Fransız dili və ədəbiyyatı” ixtisası. “Dünya ədəbiyyatı” fənni üzrə buraxılış imtahanlarının mövzuları



Yüklə 42,73 Kb.
tarix15.03.2018
ölçüsü42,73 Kb.

Filologiya və jurnalistika fakültəsi.

Fransız dili və ədəbiyyatı” ixtisası.

Dünya ədəbiyyatı” fənni üzrə buraxılış imtahanlarının

mövzuları (2016-2017-ci tədris ili üçün)

1.“Antik ədəbiyyat” anlayışı. Antik ədəbiyyatın tarixi, xronoloji sərhədləri

2. Antik ədəbiyyatın ümumi səciyyəsi və əhəmiyyəti

3. Yunan ədəbiyyatının qaynaqları. Şifahi xalq ədəbiyyatı

4. Mifologiyanın inkişaf dövrləri

5. Zevs və onunla bağlı olan əsatirlər

6. Paseydon və Aidin yeraltı səltənəti

7. Apollon, Artemida, Afina

8. Hermes, Ares, Afrodita haqqında miflər

9. Hefest, Demetra, Dionis haqqında miflər

10. Prometey, Persey, Sizif, Herakl, Tesey haqqında miflər

11. Arqonavtların səyahəti

12. Yason və Medeya haqqında mif

13. Paris və Yelena haqqında mif

14. Axill və Hektor

15. Odisseyin sərgüzəştləri

16. Odisseyin İtakaya qayıtması

17. Ediplə bağlı rəvayətlər

18. Ədəbiyyatda Homer məsələsi

19.“İlliada”nın qısa məzmunu. Əsərdə epik kompozisiya xüsusiyyətləri

20.“Odissiya”nın süjeti və kompozisiyası

21.“Teoqoniya” (“Allahların mənşəyi”) poemasında allahların geneologiyası

22.“Zəhmətlər və günlər” poeması ilk yunan (həmçinin Avropa) didaktik eposu

kimi


23.“Zəhmətlər və günlər” poemasında “əmək” və “ədalət” ideyaları

24.Lirika, onun növləri və nümayəndələri

25.Arxiloxun yaradıcılığında yamb

26.Tirteyin yaradıcılığı

27. Alkeyin yaradıcılığı: Əlehdarlarıı ilə mübarizə və ümumi ziyafət mövzuları

28. Sapfonun lirikası

29.Dramın mənşəyi və əsas növləri (faciə, satir dramı, komediya). Dionis kultunun

əhəmiyyəti

30. Dram yarışlarının təşkili. Afina teatrı. Dramın quruluşu

31. Esxil “faciənin atası” kimi. Esxil yaradıcılığının təkamülü

32.“Farslar” faciəsində “tarixi” mövzu

33.“Zəncirlənmiş Prometey” faciəsinin problematikası və kompozisiya

xüsusiyyətləri

34.“Oresteya” trilogiyası. Faciələrdəki obrazlar sistemi. Nəsil və şəxsiyyət

problemi

35. Sofokl yaradıcılığının əsas dövrləri və dramaturji yenilikləri

36.“Antiqona” faciəsində hakimiyyət və güclü şəxsiyyət problemi

37. Aristofanın yaradıcılığı

38. Platon yaradıcılığının əsas dövrləri: Akademiya

39. Aristotelin həyat və yaradıcılıq yolu: Platonun tənqidi. Likey

40. Arestotelin “Poetika” əsərinin tarixi əhəmiyyəti

41. Aristotel faciə haqqında

42. Dövr və mədəniyyət. Ellinizm antik cəmiyyətin tarixində yeni mərhələ kimi

43. Ellinizm dövrü ədəbiyyatının başlıca xüsusiyyətləri: kosmopolitizm elitarlıq,

ənənə ilə əlaqənin qırılması

44. Qədim Roma mifologiyası

45. İlk romalı müəlliflər: Qney Neviy, Liviy Andronik, Kvint Enniy

46. Plavtın yaradıcılığında demokratik istiqamət. Plavtın “Xəzinə” əsəri

47. Publi Terensinin yaradıcılığı. “Qardaşlar” komediyasında tərbiyə problemi

48. Oktavian Avqust dövrü Roma ədəbiyyatının ümumi səciyyəsi

49. Publi Vergili Maronun həyat və yaradıcılığı

50.“Bukoliklər”, “Georgiklər” əsərlərinin ideya-məzmun xüsusiyyətləri

51. Vergilinin “Eneida” əsərində Roma tarixinin ideallaşdırılması mövzusu. Eney

obrazının bədii təhlili

52. Horatsinin fəlsəfi görüşləri

53. Horatsi ədəbiyyat nəzəriyyəçisi kimi. “Pizonlara məktub”

54. Roma elegiyası, Ovidinin məhəbbət şerləri

55. “Metamorfoza” Ovidinin şah əsəri kimi

56. Senekanın “Medeya” faciəsi. Medeya obrazının bədii-müqayisəli təhlili

57. “Orta əsrlər” anlayışı. Orta əsrlər ədəbiyyatının təsnifatı

58. Orta əsrlər Qərbi Avropa ədəbiyyatında epos.

59. Kelt dastanı. “Kuxulin haqqında dastan”

60. Anqlo – sakson epik poeziyası. “Beovulf”

61. Alman qəhrəmanlıq eposu. “Nibelunqlar haqqında nəğmə”

62. Skandinav epik poeziyası. “Böyük Edda”

63. Fransız qəhrəmanlıq eposu. “Roland haqqında nəğmə”

64. İspan eposu. “Sid haqqında dastan”

65. Provans lirikası. Trubadur poeziyasının janrları

66. Qərbi Avropa cəngavər romanının ideya – məzmun xüsusiyyətləri

67. “Tristan və İzolda” əsəri

68. Avropada intibah dövrünə keçid

69.Dante Alegeri intibaha keçid dövrünün ən böyük şairi kimi

70. “İlahi komediya” Dantenin şah əsəri kimi

71. Fransada intibah dövrünə keçid. F.Viyyonnun dövrü, həyatı və yaradıcılığı

72. İngiltərədə intibah dövrünə keçid. Ç.Çoser yaradıcılığı

73. İtaliyada intibah. Françesko Petraka yaradıcılığı

74. Covanni Bokkaçço. İtaliya humanist yazıcısı

75. Fransada intibah. Fransua Rable yaradıcılığı

76. .İspaniyada intibah. Migel de Servantes. “Don Kixot” əsəri

77.Tomas Mor. Avropa ədəbiyyatında ilk sosialist-utopist kimi

78.Vilyam Şekspir. Ingilis şairi və dramaturqu

79. Şekspirin faciələri

80. Avropa ədəbiyyatında Barroko

81. Avropa ədəbiyyatında klassisizm. N.Bualonun “Poeziya sənəti” əsəri

82.Pyer Kornel. Fransız klassisizminin görkəmli nümayəndəsi kimi

83.Pyer Kornelin “Sid” faciəsi

84.Rasin və klassisizm teatrı. “Andromaxa” faciəsi

85. Molyer dramaturgiyasında sosial və əxlaqi problemlər “Tartuf”, “Don Juan”

86. Con Milton. Böyük ingilis şairi və publisisti

87. XVII əsr Avropa ədəbiyyatı. Maarifçilik hərəkatının mahiyyəti

88. İngilis ədəbiyyatında maarifçilik. Daniel Defo. “Robinzon Kruzo”

89. Conatan Svift. İngilis satirik yazıcısı və şairi. Sviftin maarifçilik ideyaları

90. Yetkin maarifçilik dövrü. Samuel Riçadson. Psixoloji-əxlaqi romanların

müəllifi


91. Henri Fildinq. İngilis yazıçısı. Fildinqin özünə məxsus xüsusiyətləri

92. Sentimentalizm. Lorens Stern. İngilis sentimentalizminin görkəmli

nümayəndəsi

93. Fransız ədəbiyyatında maarifçilik. Volter. Fransız maarifçilik hərəkatının

görkəmli nümayəndəsi

94. Deni Didro. Fransız maarifçisi, naşiri, yazıçısı

95. Jan Jak Russo. Fransız maarifçisi və yazıçısı. Russonun fəlsəfi və siyasi

baxışları. Bomarşe

96. Alman ədəbiyyatında maarifçilik hərəkatının yayılması. Fırtına və hücum.

Qodhold Efraim Lessinq. Lessinqin ictimai-siyasi və fəlsəfi görüşləri

97. Fridrix Şiller. Alman maarifçisi, dramaturqu və yazıçısı. Fridrix Şiller

“Qaçaqlar”

98. Alman romantizminin yaranması və inkişaf mərhələləri

99. Yena və Haydelberq romantik məktəbləri

100. L.Tikin novella-nağılları

101. Novalisin ədəbi fəaliyyəti

102. Hofmanın əsərlərinin ideya-mövzu xüsusiyyətləri

103. Hayne poeziyasında lirik qəhrəman problemi

104. Uilyam Vordsvort yaradıcılığı

105. Səmyuel Kolric yaradıcılığı

106. Robert Sauti yaradıcılığı

107. Bayron yaradıcılığının ümumi xarakteristikası

108. “Şərq poemaları”nda üsyankar obrazlar

109. Şelli ingilis romantizminin nümayəndəsi kimi

110. Skott yaradıcılığının ümumi səciyyəsi

111. Skott yaradıcılığında tarixi mövzular

112. Jorj Sand fransız romantizminin nümayəndəsi kimi

113. Viktor Hüqo fransız romantizminin banisi kimi

114. “Paris Notrdam kilsəsi” romanında tarixilik və müasirlik

115. “Səfillər” romanında şəxsiyyət və cəmiyyət problemləri

116. F.Kuper romanlarında tarixilik prinsipi

117. Edqar Po Amerika romantizminin nümayəndəsi kimi

118. Stendalın “Qırmızı və qara” romanında qəhrəman problemi

119. Merimenin həyat və yaradıcılığı

120. Balzak realist romanının görkəmli nümayəndəsi kimi

121. Floberin “Madam Bovari” romanında əxlaq və mənəviyyatın tənqidi

122. Dikkens tənqidi realizmin banisi kimi

123. Dikkensin “Dombi və oğlu” romanında ingilis burjuaziyasının ifşası

124. Dikkensin “Oliver Tvistin macəraları”

125. Tekkereyin həyat və yaradıcılığı

126.“Şöhrətpərəstlik yarmarkası” romanında sosial mühit və xarakter problemi

127.Lonqfellonun “Qayavata haqqında nəğmə” əsrinin ideya-mövzu xüsusiyyətləri

128. Uolt Uitmenin həyat və yaradıcılığı

129. C.Londonun yaradıcılıq yolu

130. C.Londonun “Martin İden” romanı

131.“Şimal hekayələrində” insan problemi

132. T. Drayzerin ədəbi fəaliyyəti

133. “Kerri bacı” romanında qadın və cəmiyyət problemi

134. T. Drayzerin “Amerika faciəsi”

135. E. Heminquey həyat və yaradıcılığı

136. E. Heminqueyin “Qoca və dəniz” əsərinin ideya-bədii xüsusiyyətləri

137. Fransız naturalizmini xüsusiyyətləri

138. Mopassan novella janrının nümayəndəsi kimi

139. Qolsuorsinin həyat və yaradıcılığı

140.“Farsaytlar haqqında saqa” trilogiyası Qolsuorsi yaradıcılığının zirvəsi kimi

141. Bernard Şounun həyat və yaradıcılığı

142.“Piqmalion” əsərinin ideya-bədii xüsusiyyətləri

143. U. Folknerin həyat və yaradıcılığı

144. U. Folknerin “Qəzəb və səs-küy” əsərinin ideya-bədii xüsusiyyətləri

145. XX əsr ədəbiiyatında modernizm

146. Kafka yaradıcılığında mif və metaforanın yeri

147. Kafkanın “Qəsr” romanında dünyanın mifik modeli

148. Ekzistensializmin ədəbiyyatda bədii ifadəsi

149. Kamünün “Yad adam” romanında tənhalıq problemi

150. Kamü yaradıcılığının Avropa ədəbiyyatında yeri

151. J.P.Sartrın həyat və yaradıcılığı



152. Sartrın “Milçəklər” pyesi

153. “Divar” hekayəsi və onun ideya məzmun xüsusiyyətləri


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə