Filologiya elmləri doktoru, professor



Yüklə 12,88 Kb.
Pdf görüntüsü
səhifə17/107
tarix14.03.2018
ölçüsü12,88 Kb.
#31402
1   ...   13   14   15   16   17   18   19   20   ...   107

xəzər  xaqanı  "qızıi,  gümüş,  dəmir  filizi  və  mis  çıxarmaqda  biliyi 
olan  müxtəlif  peşə  sahiblərini  tapmaq  üçün  öz  nəzarətçilərini 
göndərir, tran şahlarının kadastrına uyğun olaraq tacirlərdən, böyük 
Kür  və  Araz  çayları  balıqçılarından  alınan  vergi  və  dirhəm 
(didrakmayk) məbləğini müəyyən etdi".®® 
629/30-cu  ildə  xaqan,  yoxlama  vaxtı  ölkədəki  ərzaq 
ehtiyatından  heç  bir  şeyin  ondan  gizlədilmədiyini  yəqin  edəndən 
sonra, Ermənistan və onunla qonşu ölkələr üzərinə yürüşə hazırlaşır 
və hücuma keçir. Əvvəlcə, Çorpan Tarxanın®® başçılığı ilə qabağa 
üç min nəfərlik bir dəstə göndərir ki, dəstə onun üçün təhlükəsiz bir 
yo! hazırlasın, sonra da Özü qoşunları ilə yürüş edir.™ Sevan gölü 
yaxınlığında xəzərlər "10 min nəfərlik tran qoşununu məğlub edib, 
meyitlərin  üzərindəki  şeyləri  qarət  edir,  atların  bəzək  şeylərini, 
nizələri,  qızıla  tutulmuş  qılınc,  qalxan  və  yunanlıların  məharətlə 
düzəltdikləri  paltarları  yığıb  götürürlər  və  bunların  hamısını  öz 
aralarında bölüşdürürlər".®* 
M.İ.Artamonov  belə  hesab  edir  ki,  xəzərlərin  Albaniyadakı 
üçillik  hökmranlığı  bununla  başa  çatır  və  beləliklə,  xəzərlərin  bu 
ölkədəki A.Y.Krımskinin™ iddia etdiyi kimi, "yüzillik hökmranlığı 
barəsində  heç  söz  də  ola  bilməz".®®  Öz  iddiasını  əsaslandırmaq 
üçün o, M.Kaqankatvatsİyə istinad edir; həmin müəllif yazır ki, 10 
minlik tran ordusunu darmadağın etdikdən sonra, xəzərlər yenidən 
"keçidlərlə üç məmləkətə — Ermenistan, Gürcüstan və Albaniyaya 
üz qoyurlar",®'* lakin "məğlub olurlar".®® 
Xəzərlər  tarixinə  dair  son  tədqiqatında  M.İ.Artamonov 
xəzərlərin  Albaniyada  qalmaları  müddəti  barədə  öz  əvvəlki 
nöqteyi-nəzərini  dəyişərək  deyir:  "Zaqafqaziyada  türkütlər  (xə- 
zərlər—Z.K.) haqqında "Alban tarixi"ndəki ətraflı məlumat bununla 
(xəzərlərin məğlubiyyətindən sonra—Z.B.) bitir, sonrakı şeylər isə 
işarə və eyhamlardan toxunmuşdur".®® 
L.N.Qumilyevİn®'^  fərziyyələrinə  əsaslanaraq  M.t.Artama- 
nov  bu  faktı  əsassız  hesab  edir  ki,  "M.Kaqankatvatsi  L.N.Qu- 
milyevin  "türkütlərini"  "xəzərlər  adlandırır  və  xəzərlərin  qısa 
müddət  Albaniyada  olmamasını  630-cu  ildə  Qərbi  türkütlər 
xaqanlığındakı hadisələrlə əlaqələndirir".®® 
Lakin  M.İ.Artamonovun  bu  fikri  ilə  razılaşmaq  olmaz  ki, 
xəzərlər məğlubiyyətə uğradıqdan sonra Albaniyanı həmişəlik tərk 
etmişlər. 
Qeyd  etdiyimiz  kimi,  hələ  Xosrov  Ənuşirvan  dövründə 
Albaniyaya  10  min  xəzər  köçürülmüşdü,  xəzərlərin  əlində  olan 
Qəbələ®® şəhərində isə onların inzibati mərkəzi yerləşirdi;*™ 
52 


çox  ehtimal  ki,  xəzərlər  cənuba  etdikləri  növbəti  hücum  zamanı 
məğlubiyyətə  uğradıqdan  sonra  M.t.Artamonovun  dediyinə  zidd 
olaraq,  Albaniyanı  tərk  etmədilər,  sadəcə  olaraq  öz  əvvəlki 
məntəqələrinə, ərazisində məskun olduqları yerə — Qəbələ rayonuna 
qayıtdılar.  Burada  onlar  öz  soyğunçu  yürüşləri  üçün  əlverişli 
hadisələrin  baş  verməsini  gözləyərək,  çox  ehtimal  ki,  qərbdə 
Gürcüstan  sərhədlərinədək,  cənubda  isə  Kür  çayınadək  uzanan, 
şübhəsiz,  böyük  bir  ərazini  nəzarət  altında  saxlayırlar.  Şərqdə  öz 
mərkəzi  hakimiyyətlərilə  daimi  əlaqə  saxlayaraq  onlar  təkcə 
Dərbənd keçidini deyil, Dərbənddən qərbdəki bütün dağ keçidlərini 
(Ağbulaq, Salavat keçidləri, Bazardüzü dağındakı iki keçidi) də ciddi 
nəzarət  altına  alırlar,  çünki  bu  keçidlərdən  ən  qısa  müddətdə 
Albaniya ərazisinə qoşun yeritmək olardı. 
Xəzərlərin  Arran  əhalisinə  olan  münasibətinə  "Azərbaycan 
tarixi"ndən  verilən  izahat  müəyyən  heyrət  doğurur,  çünki  burada 
deyilir  ki,  İranla  Bizans  arasındakı  müharibələr  zamanı  xəzərlər 
"albanlarla dostlaşıb onlarla birlikdə Bizans qoşununu düşməncəsinə 
qarşıladılar".'®^ Gətirilən material isə bunun əksini göstərir. 
Beləliklə, deyilənlərə yekun vuraraq, belə nəticə çıxarmaq olar 
ki, ərəb basqını zamanı Azərbaycanın bütün cənub hissəsi Sasanilər 
imperiyasının tərkibində qalmaqda idi. Azərbaycanın şimalı (Arran, 
Albaniya)  isə  Qafqazın  dağ  ətəklərində  məskən  salmış  xəzərlərin 
tez-tez  hücumlarına  məruz  qalırdı.  Eyni  zamanda  ölkədə  Sasanilər 
canişini  mərzban  qalırdı  ki,  bu  da  Albaniyanın  irandan  vassal 
asılılığında olduğunu göstərir. Bununla belə Arran xəzərlərə böyük 
məbləğlərdə  bac  verməli  olurdu;  xəzərlərlə  illər  boyu  aparılan 
mübarizə isə ölkənin ərəb işğalı zamanı öz rolunu oynamış oldu. 
Həm yazılı mənbələr, həm də ələlxüsus arxeoloji materiallar VI 
əsrin sonu və VII əsrin əvvəllərində ölkənin mədəni siması haqqında 
bizə  məlumat  verir.  Mənbələr  göstərir  ki,  V  əsrin  əvvəllərində 
Azərbaycanın şimal hissəsinin (Arran) artıq öz əlifbası olmuşdur'®^ 
və  bu  əlifba  gürcü  və  erməni  əlifbaları  ilə  ümumi  oxşar  cəhətlərə 
malik idi. Hələ V əsrdə Arranda zəngin ədəbiyyat mövcud idi, lakin 
sonralar bu ədəbiyyat yoxa çıxmışdır.'®^ 
Arran  (Alban)  əlifbasında  hərflərin  sayı  barədə  bir  neçə  fikir 
mövcuddur. Məsələn, N.Karamyants belə hesab edir ki, hərflərin sayı 
21,'®^ Edlis Minns isə belə güman edir ki, onların sayı 32 olub.'®® 
Lakin A.Q.Şanidze və digər tədqiqatçı 
53 


lar hesab edirlər ki, hərflərin sayı 52 o l m u ş d u r . B u  heç də o demək 
deyildir ki, Arranda yalnız bir əlifba, bir yazı olmuşdur. Ola bilsin ki, 
tapılmış  əlifba  ölkədə  işlənən  bir  neçə  əlifbadan  biri  imiş; 
A.Q.Şanidze deyir ki, "Belə bir ehtimal istisna deyil ki, Arranda təkcə 
bir xalqın deyil, bir neçə xalqın öz milli yazısı olmuşdur 
Mingəçevirdəki  arxeoloji  qazıntılar  zamanı  tikinti  hissələri  və 
saxsı  qablar  üzərində  alban  oyma  yazılarının  bir  neçə  parçası 
tapılmışdır. Bunlardan biri Mingəçevirin qədim iba- dətgahı üzərində 
oyulub  yazılmışdı.  Bu  ibadətgahın  ərazi  dairəsində  tapılan  saxsı 
şeylər üzərində də belə yazılar var- dır^ıos Bundan başqa üzərində 21 
hərfi işarədən ibarət alban yazısı olan kirəmit p a r ç a l a r ı , q ı r m ı z ı  
gildən  düzəldilmiş  və  çox  ehtimal  ki,  üzərində  alban  yazısı  olmuş 
dolça divarının bir p a r a s ı , 6 7 x 6 2  ölçüdə və üzərində 62 hərfi işarə 
olan böyük bir daş və 49 hərfi işarə olan gil şamdan tapılmışdır.^” 
Bu cür gil parçalarının tapıldığı  yer təkcə Mingəçevir deyildir. 
I.M.Cəfərzadənin  qədim  Gəncədə  qazıntı  zamanı  tapdığı  saxsı 
qırığının  üst  tərəfində  qabarıq  şəkildə  basma  bir  yazı  vardır  (hələ 
oxunmayıb);  bunun  hərfləri  "erməni  və  gürcü,  bəlkə  də  alban 
əlifbasının hərflərini xatırladır".”^ 
A.Şanidzenin  göstərdiyi  kimi,  alban  yazısı  məsələsini 
aydınlaşdırmaq  üçün  Azərbaycan  ərazisində  bir  çox  məbəd  xəra- 
bələrini  tədqiq  etmək  lazımdır.  Lakin  alban  əlifbasının  (yazısının) 
varlığı şübhə doğurmur. 
V  əsrdə  Arranda  uşaqların  oxuması  üçün  məktəblər  var  idi. 
"Ağvan tarixi"ndə, məsələn, belə bir məlumat var: "[padşah] Vaçaqan 
əmr  etdi  ki,  cadugərlərin,  sehrbazların,  bütpərəst  kahinlərin, 
agılayanların  uşaqlarını  yığıb  onlara  dini  ayinləri  öyrətmək  üçün 
məktəbə göndərsinlər. [O, bütün oğlan uşaqlarına Rustak adlanan öz 
kəndində  bir  yerə  toplaşmağı  əmr  etdi,  onlar  üçün  təqaüd  kəsdi, 
onlara məktəb müdiri təyin etdi və onlara xristianlığı öyrətmək əmri 
v e r d i ] . O ,  kəndlərə  gələrkən tez-tez məktəblərə gedər, sehrbaz və 
bütpərəst  kahinlərin  uşaqlarını  başına  toplayar,  onu  əhatə  edən 
camaata — kimisi əlində kitab, kimisi yazı lövhəsi tutub dayananlara 
ucadan  bir-birinə  oxumağı  əmr  edərdi,  özü  isə  böyük  bir  xəzinə 
tapmış  kimi  sevinib  fərəhlənərdi".^”  Bu  məktəblərdə  rahiblər 
"maaşla"”®  dərs  deyirdilər,  başqa  sözlə  maarifçi  rolunu  ruhanilər 
yerinə yetirirdilər. 
E.Ağayanın  alban  təqviminə”®  aid  tədqiqatı  göstərir  ki, 
albanların öz tarix hesabı var idi. 
54 


Yüklə 12,88 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə