görürük ki, o, dini həqiqətləri filosof kimi mənalandırır, fəlsəfəyə
aşkar üstünlük verməklə dini və fəlsəfəni barışdırmağa çalışır.
Bəhmənyar ağlı gerçəkliyin dərk edilməsi vasitəsi kimi qəbul
edirdi. O, məntiq elminə aid bilikləri yüksək qiymətləndirir və
məntiqi məsələlərin həllinə böyük məna verirdi. O, öz hökmləri-
ni zəkanın köməyi ilə, məntiqi üsulla isbat etməyə çalışırdı. O,
məntiqi dərindən tədqiq edir, məntiqin vəzifəsini təfəkkürü
səhvlərdən qorumaqda görürdü. Onun fikrincə, təfəkkürün həm
forma, həm də material baxımından düzgün olması həqiqəti
dərk etməyin zəruri şərtidir: istənilən materialdan ev və ya kilsə
tikmək, eləcə də müxtəlif materiallardan istənilən formada ev və
ya kilsə tikmək mümkün olmadığı kimi (hər bir tikinti üçün
müvafiq material və forma lazımdır), müxtəlif materiallardan və
istənilən formada düzgün fikir qurmaq da mümkün deyildir. Və
əksinə, təfəkkür yolu ilə dərk edilə bilən hər bir predmet üçün
ona müvafiq olan material və forma vardır ki, onlara əsasən
müəyyən predmet dərk edilir.
Bəhmənyarın fikrincə, insanın qəlbi zəka ilə dərk edilə bilənləri
bilavasitə, maddi şeyləri isə duyğular vasitəsilə dərk edən qeyri-
maddi substansiyadır. Ruh həm də bədəni idarə edir.
Orta əsrlər Azərbaycanında fəlsəfi problemlərlə Əfzələddin
Xunaci, Nəcməddin Naxçıvani, Siracəddin Urməvi və adları hələ
onların sağlığında Azərbaycanın hüdudlarından çox-çox uzaq -
larda məlum olan digər görkəmli mütəfəkkirlər məşğul olurdu.
Onların çoxu İbn Sinanın əsərlərinə şərhlər yazdıqlarına görə
tanınmışdı.
Orta əsrlər Azərbaycan fəlsəfəsini tədqiq etmiş tarixçi
Z.Məmmədov göstərir ki,
Dostları ilə paylaş: