Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə27/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   23   24   25   26   27   28   29   30   ...   90

salmaqda  və  mənzilinə  siyasi  cəhətdən  səbatsız  sayılan  şəxsləri 
toplamaqda,  yemək  süfrəsi  arxasında  əksinqilabi  xarakterli  tostlar 
deyilməsində  və  İran  konsulu  Məmməd  Xanla  əlaqələrdə 
günahlandırılaraq ittiham olunur. 
Babayev  Əbdüləli  Cəbrayıl  oğlu  42  yaş,  azsavadb,  dülgər, 
Az.SSR  CM-in  68  və  179-cu  maddələri  ilə  Cəfərovun  mənzilinə 
siyasi  cəhətdən  səbatsız  şəxslərin  toplanmasında  iştirakda 
günahlandırılaraq ittiham olunur. 
Cəfərov ona qarşı irəli sürülən ittihamda günahkar sayılaraq 5 
il müddətinə ciddi təcrid şəraitində saxlanılmaqla cəzasını SSRİ- nin 
şimal şəhərlərindən birində çəkməsi qərara alınır.” 
6 aprel 1925-ci ildə Zaqafqaziya FK-dan İƏH rəisi Beriyanın, 
əks-kəşfiyyat  şöbəsinin  rəisi  Lordkipanidze,  1-ci  şöbənin  rəisi 
Yerşovun  imzası  ilə  Az.  FK  sədrinin  müavini  Petrova  məktub 
göndərilir:  “ZFK-a  ƏK  şöbəsi  xahiş  edir  ki.  Babayev  Əbdüləlinin 
224  saylı  istintaq  işi  üzrə  sonrakı  nəticələri  barədə  məlumat 
verəsiniz.  Bundan  başqa  xahiş  edirik  bu  iş  üzrə  2  №-li 
memorandumun surətini göndərəsiniz.” 
!2  aprel  1925-ci  ildə  Petrov,  İƏH  rəisi  Nikolayev,  əks- 
kəşfiyyat  şöbəsinin  rəisi  Qolikov  Tiflisə  Zaq.FK-ya  aşağıdakıları 
bildirirlər:  “Az.  FK  Babayev  Əbdüləlinin  224/682  və  Cəfərov 
Məmməd  Yusifin  270/894  saylı  istintaq  işləri  üzrə  yekun  qərarın 
surətini  baxmaq  üçün  göndərir.  Əlavə  edirik  ki,  fevralın  22-də 
qərarda  göstərilən  dərkənarla  əlaqədar  Babayev  və  Cəfərov  azad 
edilmişlər. 2 №-li memorandumun göndərilməsinə ehtiyac varmı?” 
1925-ci il may ayının 9-da Zaqafqaziya çckasmm sürgün haqqında 
tələbini  nəzərə  alan  Qolikov  “Cəfərov  Məmməd  Yusif  Hacıbaba 
oğlu və Babayev Əbdüləlinin Az.SSR ərazisindən sürgün edilməsinə 
sanksiya  verilməsi  üçün  894/270  №-li  işinZFK-  ya  göndərilməsi” 
qərarına gəlir. 
İstintaqın aparıldığı bütün dövr ərzində, xüsusilə 1925-ci ildə 
M.Y.Cəfərovun yaşadığı mənzil nəzarətdə saxlanılmış, oraya postlar 
qoyulmasına  qədər  bütün  tədbirlər  görülmüşdü.  Bununla  onun 
ailəsinə kimlərin baş çəkdiyini, əvvəllər kimlərlə əlaqədə olduğunu 
dəqiqləşdirmək istəyirdilər. 
“25.12.25-ci  il.  Göstərişə  uyğun  olaraq  Kladbişenski  küçəsi 
100/12 №-li evə saat 6.30-da postlar qoyulmuşdur. M.Y.Cəfərov 
85 


saat 9.30-da faytona minib işə getdi. Saat 3.30 iki nəfər namə’lum 
şəxslə çıxdı və faytonla evə gəldi. Saat 5-də postlar götürüldü.” Az. 
Çekanın göndərdiyi materiallara əsasən yekun qərar çıxaran Zaq.FK 
Əks  kəşfiyyat  şöbəsinin  1-ci  bölməsinin  əməliyyat  müvəkkili 
Zakaıyan 1925-ci il avqustun 22-də aşağıdakı sanksiyanı qəbul edir: 
“1.  M.Y.Cəfərov  5  il  müddətinə  Voloqda  quberniyasının  həbs 
düşərgəsinə  sürgün  edilsin.  2.  Ə.Babayevi  bir  illik  həbs  cəzasına 
məhkum etmək, ancaq onun sosial vəziyyətini, azsavadh olmasını və 
ilk  məhkumluğunu,  həmçinin  ilkin  qəran  nəzərə  alaraq  sonrakı 
məs’uliyyətdən azad etmək.” Əks-kpşfıyyat şöbəsi rəisinin müavini 
Yerşov və SOÇ rəisi Beriya razı olduqlanm bildirirlər. 
Həmin  qərara  əsasında  Zaq.  FK  yanında  Xüsusi  müşavirə 
18.12.25-ci ildə belə bir qərar qəbul edir: “M. Y.Cəfərov RSFSR- in 
şəhərlərindəki  həbs düşərgələrindən birinə 3 il müddətinə sürgünə 
göndərilsin.” 
1926-cı  il  martın  1-də  Zaqafqaziya  çekasının  məsul 
əməkdaşları  Bejanov  və  Beriyanın  imzası  ilə  Az.  FK-ya 
M.Y.Cəfərovun  və  onunla  bağlı  istintaq  işinin  Baş  Siyasi  İdarə 
yanında  müşavirənin  qərarına  uyğun  olaraq  Urala  Sverdlovsk 
şəhərinə göndərilməsinin təmin olunması barədə məktub göndərilir 
və elə həmin günlərdə Tiflisdən Bakıya aşağıdakı məzmunda şifrəli 
teleqram  yola  salınır:  “Y.Qorobçenkoya  çatdırılsın  ki,  Cəfərov 
Məmməd Yusifi dərhal həbsdən azad etsin. Bağırov, şifrə açılmışdır 
11.03. 1926.” 
Bu  göstərişdən  sonra  onu  həbsdə  saxlayıb-saxlamamağı 
qətiləşdirə bilməyən 3-cü qrupun müvəkkili Movsesov Sumbatovun 
adına  raport  yazır:  “Bildirirəm  ki,  XSİŞ  yanında  Xüsusi 
Müşavirənin 12.02.1926-cı il qəran ilə M.Y.Cəfərov DSİ vasitəsilə 3 
il müddətinə Urala sürgünə göndərilməyə məhkum edilmişdir. Zaq. 
FK qeyd  edilən qərarın  yerinə  yetirilməsi  üçün  mənim  tərəfimdən 
müttəhim həbs olunmuşdur. Az. FK sədri y. Bağırovun göstərişi ilə 
M.Y.Cəfərov  həbsdən  azad  edilmişdir.  Cəfərov  Urala  sürgünə 
göndərilməli  olduğu  üçün  xahiş  edirəm  sonra  necə  hərəkət  etməli 
olduğumuzu  aydınlaşdırasınız  və  Zaq.  FK,  həmçinin  XSİŞ-yə  nə 
cavab verməyimizi bildirəsiniz.” 
86 


Cəfərov həbsdən azad olunur. Ancaq barəsində yuxanda adı 
çəkilən sürgün qərarı ləğv edilmədiyi üçün 1928-ci ildən başlayaraq 
onu  yenidən  çək-çevirə  salır,  həbsə  atılmaq  təhlükəsi  ilə  üz-üzə 
qoyurlar. Uzun əzablardan, yazışmalardan sonra o, vəziyyəti qismən 
də olsa, aydınlaşdıra, sürgündən canını qurtara bilir. 
Bu tipli sənədlərdən biri M.Y.Cəfərovun Az. DSİ-yə yazdığı 
1929-cu il 2 oktyabr tarixli ərizəsidir: “ 1924-cü ilin dekabr ayında 
mənim  əleyhimə  iş  açıldı  və  mən  böhtan  əsasında  həbs  olundum. 
Yeganə  material  şahid  ifadəsi  idi.  İstintaqın  gedişində  hətta  o  da 
məlum oldu ki, mənə qarşı həmin ifadə də tamamilə yalandır və heç 
bir  reallığa  əsaslanmır.  Yeri  ^əlmişkən  yolüstü  Bakıda  olan  Zaq. 
FK-nm rəhmətlik sədri Mogilyevski də mənim işimlə maraqlanmış 
və bir neçə üzləşdirmə və dindirmələrin nəticəsi ilə də tanış olmuş, 
mənim  tərəfimdən  müəyyənləşdirilmiş  momentləri  təsdiq  etmiş, 
ifadələrdəki  yalanı  aşkara  çıxararaq,  mühakimənin  əsassızlığını 
qeyd  etmişdir.  Bütün  bunlara  əsasən  0,  mənə  tezliklə  azad 
olunacağımı və istintaq işimin dayan- dmlacağım, mən bunu dəqiq 
xatırlayıram ləğv ediləcəyini demişdi. 
Həqiqətən  də,  1925-ci  ilin  fevralında  mən  tezliklə  həbsdən 
buraxıldım  və  belə  belə  qənaətə  gəldim  ki,  mənə  qarşı  ittihamlar 
aradan qalxdı. İşimin gedişi ilə bağlı soruşduğum məsul şəxslər də 
məni əmin etdilər. 1926-cı ilin martında ilk dəfə tutulmağımdan 1 il 
4 ay və Mogilyevskinin tapşınğı ilə həbsdən buraxıldıqdan 1 il 2 ay 
sonra  mən  Az.  DSİ  tərəfindən  DSİ  Kollegiyası  yanında  Xüsusi 
Müşavirənin  12  fevral  1926-cı  il  qanr  ilə  yenidən  həbs  edildim... 
Sonra  Moskvaya  Pambıq  müşavirəsinə  nəzərdə  tutulan 
məzuniyyətimlə əlaqədar mən orada DSİ qarşısında şəxsən müvafiq 
vəsatət qaldırmaq üçün Az. DSİ-yə müraciət etdim ki, mənim işim 
hansı  vəziyyətdədir.  Sualımla  bağlı  qəti  cavab  aldım  ki,  mənim 
sürgün edilməyim barədə qərar lazımi qaydada ləğv olunub və mən 
bir də ona görə qəti şəkildə əmin oldum ki, 28-ci ilin əvvəlində Az. 
DSİ-yə  çağnidım  və  orada  öyrəndim  ki.  Uraldan  harada 
yerləşməyim və oraya nə üçün göndərilmədiyimlə bağlı sorğu gəlib. 
Bu sorğuya cavab olaraq Urala məlumat verilib ki, mənim sürgün 
olunmağımla əlqadar qərar artıq ləğv olunub. İndi 
87 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə