Azərbaycan Renessansı fəlsəfəsi.
Azərbaycan tarixində XI-XIII
əsrlər Renessans dövrü hesab edilir. Həmin dövrdə Şərqdə, o
cümlədən Cənubi Qafqazda da iqtisadiyyat, mədəniyyət,
incəsənət, elm, ictimai-fəlsəfi fikir və poeziya sürətlə inkişaf edir-
di. Azərbaycanın Şərqdə ən iri şəhərlər olan Bərdə, Gəncə,
Şamaxı, Ərdəbil, Təbriz kimi mədəniyyət mərkəzləri çiçəklən-
məkdə idi. Sənətkarlıq geniş inkişaf edir, gözəl memarlıq
abidələri ucaldılırdı. Azərbaycan özünün mədrəsə deyilən təhsil
müəssisələri, həkim, tarixçi, astronom, coğrafiyaçı alimləri,
mütəfəkkir humanistləri, eləcə də zirvəsi Nizami Gəncəvi dühası
olan zəngin poeziyası ilə ad çıxarmışdı. Bu dövrdə Azərbaycan
dili ümumxalq dilinə çevrilir, ölkənin ayrı-ayrı şəhərləri arasında
müəyyən təsərrüfat-iqtisadi əlaqələr inkişaf edir və möhkəm-
lənir, Azərbaycan xalqı formalaşır.
Həmin dövrdə Azərbaycanın fəlsəfi fikri daha çox tərəqqi edir.
Onun görkəmli nümayəndəsi
Dostları ilə paylaş: |