Filasofiya az: filosofia qxd



Yüklə 4,5 Mb.
Pdf görüntüsü
səhifə48/237
tarix20.01.2022
ölçüsü4,5 Mb.
#83021
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   237
-kitabyurdu.org- felsefe-ramiz

məzdəkizm
hərəkatı mühüm yer tutur. Məzdəkizmin
banisi Məzdək (529-cu ildə vəfat etmişdir) əslən Nişapurdan və
ya Təbrizdən idi. Məzdəkizmin əsasını işıqla zülmətin
mübarizəsi ideyası təşkil edir. Nurlu, xeyirxah başlanğıc iradə və
şüura malikdir, zülmət başlanğıc isə kordur. Zülmət başlanğıc
bəzən qalib gəlsə də, onun qələbəsi müvəqqəti, təsadüfi və
ötəridir. O, gec-tez öz yerini nurlu başlanğıca verməlidir.
Orta əsrlərdə Maninin və Məzdəkin təlimləri Azərbaycanda fəl-
səfi təfəkkürün xarakterinə və xüsusiyyətlərinə çox güclü təsir
göstərmişdir. 
80
R a m i z   M e h d i y e v
downloaded from KitabYurdu.org


IV əsrdən başlayaraq Azərbaycanın şimalında – Albaniyada xris-
tianlığın mövqeləri möhkəmlənir. Alban kilsəsi tarixən təkcə
Qafqazda deyil, bütün xristian dünyasında ən qədim kilsələrdən
biri olmuşdur. III əsrdə xristianlığın ilk vaizləri Yerusəlimdən və
Suriyadan Qafqaza gəlir və öz dinlərini bu regionda, o cümlədən
Albaniyada yaymağa başlayırlar. Burada xristian-monofizitlərin
ilk icmaları yaranır. IV əsrin ortalarından VII əsrin ortalarına
qədər, yəni islam dini bu ölkəyə gətirilənə qədər Albaniyada rəs-
mən tanınmış xristianlıq dünyagörüşünün mövcud olmasını
nəzərə alsaq, təfəkkürün formalaşmasına bu dinin təsir dərəcəsi-
ni təsəvvür etmək olar.
Azərbaycan xalqının fəlsəfi və sosioloji fikrinin əsasları folklorda
da müşahidə olunur. Bizim eradan əvvəl VII-VI əsrlərə aid olan
Midiya əfsanələri – poetik xalq dastanları məlumdur. “Avesta”da
bir sıra mifoloji personajlar haqqında dəqiq məlumatlar vardır.
Orta əsrlərdə Azərbaycan ədəbiyyatının görkəmli yazılı abidəsi
olmuş “Kitabi-Dədə Qorqud” bütün dünyada məşhurdur. Bu epos
islam dininin regiona gəlişindən bilavasitə əvvəl və islamın ilk üç
əsrində baş vermiş hadisələr, qəhrəmanlıqlar barədə hekayətdir.
Müdrik Dədə Qorqud bu hadisələrin bilavasitə iştirakçısı və onları
epos şəklində təsvir etmiş müəllifdir. Bu eposda müdrik şərqlinin
varlıq qanunları barədə düşüncələri, yaranışın məqsədləri haqqın-
da, Allah-insan münasibətləri barədə onun mülahizələri ilə tanış
olmaq imkanı əldə edirik. Dədə Qorqudun nəsihətləri çox dərin
etik məzmuna malikdir: insanın başına gələn bütün fəlakətlər
şöhrətpərəstlik, təkəbbür, lovğalıq, tənbəllik, abırsızlıq, acıq və
qəzəb kimi saxta dəyərlər doğuran bilməzliyin və yanlış təsəvvür-
lərin nəticəsidir. Eposda belə bir ideya da diqqəti cəlb edir ki, insan
bilik qazandıqca onun azadlıq səviyyəsi artır. Eposun təlqin etdiyi
əsas ibrət dərsi budur: əvvəl özünü dərk et, onda Allahı da, Onun
mütləq iradəsi ilə yaranmış dünyanı da dərk edərsən. Kömək üçün
Allaha müraciət edəndə, Ona ümid edilməsi bu həqiqətin dərk
olunmasının nəticəsi kimi təzahür edir. 
Azərbaycanda əsl fəlsəfi təfəkkür erkən Orta əsrlərdə, ərəblər bu
ölkəni istila edəndən və VII əsrin 40-cı illərində burada islam dini
81
F ә l s ә f ә
downloaded from KitabYurdu.org


yayılandan sonra yaranmışdır. VIII əsrin əvvəlindən XIII əsrə
qədər olan dövr fəlsəfi problemlərin müxtəlifliyi ilə səciyyəvidir.
Azərbaycan fəlsəfi fikri özünün ən böyük nümayəndələri
Bəhmənyar, Eynəlkuzat Miyanaçi, Şihabəddin Sührəvərdi,
Siracəddin Urməvi, Xaqani Şirvani, Nizami Gəncəvi, Nəsirəddin
(Nəsir əd-Din) Tusi və bir sıra başqalarının simasında antik fəl-
səfənin, Şərq peripatetizminin, ümumiyyətlə, həqiqi fəlsəfi fikrin
nailiyyət lərinin inkişafında mühüm rol oynamışdır. 
Peripatetizmin Azərbaycanda yayılması məsələsi ilə əlaqədar, ilk
növbədə XI əsrin görkəmli Azərbaycan filosof-peripatetiki, İbn
Sinanın şagirdi Bəhmənyarın adını çəkmək lazımdır. 

Yüklə 4,5 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə