Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə55/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

Nəsirəddin Tusi
(1201-1274) Azərbaycan, İran, ərəb ölkələri və
Orta Asiya xalqlarının mənəvi inkişafına ciddi təsir göstərmiş
görkəmli astronom, riyaziyyatçı və filosof olmuşdur. Mənbələrdə
onun 150-dən artıq əsərin müəllifi olması göstərilir. Bu əsərlər
arasında “Əxlaqi-Nasiri”, “Qədim şahların adət və hüquqları
haqqında traktat”, “Abaka xana nəsihət” kimi fəlsəfi əsərləri
mühüm yer tutur. N.Tusi özünün bir sıra əsərlərində İbn Sina fəl-
səfəsini inkişaf etdirir və onu Fəxrəddin Razi və Məhəmməd
Şəhristani kimi tənqidçilərin hücumlarından müdafiə edir.
1235-ci ildə yazılmış “Əxlaqi-Nasiri” kitabı xüsusi elmi və tarixi-
fəlsəfi əhəmiyyət kəsb edir. Bu kitabda idrak nəzəriyyəsi, etika və
sosiologiya məsələləri şərh edilir. N.Tusinin böyük xidməti
ondan ibarətdir ki, o, XIII əsrdə Şərqdə ilk dəfə materiyanın yox
olmaması və qarşılıqlı çevrilməsi prinsipini irəli sürmüşdür. O,
“Əxlaqi-Nasiri” əsərində yazırdı: 
“Əgər bir adam diqqətli və kamil
bir tədqiqatçı gözü ilə maddələrin dəyişməsinə, quruluş və tərkiblərin
dağılıb yenidən qurulmasına, onlar arasındakı çevriliş və ziddiyyətlərə
nəzər salsa, maddələr mübadiləsindən, yaranıb yox olma proseslərindən
xəbərdar olsa, mütləq görər ki, dünyada heç bir şey tam şəkildə məhv
olmur, bəlkə onun formaları, vəziyyəti, tərkibi, quruluşu, rəngi, key-
90
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


fiyyətləri ya şərikli bir varlığa və ya sabit bir maddəyə çevrilir. Məsələn,
su hava olur, hava da od”. 
N.Tusi dərk edilə bilən dünyanın obyektiv mövcudluğuna şübhə
etmir. Onun fikrincə, idrak dünyanın təfəkkür məzmununun
dərk edilməsi deyil, xarici şeylərin obrazlarının onları dərk
edənin hisslərində və zəkasında inikasıdır. Yalnız mükəmməl
zəkaya və sağlam təbiətə malik olan insanlar dünyanı dərk edə
bilərlər.
Mütəfəkkir qazanılmış və qazanılmamış bilikləri fərqləndirir.
Qazanılmamış biliklər onların əldə edilməsi üçün vasitələrdən
istifadə edilmədən yaranan, tərif verilməsinə və isbat edilməsinə
ehtiyac olmayan biliklərdir. Aydındır ki, N.Tusi apriori bilik
ideyasını təbliğ edir. Qazanılmış biliklər isə təriflər, təsvirlər və
müqayisələr vasitəsilə əldə edilən biliklərdir. 
İbn Sinadan sonra N.Tusi elmlərin maraqlı təsnifatını işləyib
hazırlamışdır. Təsnifatın əsası kimi o, elmlərin tədqiqat predme-
tini götürmüşdür. O yazır: “Elmin predmeti elmin mühüm xas-
sələrinin tədqiq edilməsi ilə məşğul olduğu şeydir”. N.Tusi üçün
elmin predmeti təkcə onun təsnifatının əsası deyil, həm də onun
müxtəlif sahələri arasında qarşılıqlı əlaqənin əsasıdır. O, bu
ideyalardan çıxış edərək belə hesab edir ki, metafizika-fəlsəfə
bütün elmlərin zirvəsidir və həmin elmi nəzəri və praktiki fəl-
səfəyə bölür. Nəzəri fəlsəfə metafizika, riyaziyyat və fizikadan
ibarətdir. Məntiq də nəzəri elmlər kateqoriyasına aiddir. 
Praktiki fəlsəfə əxlaq fəlsəfəsinə, evdarlıq fəlsəfəsinə və cəmiyyət
fəlsəfəsinə bölünür. Fiqh – müsəlman hüquqşünaslığı bu təsnifa-
ta aid edilmir, çünki o, rasional problemlərin tədqiqatı ilə məşğul
olan elmin – fəlsəfənin kateqoriyaları sırasına daxil deyildir. 
N.Tusi Nizami ənənələrini davam etdirərək özünün “azadlıq
şəhəri” adlandırdığı gələcək cəmiyyətə öz baxışlarını şərh edir.
“Azadlıq şəhəri”nin hər bir sakini müəyyən hüquqlara malikdir
və bu sakinlərin hüquqları bərabərdir. Burada N.Tusinin huma -
nizmi özünü göstərir. O, belə hesab edirdi ki, insan özünün
bütün qüsurlarına və zəifliklərinə rəğmən, Tanrının ən nəcib
91
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


məxluq udur, o, Tanrının iradəsi ilə bütün başqa canlılardan uca -
dadır, onlardan üstündür və onlara hökm etməlidir. Q.E. fon
Qrünebaumun sözlərinə görə, insanın yarandığı andan ölümün
ali məqamına yetişdiyi vaxta qədər keçdiyi həyat yolunun ən
gözəl təsvirini Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” adlı məşhur
traktatında sözün vəsfinə həsr etdiyi bölmədə tapmaq olar. 
N.Tusi insanın taleyinin alın yazısı olması və onun həyatında
Allahın rolu məsələsinə toxunaraq bildirir ki, insan öz
hərəkətlərində sərbəstdir və öz hərəkətlərinə görə cavabdehdir.
Onun həyatında Allahın rolu ondan ibarətdir ki, Allah öz
bəndələrinə özlərinin xeyrinə olan işləri görməyi əmr edir və
onlar üçün zərərli olan işləri görməyi qadağan edir. 
N.Tusi İbn Sina fəlsəfəsinin ardıcıl davamçısı idi. Bununla
bərabər, Tusinin əsərlərində yeni ideyalar, fəlsəfi fikri inkişaf
etdirən orijinal konsepsiyalar təklif olunur. N.Tusinin dinə
dərindən inanmasına baxmayaraq, dünyanın əbədiliyi, insan
həyatının tale qisməti olması və insanın iradə azadlığı
məsələlərini təhlil edərkən zəkaya əsaslanan konsepsiyalar irəli
sürür, dünyada baş verən hadisələri onların təbii səbəblərindən
çıxış edərək izah etməyə çalışır.
92
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org



Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə