Şihabəddin Yəhya futuh Suhrəvərdi və onun İşraqilik təlimi



Yüklə 14,6 Kb.
tarix26.08.2023
ölçüsü14,6 Kb.
#120964
Şihabəddin Yəhya futuh Suhrəvərdi və onun İşraqilik təlimi


Şihabəddin Yəhya futuh Suhrəvərdi və onun İşraqilik təlimi
Ş.Suhrəvərdi neoplatonçuluğu aristotelçiliklə birləşdirərək İslam dini mövqeyindən şərh etməyə çalışan görkəmli Azərbaycan işraqi filosofudur. Onun fəlsəfəsi «İşıq heykəlləri» əsərində aydın şərh olunmuşdur. Bu əsər müqəddimə və yeddi fəsildən (heykəldən) ibarətdir. Suhrəvərdi heykəl anlayışını maddi aləmin cisimləri mənasında işlətmişdir. O, yeddi sayını cisimlərin növləri, yeddi planet, yeddi imam (İsmailikdə) ilə əlaqələndirir: efir, hava, su, torpaq, mineral, bitki və heyvanat. Bunlar işığın obyektidirlər, yəni işığı qəbul edənlərdir. Günəş öz şüalarını törədir. Günəş təkdir, şüalar isə çoxdur, İşıq mənbəyi işığı törətdiyi kimi, Allah da gerçəkliyi yaradır. Allah təkdir, amma onun yaratdığı cisimlər çoxdur. Günəş işıqlar işığıdır, formalar forması Allahdır. İşıqlar işığı səbəbdir, onun saçdığı şüalar nəticədir, zaman etibarilə işıqla şüa arasında fərq yoxdur, yəni səbəblə nəticə eyni vaxtda baş verir. Səbəb (Allah) vacib varlıqdır, nəticə isə mümkün varlıqdır, eyniyyət yoxdur, bu, oxşarlıqdır.
Suhrəvərdiyə görə, gerçək (mümkün) varlıq zəruri varlıqdan emanasiya yolu ilə törəmişdir. İnsanın ruhu ilahi ruhdan qidalanır, bədəndə formalaşır və fərdi xarakter daşıyır, lakin bədənin ölümündən sonra onu tərk edib, ümumbəşəri ruha qovuşur.
«İşıq heykəllərində» hərəkət təzələnmə, dəyişmə kimi qiymətləndirilir. Onun fikrincə, hərəkətin səbəbi işıqdır. İşraq (işıqsaçma) ilə hərəkət bir-birini hasilə gətirir. Hərəkət işraqı hazırlayır, onun səbəbi olur, işraq da öz növbəsində hərəkəti yaradır.
Suhrəvərdiyə görə, idrak nəfsin sayəsində baş verir. Obyektin subyektiv surəti nəfsdə təzahür edir, deməli, nəfs şüurdur. Obyekt haqqında bilik dövri bilikdir.
İdrakın ilk mərhələsi beş hiss üzvü ilə əlaqədardır. Sonra daxili dərketmə başlayır (müştərək hiss, fəhm, hafizə, fikir). Müştərək hiss - müşahidədir, o, xəyalda saxlanılır - bu, təsəvvürdür. Sonuncu mərhələ intuisiyadır, burada işığın sirri açılır.
Suhrəvərdi idrakın rasional mərhələsi haqqında da fikir söyləmişdir. Təhlil və tərkib, induksiya və deduksiya metodlarını əqli idrakın üsulları adlandırmışdır. O, mütləq biliyin mənbəyini maddi aləmdən kənarda axtarır, amma ilkin-nisbi biliyin mənbəyini gerçək aləmdə görür.
Ş.Suhrəvərdinin fikrincə, aləmin varlığının səbəbi Allahdır, aləm onunla birlikdə var olur. Deməli, Allah ilə birlikdə varlıq da əzəlidir. İşıqlar işığından əvvəlcə əqli bir cövhər çıxır, buna ümumi əql demək olar. Bu ümumi əql «nurul-ənvər» ilə gerçəklik arasında bir vasitəçidir. Ş.Suhrəvərdi cismin yerini nur və zülmətə verir. Əşya ya nurdur, ya da zülmət. Bu iki anlayış Aristotelin materiya və formasına bənzər rol oynayır. Zülmət materiya, nur forma əhəmiyyətindədir.
Yüklə 14,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə