Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə35/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   31   32   33   34   35   36   37   38   ...   90

3.
 
Köçərilərin bütün arandan təcrid olunmaları; 
4.
 
Qarabağın itirilməsi ehtimalı. 
Zəngəzur qəza rəisi Məlik-Namazəliyev, 11 dekabr 1918- 
ci il.” 
X.Sultanovun  1919-cu  il  iyunun  25-də  general  Şatelvortla 
Qarabağ  məsələsinə  dair  söhbətində  aşağıdakı  konkret  problemlər 
ətrafınada  fikir  mübadiləsi  olmuşdu:  ingilislərin  Qarabağ 
məsələsində  üzərlərinə  götürdükləri  öhdəliklər  və  onlara  əməl 
edilməməsi;  Azərbaycan  hökuməti  nümayəndələrinin  bu  sahədəki 
tədbirləri;  bölgələrdəki  dörd  aylıq  birgə  fəaliyyətin  və  ingilis 
siyasətinin nəticələri. 
İngilislərin köməyi ilə Qarabağın sakitləşdirilməsi və burada 
Azərbaycan  hakimiyyətinin  həyata  keçirilməsi  işinin  bu  müddət 
ərzində  nə  qədər  irəliləməsi  məsələsinə  toxunan  X.Sultanov 
bildirmişdi  ki,  general  Tomsonun  Mak  Mossenə  verdiyi  təlimata 
uyğun  olaraq  o,  məlum  dörd  qəzanın  general-qubernatoru  təyin 
edilmişdi  və  mayor  həyatın  dinc  axarının  bərpasında  ona  kömək 
göstərməli idi. 
Razılaşdarılmış  siyasətə  və  xəttə  uyğun  olaraq  ingilislər  bu 
kimi tədbirləri görməyi öz üzərlərinə götürmüşdülər: 
1.
 
Ermənilər tərəfindən atəşə tutulan Ağdam-Füzuli və erməni 
rayonlarından keçən Şuşa-Füzuli yollarının açılması; 
2.
 
X.Sultanovun  Şuşadakı  ingilis  missiyası  ilə  birgə  işləyib 
hazırladığı və erməni Milli Şurası tərəfindən qətiyyətlə rədd edilən 
“modus vivende” formulasmın reallaşdırılması; 
5.
 
Dağlaq  Qarabağda  Azərbaycan  hakimiyyətinin  bərqərar 
olunmasının təmin ediləcəyi
d.Andronikin  və  onun  dəstəsinin  Ermənistana  Yevlaxdan 
keçirilməsi; 
5.
 
Azərbaycan hakimiyyətinin bərqərar olunması üçün ingilis 
dəstəsinin ardınca Azərbaycan qoşunlarının Gorusa gətirilməsi
6.
 
Ermənistan  hökumətinin  Qarabağ  məsələsində  əli 
olmasınm (Azərbaycanı tanımamaq haqqında Qarabağ ermənilərinə 
yardım  mənasında)  sənədlərlə  müəyənləşdiriləcəyi  təqdirdə 
Ermənistana qarşı ölçü götürüləcəyi. 
Bütün  bunlar  üzrə  ingilislərlə  müəyyən  razılıq  əldə 
edilməsinə baxmayaraq, həmin vaxtadək onlar bəzi istisnalarla
110 


demək olar ki, həyata keçirilmişdi. General-qubernator Azərbaycan 
hökuməti nümayəndəsinin öz üzərinə götürdü}^! öhdəlikləri yerinə 
yetirməsinə dair faktlardan bəhs edərkən bildirmişdi ki
1.
 
Şuşa-Yevlax  yolunda  birinci  ayda  tam  qayda-qanun 
yaradılmış və təhlükəsizlik təmin olunmuş
2.
 
İkinci  ayın  sonuna  yaxın  Şuşa-Gorus  yolunda  da 
təhlükəsizlik bərpa edilmiş
3.
 
Əhalini  ucuz  taxılla  tə’min  etmək  üçün  general- 
qubematorluğun  hüdudlanndan  kənara  taxıl  çıxaniması  qadağan 
olunmuşdu. 
Beləliklə  X.Sultanov  dörd  aylıq  birgə  işin  -  ingilis 
komandanhğmın  yardımının  nəticələrini  yekunlaşdıraraq  bildirirdi 
ki,  bir  tərəfdən,  ingilislər  qəbul  etdikləri  qərarlann  heç  birini, 
xüsusilə  də  Zəngəzur  və  Qarabağ  ermənilərinin  Azərbaycan 
hakimiyyətini  dinc  yolla  tanımalarını  təmin  edəcəklərinə  dair 
vədlərini  yerinə  yetirməmişlər.  Digər  tərəfdən  isə  Qarabağ 
məsələsinin  həlli  ləngidilmiş.  Zəngəzurun  idarəçiliyi  müvəqqəti 
olaraq  erməni  Milli  Şurasına  verilmiş.  Dağlıq  Qarabağda 
Azərbaycanın hakimiyyəti bərqərar edilməmiş, nəticədə də bölgədə 
millətlərarası münasibətlər xeyli kəskinləşmişdi. 
Bütün işlərində son dərəcə dəqiq və məsuliyyətli olan Xosrov 
bəy Müvəqqəti Qarabağ general-qubernatorluğunun dəftərxanasının 
işə düşdüyü 1919-cu ilin 5 fevralından 31 dekabnna qədərki apardığı 
pul  əməliyyatlannm  illik  hesabatlarına  qədər  bütün  sənədləri 
saxlamışdır.  5  yanvar  1920-ci  il.  Şuşa  şəhərində  tərtib  olunmuş 
həmin 
illik 
hesabata 
görə 
Müvəqqəti 
Qarabağ 
general-qubematorluğuna; 
“Bakı şəhər xəzinədarlığından fevralın 1-də 1 saylı orderlə bir 
milyon  rubl,  aprelin  7-də  19  saylı  orderlə  1  milyon  560  min  rubl, 
iyunun 12-də 38 saylı orderlə 2 milyon 140 min rubl, iyulun 16-da 
Şuşa xəzinədarlığı vasitəsilə 2 milyon rubl vəsait ayrılıb”. 
Bundan əlavə özünün xüsusi qəzetini çıxarmaq məqsədi olan 
General-qubematorluğa  bu  məqsədlə  qəzet  kağızma  5460,  yazı 
makinalarına  (Reminqton,  Kontinental,  Smist-Premyer  adlı 
makinalara) 11 min, şrift və mətbəə üçün kassalara 34919 rubl pul 
ayrılıb. 100 ədəd milli bayraq üçün 4250 rubl ayrılıb. Bu kimi 
111 


işlərə  də  özünün  son  dərəcə  məhdud  vaxtını  ayıran  X.Sultanovu 
narahat edən başlıca məsələ isə sözsüz ki, Qarabağda və Zəngəzurda 
baş  verən  hadisələr,  onlardan  düzgün  çıxış  yollarının  tapılması, 
Azərbayeanm  dövlət  və  milli  mənafelərinin  bu  bölgələrdə  tam 
qorunmasına nail olunması idi. 
Zəngəzurdakı  gərgin  vəziyyətdən  çıxış  yolları  arayan  X. 
Sultanovun  ADR-in  Baş  nazirinə  və  DİN-nə  göndərdiyi  2  yanvar 
1920-ci  il  tarixli  məktubu  Qərb  dövlətlərinin  regiondakı 
nümayəndəliklərinin  və  rəsmi  İrəvanın  mövqeyini  açıqlamaqla  o 
dövrün  siyasi  şəraitini  aydınlaşdırmağa  imkan  verir.  Məktubdan 
aşkarlanır  ki.  Abdallardan  nizami  hissələrin  çıxarılması  ilə  100 
verstlik  ərazidə  250  mühafizəçi  və  1500  partizanın  ümidinə  qalan 
azərbaycanlı  əhalisinin  çıxılmaz  vəziyyətə  düşməsinə  dair  X. 
Sultanovun  dəfələrlə  edilən  bəyanatları  elə  bir  əməli  nəticə 
verməmişdi.  General-qubernator  belə  bir  cəhəti  də  qeyd  edirdi  ki, 
onun  Haskel  və  Xatisyandan  (Ermənistanın  Baş  naziri)  aldığı 
teleqramlardan  göründüyü  kimi,  ermənilərin  həm  təcavüzkarlıq 
hərəkətləri,  həm  də  ni}^ət  və  planları  dəyişməz  qalır  və  hələlik 
tədbirlər görülmür. Məktubun sonunda isə Zəngəzurun azərbaycanlı 
əhalisinin  hər  cür  təhlükəsizliyi  üçün  yardım  göstəriləcəyinə  bel 
bağlamağın  mümkünlüyü  sualı  qoyulurdu.  Həmin  qarətçilik 
hərəkətləri  və  erməni  nizami  hissələrinin  Zəngəzurdan  Şuşa 
istiqamətində  irəliləməsi  barədə  ADR  tərəfindən  Ermənistan 
hökumətinə nota verildi. Ermənistan hökuməti isə müəyyən hazırlıq 
tədbirlərindən sonra 1920-ci il yanvarın 19-dan etibarən bölgədəki 
müharibənin yeni, daha amansız mərhələsini başladı. 
Qaryagin və Cəbrayıl qəzalanndan göndərilmiş teleqramlann 
surətini general Tomsona özünün 6 dekabr 1918-ci il tarixli məktubu 
ilə  birlikdə  göndərən  F.Xoyski  yazırdı:  “Mənim  gecə  aldığım  iki 
teleqramı  məlumat  üçün  Siz  əlahəzrətlərinə  göndərirəm.  Bu 
teleqramlarda  əlahəzrətləri  baxın,  müsəlman  əhalisi  Andronikin 
başçılıq  etdiyi  cinayətkar  erməni  quldur  dəstələri  tərəfindən  hansı 
qeyri-insani  iztirablara  düçar  edilir,  təhqirlərə  məruz  qoyulur. 
Fürsətdən  istifadə  edib,  hörmət  və  izzətimi  qəbul  etmənizi  xahiş 
edirəm. Baş nazir Xoyski”. 
112 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə