Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   8   9   10   11   12   13   14   15   ...   116
    Bu səhifədəki naviqasiya:
  • Manqan

37
 
hormonların miqdarını  nizamlayır, deoksidantdır, skelerozun  ya-
ranma  riskini  azaldır,  oksigeni  ötürür,  qan  yaranmasında  iştirak 
edir.  Vacib  makroelementlərdən kalium,  natrium, kalsium,  maq-
nezium,  fosfor,  xlor  və  kükürdü  misal  göstərmək  olar.  Mikroe-
lementlərə Fe, Cu, Zn, Mn, J, Br, Fr, Co, Se və s. aiddir. Mineral 
maddələrə gündəlik tələbat aşağıdakı cədvəldə verilir (cədvəl 1.4).  
Cədvəl 1.4 
Ayrı-ayrı mineral maddələrə gündəlıik tələbat 
Elementlərin adı 
Gündəlik tələbat, mq 
Kalsium 
800-1000 
Fosfor 
1000-1500 
Natrium 
4000-6000 
Kalium 
2500-5000 
Maqnezium 
300-500 
Dəmir 
15 
Sink 
10-15 
Manqan 
5-10 
Mis 

Yod 
0,15 
  
Kalsium  –  sümük  toxumalarının,  dişlərin  emal  təbəqəsinin, 
hüceyrə və toxuma komponentlərinin əmələ gəlməsində, qan ya-
ranmasında  iştirak  edir,  damar  divarlarının  keçiriciliyini  azaldır, 
bir sıra fermentləri və endokrin vəzləri aktivləşdirir, soyuq dəymə-
yə qarşı müsbət təsir edir, allergiyanın əmələ gəlməsini zəiflədir, 
orqanizmin müdafiə gücünü artırır. Kalsium ionları ürək əzələlə-
rinin yığılma xüsusiyyətinə yaxşı təsir edir və damarların tonusunu 
nizamlayan hormonun (vazopressin) təsirini gücləndirir. Kalsium 
orqanizmdə  radioaktiv  stronsium-90-nın  toplanmasına  maneçilik 
törədir. Kalsiumun sorulması, fosfor və maqneziumun iştirakı ilə 
yaxşılaşır,  yağ  turşuları  və  quzuqulağı  turşusunun  təsirindən  isə 
pisləşir.  
Maqnezium  –  orqanizmdə  az miqdarda və  əsasən də  sümük 
toxumasında  olur.  O,  damar  genişləndirmə  xüsusiyyətinə  malik 
olub, bağırsağın fəaliyyətini və öd ayrılmasını stimullaşdırır. Maq-
nezium  ionları  karbohidrat  və  fosfor  mübadiləsində  iştirak  edir. 


38
 
Maqneziumun artıqlığı orqanizmdən kalsiumun kənarlaşdırılması-
nı sürətləndirir və sümüyün strukturunun pozulmasına gətirib çı-
xara bilir.  
Kalium  –  toxumaların  su  saxlama  qabiliyyətini  nizamlayır. 
Kalium ionları ürək əzələlərinin tonusunu və avtomat rejimdə iş-
ləməsini,  böyrəküstü  vəzlərin  funksiyasını  tənzimləyir.  O,  orqa-
nizmdən suyu və natriumu çıxara bilir. Buna görə də kalium nat-
riumun fizioloji antoqonistidir. Kalium həmçinin maddələr müba-
diləsi prosesində seziumun analoqudur və bununla əlaqədar olaraq 
kalium çatışmazlığı sezium-137-nin toplanmasını asanlaşdırır. O, 
hüceyrədaxili proseslərdə böyük rol oynayır, membranı parçalan-
madan qoruyur, qocalma prosesinin və digər pozulmaların qarşısı-
nı alır.  
Natrium – hüceyrələrdə osmotik təzyiqin saxlanılmasında, su-
duz mübadiləsində, turşu-qələvi müvazinətinin nizamlanmasında, 
əsəb impulslarının ötürülməsində iştirak edir, qida-həzm ferment-
lərinin tərkibinə daxil olur.  
Fosfor  –  kalsiumla birgə sümük toxumasının  hüceyrə mem-
branının qurulmasında iştirak edir, karbohidrat və enerji mübadi-
ləsini, fosfor tərkibli birləşmələrin (AÜF, AİF və s.) köməkliyi ilə 
təmin edir. Fosfor turşusu birləşməsi fermentativ proseslərdə, fer-
mentativ  kataliz  mexanizmində  iştirak  edərək  vitaminlərin 
biokimyəvi  funksiyalarının  yaranmasını,  maddələr  mübadiləsini, 
əsəb impulslarının keçirilməsini və əzələ qısalmasını təmin edir. 
Kalsiumun fosfora 1:1,5 nisbəti optimal sayılır. Fosforun həddən 
artıq  çox  olması  kalsiumun  orqanizmdə  azalmasına  səbəb  olur. 
Fosfor radioaktiv stronsiumun toplanmasının qarşısını alır.  
Dəmir - orqanizmdə vacib zülalların qurulmasında iştirak edir. 
Bunlardan hemoqlobini (bütün orqanizmdə olan dəmirin 75-80%-
i), mioqlobini (5-10%), həmçinin 70-dən çox müxtəlif fermentləri, 
o cümlədən tənəffüslə bağlı olanları qeyd etmək olar. Dəmir he-
moproteid-sitoxromun tərkibinə daxil olub insan orqanizminə dü-
şən yadcinsli maddələrin zərərsizləşdirilməsində iştirak edir. Pe-
roksidaza fermentind’ olan dəmir immunitetin saxlanmasında işti-


39
 
rak edir. Tərkibində dəmir olan ferment tireoperoksidaza qalxan-
vari vəzinin hormonlarının sintezində iştirak edir. Dəmirin çatış-
mazlığından anemiya inkişaf edir, hemoqlobinin qatılığı və qanda 
eritrositlərin miqdarı, həmçinin dəmir tərkibli fermentlərin aktiv-
liyi azalır.  
Mis  –  dəmirlə  yanaşı  qan  yaranması  prosesində  mühüm  rol 
oynamaqla, oksidləşmə  prosesini stimullaşdırır, fermentlərin tər-
kibinə daxil olur, B qrupu vitaminlərini aktivləşdirir. Qidalanmada 
misin artıqlığı zəhərlənmə yarada bilir. Bunun da əlamətləri ürək 
bulanması və qusmadır. Buna görə də qida maddələrində misin yol 
verilən qatılıq həddi çox ciddi nəzarətdə saxlanılır. 
Yod – qalxanvari vəzdə, qanda, əzələ və sümük toxumalarında 
olur. O, qalxanvari vəzin hormonunun tərkibinə daxil olub orqa-
nizmdə mübadilə proseslərini stimullaşdırır. Qidada yodun çatış-
mazlığından böyümə ləngiyir, fiziki və psixi pozuntular müşahidə 
olunur və zob xəstəliyi əmələ gəlir.  
Manqan – bir çox fermentativ sistemlər üçün vacibdir. Poli-
saxaridlərin, xolesterinin, hemoqlobinin sintezində iştirak edir.  
Sink - fermentlərin tərkibinə daxil olub hipoviz vəzinin, böy-
rəküstü və mədəaltı vəzilərin normal funksiyası üçün vacibdir. O, 
yağ mübadiləsinə təsir edir, qara ciyərin piylənməsinin qarşısını 
alır. Sinkin çatışmazlığından gənc orqanizmlərin böyüməsi daya-
nır. Yuxululuq və iştah zəifliyi müşahidə olunur, sinkin artıqlığı 
orqanizmdə  müxtəlif  fizioloji  pozuntular  və  zəhərlənmələr  yara-
dır. 
Selen – immun sistemini aktivləşdirir və detoksidantdır. Onun 
fizioloji  rolundan  biri  də  qlütationperoksidaza  fermentini  aktiv-
ləşdirməsidir ki, bu da antioksidant sisteminin komponetlərindən 
biridir. Orqanizmi lipidlərin peroksid-oksidləşmə sərbəst radikal-
larının zəncirvarı reaksiyalarından qoruyur.  
Selenin  çatışmazlığı  yod  çatışmazlığını  dərinləşdirir  və  bəd 
xassəli xəstəliklərin yaranmasına şərait yaradır. Selenin çatışmaz-
lığından ürək-damar sistemi əziyyət çəkir və müalicə olunmayan 
kardiopatiya xəstəliyi yaranır.  
Kobalt – kobaltın fizioloji dozaları dəmirin mənimsənilməsinə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə