üçün tələb 

olunan  şərtləri  –  miqyas.  Şərti  işarəələr,  azimut  və  istiqamətlərin  mahiyyətini 

bilməlidirlər. Planın tərtib edilməsi üç səviyyədə  aparılır:  

I səviyyədə müəllim şagirdləri plan ilə tanış edir, izah verir 

II səviyyədə şagirdlər hazır verilən  plan üzərində tapşırıqlar yerinə yetirirlər 

III səviyyədə şagirdlər özləri plan tərtib edirlər. 

Plan tərtib etmək üçün aşağı siniflərdə  sinif otağı və məktəb həyəti  seçilir. Yuxarı 

siniflərə  doğru  isə  çox  vaxt  məktəb  həyəti,  meydançalar,  parklar,  kənd  yaşayış 

məntəqələri,  onların  ətrafında  olan  əkin  yerləri,  otlaqlar,  kolluqlar,  turizm 

obyektləri,  şəhərlərin  məhəllələri  və  s.  kimi  ərazilər  seçilir.      Daha  sonra  seçilən 

ərazilər üzərində təsvir edilən coğrafi obyektlər üçün şərti işarələr  seçilir. Ərazini  

təsvir  etmək  üçün    miqyas  seçilir.  Planın 

miqyası 1:10000

 və  daha  böyük  olur. 

Şərti  işarələr  ərazinin  nə  ilə  örtüldüyünü,  planda  hansı  obyektlərin  yerləşməsini 

göstərir. Plana əsasən ərazidə olan obyektlərin yerləşmə vəziyyəti, onların ölçüləri, 

digər obyektlərə nisbətən tutduğu mövqe, bu obyektlər arasındakı məsafə müəyyən 

edilir.  Plan  xəritənin  bütün  üstünlüklərinə  malik  olmaqla  iri  miqyaslı  olur,  təhrif 

olmur,  obyektlər  daha  dəqiq  verilir,  Yerin  kürə  şəkilli  olması  nəzərə  alınmır. 

Meridian və paralellər planda çəkilmir.  

Lakin  ondan 

yalnız  kiçik  ərazilərin  təsviri  zamanı  istifadə  olunur. 

Ərazinin  plana  alınması  havadan  və  yerdən  aparılır.  Havadan  planalma 

aerofotoplanalma  adlanır.  Plan  tərtib  edilməsində  şagirdlər  horizontalların  təsvir 

edilməsi ilə tanış olurlar.  

Şagirdlərə  horizontalları  izah  etmək  üçün  onlara  paylama  material  kimi    kıçık 

həcmli tapşırıqlar verilir. Məsələn: 

“ Dənizə tökülən çayın sol sahilindəki təpənin hündürlüyü  47 m-dir və burada A 

məntəqəsi vardır. B məntəqəsi isə çayın sag sahildəki təpənin zirvəsindədir. 

Təpənin  hündürlüyü isə 65m-ə bərabərdir. Horizontolların 10m-dən bir çəkildiyini 

nəzərə alın və  təsviri çəkərək izah edin”. 

 

Topoqrafik plan və xəritələr üzərində işin təşkili:

 

Topoqrafik plan və xəritə ilə aparılan işlər  planda olduğu kimi səviyyəsinə 



görə üç qrupa ayrılır: 


 I səviyyədə -şagirdlər topoqrafik plan və xəritə ilə tanış olur, müəllim onlara 

topoqrafik  planı  və  ya    xəritənin  nümayiş  etdirərərk,  əhəmiyyətini  izah  edir, 

istifadə olunmasının əsas  istiqaəmətlərini  başa salır 

II  səviyyə  -  şagirdlər  müəllimin  köməyi  ilə  topoqrafik  plandan  və 

xəritələrdən istifadə edir. xəritə üzərində suallara cavab verir 

III  səviyyə-  şagirdlər  müstəqil  olaraq  topoqrafik  plan  və  xəritənın  tərtib 

edilməsində  iştirak  edir.      Onlara  ilk  növbədə  topoqrafik  imla  yazdırmaq 

məqsədəuyğundur.  

Topoqrafik    imla  şagirdlərin  praktik  fəaliyyətinin  təşkil  edilməsində  ən 

mühüm  vasitələrdən  biridir.  Şagirdlərin  nəzəri  biliklərin  praktik  olaraq  tətbiq 

edilməsi üçün istifadə olunur.  Topoqrafik  imla  şagirdlərdə 

-

 



miqyasdan istifadə etmək 

-

 



 kartoqrafik təsvir üzərində şərti işarələri tətbiq etmək 

-

 



istiqamətlərin azimuta əsasən müəyyən etmək  

-

 



məhəllin  planının  başa  düşmək    və        bilmək    vərdişlərinin 

formalaşdırmağa xidmət dir.  

 Topoqrafik  imla  şagirdlərdə    başqasının  fikrini  dinləyərək    fəaliyyət  göstərmək, 

nəzəri  bilikləri tətbiq  etmək    və  s. qabiliyyətlərini  yaradır.   Müəllimlər  isə  imlanı  

səsləndirərkən    nitqin  aydın  və  səlis  olmasını    təmin  edir.  Topoqrafik  imlanın 

məzmunu slayd vasitəsi ilə də göstərilə bilər.   İmlanın  müddəti 10-15 dəqiqədən 

artıq olmamalıdır.   Topoqrafik imlalar  əsasən fərdi şəkildə  və yazılı aparılır.    

 Topoqrafik  imlalardan    paylama  materialı    kimi    istifadə  oluna  bilər.  Belə  halda 

qrup  təşkilat  forması  tətbiq  olunur.      İmlanın  məzmunu    yazılır  və    imlada    tələb 

olunan  şərti  işarələrin,  istiqamətlərin  yeri  boş  saxlanılır  və  ya    xətt  çəkilir.    

Müəyyən  vaxt  müddətində    şagirdlər    işi  bitirib  təhvil  verirlər.  Bu  tip topoqrafik  

imlaların  eyni  səviyyəli    və      çoxvariantlı  olması  məqsədəuyğundur.      Coğrafiya 

kurikulumda topoqrafik imlaların yazılmasına verilən tələb  standartlarda öz əksini 

tapır  və  sadədən  mürəkkəbə  doğru    bir  neçə  sinifdə  təkrarlanır.  Standartların  

əksəriyyətinin  məzmununda  topoqrafik  xəritələr  ilə  işləmək  bacarıqları  tələb 

olunur.  Topoqrafik  imlalar    dərsin  tətbiqetmə  və  qiymətləndirmə  mərhələsində 

aparılır.  Özünüqiymətləndirmə  üçün  geniş  imkanlara  malikdir.Topoqrafik 

imlalardan ümumiləşdirici dərs kimi də istifadə oluna bilər. 

 TOPOQRAFİK İMLALARIN TƏŞKIL EDİLMƏSİ 

   1. Müəllimlərin şifahi nitqi ilə-  imlanı  səsləndirərkən  nitqin aydın və səlis 

olmasını  təmin edir.  



   2. Slaydla - Topoqrafik imlanın məzmunu slayd vasitəsi ilə də göstərilə bilər.  

   3. Yazılı  şəkildə -Topoqrafik imlalar  əsasən fərdi şəkildə  və yazılı aparıla bilər.   

   4. Fərdi – paylama materialı kimi şagirdlərin   hər birinə ayrıca hazır vəziyyətdə 

yazılı surətdə verilə bilər. Onlar şərti işarələri ardıcıllıqla yazıb işi təhvil verə 

bilərlər.   

Nümunə:  

Şərti işarələrin köməyi ilə  topoqrafik imlanı yazın:  (Tünd hərflərlə  yazılan 

ifadələrin yerində kartoqrafik şərti işarələrdən  istifadə edin)    

Biz bu yaxında meşəbəyinin qonağı olduq. Onun  yaşadığı_____(ev) meşədən 

keçən ____(çığırın)  sol tərəfində_____( enliyarpaq ağacların)  sonu,_____         

seyrək enliyarpaq)  meşənin başlancığında  yerləşir.  Şimal şərqdən cənub qərbə 

doğru uzanan  _____(cığır)   cənub qərbdə  meşənin qurtaracağında ______(şosse 



yolu)  ilə kəsişir.  Qrunt  yolu şərqdən qərbə doğru uzanır. Yolun  sol  tərəfi 

______( kolluqla)  əhatələnib. Kolluğdan kənarda_____(  meyvə bağı) vardır.  

Bağda  bizim _____(məktəbimiz)  yerləşir.  Meşənin qırağında  cığır ilə şosse 

yolun kəsişdiyi yerdə ______( kiçik göl)  vardır. Gölün sahilində_______( yel 



dəyirmanı )  və onun yanında  su quyusu  vardır. Meşədə çoxlu sayda__________ 

(çəmənlik talaları)  vardır. Meşənin şərq tərəfindən _____(dəmiryol xətti)  keçir.  

 

Coğrafi imla-  kartoqrafik  bilik və bacarıqların yoxlanılması məqsədi ilə tətbiq 

edilən ən  etibarlı  formalardan biridir. Coğrafi  imla vasitəsi ilə eyni vaxt ərzində  

sinifdəki bütün şagirdlərin  müstəqil   fəaliyyətini təşkil etmək mümkündür.  Eyni 

zamanda  müəllimin  sorğu və yoxlama üçün sərf etdiyi  vaxta qənaət etməkdə  

coğrafi imlaların rolu əvəzsizdir.  

Coğrafi imlaların  yazılı  formada aparılması  bilik və bacarıqların  monitorinqi və 

yoxlanılmasında eləcə də    qiymətləndirilməsində əsas vasitələrdən biri  olduğuna 

əsas verir.   Coğrafi imla geniş tətbiq edilməsi şagirdlərin coğrafi məkanı obrazlı 

təsəvvür etmək vərdişlərini formalaşdırmağa imkan verir.  

İmlalar müxtəlif variantlarda tərtib edilir. İşin təşkilində şagirdlərin müstəqli olaraq  

imlanı  tərtib etmək  bacarığının  müəyyən etməkdir.  Coğrafi imla nümunələrinin 

təhlili  onların bir neçə variantda tərtib edilməsini göstərir: 

1ci variant:  şagirdlər xəritə və atlaslardan müstəqil şəkildə istifadə edərək hər 

hansı mövzu üzrə ( məsələn Azərbaycan relyaf formaları və ya Azərbaycan 

çaylarının  siyahisinə əsasən onların hansı  fiziki vilayətə  aid  olduğunu  

qruplaşdırmaq )  coğrafi imla tərtib edir. 1-ci variantda  yazılan coğrafi imlanın  

məqsədi  yeni mövzunu öyrənməkdir.   

Məsələn:


  Coğrafi  faktları  vilayətlər  və  ya  hər  hansı  regionlar  üzrə  uyğun 

qruplaşdırmaq  tələb  olunur.    Bunun  üçün  əvəlcə  şagirdlərə  regionların  adları 

yazdırılır. Məsələn: 



a.

 

Azərbaycanın relyef formalarını təbii vilayətlər üzrə qruplaşdırın: 



I.

 

Böyük Qafqaz- 



II.

 

Kür dağarası- 



III.

 

Kiçik Qafqaz- 



IV.

 

Lənkəran- 



V.

 

Orta Araz- 



1.Şollar düzü 2.Gülüstan düzü  3. Mil düzü  4. Niyaldağ   5. Murovdağ   6. Peştəsər 

7. Qarayazı   8. Ləngəbiz   9. Şahdağ silsiləsi   10. Burovar    11. Gəyən düzü    12. 

Şərur  düzü      13.  Tufan  zirvəsi      14.  Qanıx  əyriçay    15.  Vülkanik  yayla      16. 

Üzükbaşı 17. Kömürgöy   18. Qarabağ silsiləsi   19. Qarabağ düzü   20. Qızyurdu  

21.  Küküdağ    22.  Dübrar    23.  Hərami  düzu    24.  Ələt  tirəsi    25.  Camışdağ    26. 

Qapıcıq 27. Dəlidağ  28. Şirvan  29. Tufan  30. Yaycı düzü  31. Aslan düz  32. 

Yarudağ  33. Muğan   34. Burovar  35. Meysarə tirəsi  36. Böyük Kirs  37. Hun 

düzü   38. Zuvand çökəyi  39. Gəyən düzü  40. Yan silsilə  

Tapşırığı yazılı və şifahi aparmaq olar. Müəllim aramla adları söyləyir. Şagirdlər 

ardıcıl  olaraq  bu  coğrafi  obyektlərin  sıra  nömrəsini  hansı  vilayətdə  yerləşdiyini 

qeyd edir.  Lakin bu əsasən yazılı və ya elektron lövhədə göstərilməklə aparılır.  

2-ci variant:  Coğrafi imladan  yoxlama  məqsədi ilə istifadə  olunur. Sinifdəki 

şagirdlər sayından asılı olaraq iki, üç varianta bölünür. Təqdim edilən   coğrafi 

obyektlərin siyahisindən və ya coğrafi ifadələrdən   variantlara uyğun olaraq 

müxtəlif  regionlara aid olanları qruplaşdırırlar.  Bu tapşırıq  

nisbətən 

müərəkkəbdir. Vilyətlərə, iqlim sahələrinə, materiklərə . regionlara uyğun gələn  

ifadələrin seçilməsi və onları uyğun olaraq qruplaşdırılmasını tələb edir.  Bu 

tapşırıq daha çox düşünmə tələb edir. Məsələn: 

 

I.



 

Yarımsəhra və quru çöl 

II.

 

Mülayim- isti 



III.

 

Dağ-soyuq 



IV.

 

Dağ-tundra 



1.

 

1500-2500 m hündürlükləri əhatə edən bu ərazi əsasən yay otlaqlarıdır 

2.

 

Mütləq  minimum  temperaturun  -42



C-dən  çox  olduğu  bu  ərazi  tamamilə 

istifadəsizdir. 

3.

 



2700  m-dən  yüksəkdə  yerləşən  zirvələr  tamamilə  bitkisiz  çılpaq 

qayalıqlardır. 

4.

 

Yay aylarının  quraq keçməsi suvarma əkinçiliyini  tələb edir 



5.

 

Mütləq    maksimum  temperatur  +    44



0

C-yə  çatan  bu  sahədə  qışda  yağıntı 

düşür 

6.

 



Qarabağ vulkanik yaylasında səciyyəvi  olan iqlim yayda füsünkar gözəllik 

yaradır. 




7.

 

Pambıq,  üzüm,bostan  bitkilərinin  becərilməsi  üçün  geniş  aqroiqlim  şəraiti 



vardır. 

8.

 



Meşə landşaftının yaranması bu sahədə kifayət qədər yağıntının düşdüyünə 

əsas verir 

9.

 

Ən isti ayın temperaturu 0-10



0

C arasında dəyişən bu ərazidə  əkinçilik üçün  

imkan verir. 

10.


 

Respublikamızda  Orta  Araz  təbii  vilayəti    istisna

   

olmaqla  dağətəklərində  



rast gəlinən iqlim, eləcə də Qanıx-Əyriçay və Lənkəran düzənliklərini əhatə 

edir 


3-cü  variant:  Coğrafi  imlaların  dərsdənkənar  və  ya  sinifdənxaric    təşkilat 

formasında   istifadə edilməsidir.  Müxtəlif  mənbələrdən istifadə  etməklə  şagirdlər 

müstəqli olaraq  verilən coğrafi imlada tələb edilən coğrafi  obyektlərin adını qeyd 

edirlər. 

Məsələn: 

Məktəb  coğrafiya  dərnəyinin  üzvləri  ilə  birgə  respublika  səviyyəli  tədbirdə  qalib 

gəldik  və  Azərbaycanı  hava  nəqliyyatı  ilə  səyahət  etmək  şansı  qazandıq. 

Səyahətimizin məqsədi fiziki-coğrafi  rayonlar ilə tanış olmaq və onları tanımaqdır.  

İlk  əvvəl  Bakıya  ən  yaxın  olan  yayladan  _______  başladıq.  Son  hədəfimiz  

Naxçıvanda ________düzənliyi  idi. Lakin    bizim məqsədimiz həm də  cənubda 

inversiyanın müşahidə olunduğu _______  rayonuna keçmək və  Azərbaycanın ən 

böyük çayının keçdiyi _______düzənlikdən keçərək   yaşadığımız rayona qayıtmaq 

idi.  Biz  əvvəlcə  şimala  tərəf  üz  tutduq.  ______  ovalığının  yarımsəhralarındakı 

intrazonal    meşə  landşaftları  ilə  tanış  olduq.  Sonra  ölkəmizin  ən  uca  zirvəsinin 

yerləşdiyi  ________  silsiləsindən  keçərək    Azərbaycanın  müasir  ən  gözəl  turizm 

mərkəzinə  çevrilən  _______rayonunda    ________    kanata  mindirk.  Bizdən  sol 

tərəfdə nəhəng və susuz ______düzü  uzanırdı. Yolumuz  qərbə doğru idi. ______ 

düzənliyində  allüvüal-çəmən torpaqlar əsasən şumlanmışdı. Bizim sol tərəfimizdə  

uca  zirvələrinin  qar  və  buzlaqlarla  örtülü  olduğu    __________    görünürdü.  Biz   

arid  denudasion  relyefin  üstün  olduğu  quru    iqlim  şəraitində  yaranan  denudasion 

relyef formaları olan ________düzünün üzərindən keçdik.  Qarşıda  füsünkar təbiət 

bizi  sehrinə  almışdı.  1139-cu  ildə    baş  verən  zəlzələ  zamanı    yaranan  _________ 

özünün  əsrarəngiz  gözəlliyi  və    yamacdakı    meşə  və  talalar  xüsusilə  insanı  cəlb 

edirdi.  Paralel  boyu  uzanan  ________sıra  dağları  keçərək  ________dağlarına 

çatdıq.  Cənubda  çayın kənarı ilə ______________- düzənlikləri .  Biz qərbə tərəf 

istiqamət  aldıq.  Və    yayı  rütubətli  keçən  ,  vulkanik  göllərin    yayıldığı 

___________vulkanik yaylası üzərindən keçdik. Buranın  zəngin təbiətinin seyrinə 

dalmışdıq.  Az  sonra  __________-dağlarını  keçib    Naxçıvana  çatdıq.    Geriyə 

qayıtmaq  vaxtı  çatmışdı.  Bizim  səyahətimiz  sona  çatdı.  Biz  ölkəmizi  çoox-lap 

çoox sevdik!    




 

Coğrafiya atlası  eyni qaydada tərtib və nəşr edilmiş və  müəyyən sistem üzrə bir 

yerə  yığılmış  coğrafiya  xəritələrinin  cəmində  ibarətdir.  Lakin,  atlas  müxtəlif 

coğrafiya xəritələrinin sadəcə olaraq cəmi deyil; məqsəd və vəzifəsindən, istifadə 

edilmə  üsulundan  asılı  olaraq,  bir-biri  ilə  üzvü  surətdə  əlaqəsi  olan  və  bir-birini 

tamamlayan xəritələrin vahid sistemindən ibarətdir.  

Atlasların  tərtib  edilməsi  mürəkkəb  bir  iş  sayılır.  Atlasa  daxil  olan  xəritələrin 

hamısı  vahid  bir  proqram  əsasında  tərtib  edilir  ki,  bunun  da  nəticəsində  həmin 

xəritələrin  müqayisə  edilməsi  mümkün  olur.  Bütün  bunlar  proyeksiyanın  əlverişli 

surətdə  seçilməsi,  miqyasın  çoxda  müxtəlif  olmaması,  təsvirin  və  göstəricilərin 

ümumiliyi, şərti işarələrin, rənglərin və şriftlərin eyni olması və s. məsələləri əhatə 

edir. Atlasın məqsədi onun məzmununu: atlasda verilən məlumatın qədərini, atlas 

bölmələrinin  quruluşunu,  xəritələrin  yerləşməsinin  ardıcıllığını,  atlasın  həcmini 

təyin edir. Məsələn, orta məktəb üçün buraxılan coğrafiya atlasların məzmunu hər 

sinif  üzrə  coğrafiya  proqramlarına  uyğun  gəlir  və  sabit  dərsliklərlə  razılaşdırılır, 

atlasın formatı, qiyməti və s. cəhətləri də nəzərə alınır. 

 

Atlasların strukturu 3 bölmədən ibarətdir. 



Giriş bölməsi - şəkil, cədvəl, şərti işarələr və s. 

Xəritələr bölməsi – xəritələr verilir. 

Məlumat bölməsi – statistik məlumatlar verilir 

 

 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 

 

 

 

 

  



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə