Fiziki şəxslərin gəlir vergisi Maddə 95. Vergi ödəyiciləri



Yüklə 60,62 Kb.
səhifə20/20
tarix31.03.2023
ölçüsü60,62 Kb.
#103909
1   ...   12   13   14   15   16   17   18   19   20
vergi

Maddə 202. Müəssisənin və fərdi sahibkarın əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası
202.1. Vergitutma məqsədləri üçün müəssisənin əmlakının və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:
202.0.1. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) və fərdi sahibkarın əsas vəsaitlərinin hesabat ilinin əvvəlinə ) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür. Müəssisənin əmlakının və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır.
202.0.2. müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində yaradıldıqda (uçota alındıqda) və ya əmlak vergisi ödəyicisi olduqda, onun əsas vəsaitlərinin yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonunaqalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin və ya fərdi sahibkarın yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.
202.0.3. müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində ləğv edildikdə və ya uçotdan çıxarıldıqda, onun əsas vəsaitlərinin ilin əvvəlinə və ləğv edildiyi və ya uçotdan çıxarıldığı tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya fərdi sahibkarın uçotdan çıxarıldığı aya qədər olan ayların sayına vurulur.
202.2. Bu maddədə fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri müəyyən edilərkən bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən əsas vəsaitlər nəzərə alınmır.
Yüklə 60,62 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə