Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə98/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   94   95   96   97   98   99   100   101   ...   116

315
 
İlin mövsümündən asılı olaraq aşağıdakı gündəlik rasion va-
riantları mümkündür: 
Qışda:  
Birinci  səhər  yeməyi:  suda  bişmiş  balıq  və  kartof  (treska, 
sudak), qara və boz çörək, yulaf unlu süd və ya südlü çay. 
İkinci  səhər  yeməyi:  südlü  qarabaşaq  sıyığı;  pomidor  şirəsi 
(konservlər). 
Nahar:  vegetarian  borşu,  şorlu  blinçik,  şəkərli  alma  və  ya 
quşüzümü. 
Şam:  kartoflu,  düyülü,  yumurtalı  piroşkilər;  İtburnunun 
vitaminləşdirilmiş cövhəri əlavə edilmiş kompot və kiseli. 
Saat 21-də 1 stəkan kefir və ya qatıq. 
Yazda:  
1-ci səhər yeməyi: kartof və göy noxuddan salat, bitki yağı ilə; 
südlü çay və ya kofe; kəsmik kütləsi ilə çörək və ya ərimiş pendir. 
2-ci səhər yeməyi: yaşıl salat bitkilərindən salat, qatıqla birgə 
və  ya  xama  və  şəkərlə;  kəsmik  qoğalı  və  ya  şəkərli  vareniklər; 
südlü çay və ya kofe, yağ ilə çörək. 
Nahar: ispanaqlı və ya gicitkənlı və kartoflu, xamalı, yaşıl turş 
kələm şorbası (vegeterian); suda bişirilmiş ət, pörtlədilmiş itburnu 
cövhəri. 
Şam:  südlü  lapşa,  qarabaşaq  sıyığı  və  ya  südlü  yulaf  sıyığı; 
gilas və ya kompot-konservi. 
Saat 21-də kefir və ya şəkərli qatıq. 
Yayda:  
1-ci səhər yeməyi: xiyar salatı, qatıqlı şor və ya kəsmik qoğalı; 
südlü çay, çörək və yağ.  
2-ci  səhər  yeməyi:  səbzə  tərəvəzlərdən  salat,  bitki  yağı  ilə; 
qızardılmış salaka və koryşka balıqları.  
Nahar:  kvas,  göyərti  və  yumurtadan  hazırlanan  soyuq  şorba 
(vegetarian botvinyası), çuğundur və digər tərəvəzlər qatıqla və ya 
xama ilə, ətli qarabaşaqlı və ya kövrək arpa yarması sıyığı ilə və 
təzə  xiyarlı  zraza;  südlü  giləmeyvə  (ciyələk,  meşə  çiyələyi, 
qaragilə, cır mərsin və s.). 
Şam: yunan qabağının oladisi, südlü krem və ya gel. 


316
 
Saat 21-də qatıq və ya kefir. 
Payızda: 
Birinci səhər yeməyi: təzə kələmdən hazırlanan bitki yağlı sa-
lat və şəkər. 
Ikinci səhər yeməyi: almalı kəsmik tikələri, isti süd qara çörək 
dilimləri ilə. 
Nahar:  qızardılmış  balıq  kartofla  və  təzə  tərəvəz  salatı  ilə 
(xiyar, pomidor, bişmiş çuğundur və s.); bişmiş və ya pörtlədilmiş 
alma süd ilə. 
Şam: bişmiş düyü-yerkökü və ya yerkökü-alma, isti süd. 
Saat 21-də alma, gavalı, armud və ya digər meyvələr. 
 
4.3.2.Təzə doğmuş qadının qidalanması 
Doğuş  zamanı  3500-4000  kkal/gün  enerji  sərf  olunur. 
Doğuşun  birinci  və  ikinci  dövründə  enerji  sərfi  (1  saat  ərzində) 
əsas mübadilə şəraitində xeyli artır. 
Doğuşun  başlanğıcında  və  doğuş  dövrü  ərzində  qadının 
qidalanmasından asılı olaraq hər hansı bir xüsusi hal yaranmayıb-
sa, onda doğuşun normal keçdiyi dövrdə qidanın mütləq qəbuluna 
ehtiyac yoxdur. Bəzi hallarda qida qəbulu ürək bulanması yarada-
raq  doğan  qadının  özünü  pis  hiss  etməsinə  səbəb  ola  bilər. 
İtburnunun həlimi və maya içkisi ilə kifayətlənmək olar ki, bu da 
tonuslaşdırıcı və təravətləndirici təsir göstərir. 
Doğuş prosesi 15-16 saat davam edərsə, doğan qadının qida 
qəbul etməsi vacibdir. Onların rasionu hamiləliyin ikinci dövründə 
məsləhət görülən məhsullardan və qida əlavələrindən ibarət olma-
lıdır. Qida əlavələrinə asan mənimsənilən karbohidratlar, zülallar 
və doğan qadın üçün vacib olan vitamin və mikroelementlər daxil-
dir. Bu maddələr aşağıdakı məhsul dəstlərində olur: alma, ərik və 
gavalı  şirəsi  -200  q,  şor-100  q,  yulaf  sıyığı-100  q,  itburnu 
həlimindən hazırlanan içki-200 q, qida mayaları-25 q və şəkər-50 
qram. 
Doğan  qadının  pəhrizinə  daxil  edilən  məhsullar  və  onların 


317
 
miqdarı  (qramla)  belə  olur:  zülal-130-140;  yağlar-100;  karbo-
hidratlar-500 kalium-6,5; kalsium-2-2,5; eyni zamanda vitaminlər 
(milliqramla) B
2
-6 mq; B
6
-6 mq; PP-45-50 mq; askorbin turşusu 
300 mq  təşkil edir. Rasionun kaloriliyi 3500-4000 kkal  arasında 
dəyişir.  
 
4.3.3. Süd əmizdirən ananın qidalanması 
Süd əmizdirən ananın qidalanamsına xüsusi diqqət verilməli-
dir. Çünki döş südünün laktasiyası və tərkibi ananın qəbul etdiyi 
qidanın kəmiyyət və keyfiyyətindən çox asılıdır.  
Uşaq  əmizdirən  ananın  rasionununda  zülallar  -  130-140  q, 
yağlar - 100-110 q, karbohidratlar - 450-500 q olmaqla, cəmi enerji 
sərfi 3500-4000 kkal təşkil etməlidir. 
Doğuşdan  sonra,  tamqiymətli  zülallara  malik  olan 
məhsullardan–şor,  pendirin  kəsmik  olmayan  növləri,  süd,  qatıq, 
soyutma ət, balıq, yumurta ağı, asan mənimsənilən yağlardan-kərə 
yağı,  günəbaxan  və  zeytun  yağları  məsləhət  görülür.  Karbohid-
ratalara  təlabat  tərkibində  bitki  sellülozası  olan  kobud  üyünmə 
ununun çörəyi, tərəvəzlər, meyvələr, giləmeyvələr və təzə tərəvəz 
pomidoru hesabına ödənilir. 
Təzə  doğmuş  qadının  qidalanması  5-6  dəfəlik  olmalıdır. 
Rasiondan  tünd  kofe,  ədviyyat,  alkoqollu  içkilər  çıxarılmalıdır. 
Uşaq  əmizdirən  qadın  gün  ərzində  1  litr  maye,  o  cümlədən  0,5 
litrdən az olmayaraq süd qəbul etməlidir. 
Kifayət  qədər  laktasiya  olmayan  hallarda  rasiona  zülallarla, 
yağlarla və vitaminlərlə zəngin olan məhsullar daxil edilməlidir. 
Əlavə olaraq rasiona  “holland pendiri”-100 q (gün  ərzində 50 q 
olmaqla 2 dəfə), xama-100 q (50 q 2 dəfə), maye pivə mayası-120 
q (60q 2 dəfə), qara qarağatın şirəsi (60 ml), bal-100q (50 q, 2 dəfə) 
əlavə etmək məsləhət görülür.  
 
 
 


318
 
Süd əmizdirən qadınların mövsümə uyğun rasion 
variasiyaları 
Qışda:  
1-ci səhər yeməyi: turşudulmuş kələm, kartof, soğan və bitki 
yağından ibarət salat, duzlu seld, kəsmik tikələri, südlü kofe, çörək 
yağ ilə. 
2-ci  səhər  yeməyi:  qatıq,  vatruşka  (üzərinə  şor  çəkilmiş  qo-
ğal), alma və ya itburnudan vitaminli içki.  
Nahar:  maye  kütləsi  əlavə  edilmiş  ət  bulyonlu  borş; 
pörtlədilmiş ət və ya qızardılmış, kartof ilə; südlü quşüzümü kiseli 
və ya südlü vitaminləşdirilmiş krem.  
Şam:  xamalı  və  şəkərli  varenik  və  ya  kartof  pirojkisi  ət  ilə; 
kompot-konservləri və ya südlü kofe. 
Saat 21-də çay-kefir və ya qatıq, çörək dilim ilə. 
Yazda:  
1-ci səhər yeməyi: kartoflu sosis və yaşıl salat; südlü herkules 
sıyığı; südlü çay və ya kofe, çörək yağ ilə. 
2-ci səhər yeməyi: xamalı varenik şəkərlə; mayalı içki və ya 
hava mayaları; pomidor şirəsi-konservlər. 
Nahar:  müxtəlif  tərəvəzlərdən  və  göy  noxuddan  hazırlanan 
balıq bulyonlu borş; qızardılmış balıq kartofla, yaşıl tərəvəzlərdən 
salat;  gilas  və  ya  quru  meyvələrdən  kompot,  vitaminləşdirilmiş 
itburnu cövhəri ilə. 
Şam: çuğundur marinadından salat; südlü lapşa.  
Saat 21-də kefir və ya qatıq şəkərlə (və ya bal ilə). 
Yayda:  
1-ci səhər yeməyi: xiyardan salat, müxtəlif mövsüm tərəvəz-
lərinin  xama və  ya qatıqla salatı; soyutma  yumurta və  ya omlet; 
südlü çay və kofe, çörək yağ və pendirlə.  
2-ci səhər yeməyi: şor qatıqla; istənilən işlənməli mayalar. 
Nahar: balıq və  ya  ətli  tərəvəzli və qatıqla  (və  ya xama ilə) 
botvinya; qızardılmış və ya soyutma balıq kartofla; südlə giləmey-
və.  
Şam: kələm və ya yer kökü kotleti və ya müxtəlif tərəvəzlər 
süd sousunda; qarpız və ya digər meyvə-giləmeyvələr. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə