Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə31/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   27   28   29   30   31   32   33   34   ...   90

ərazisində  gündəlik  işinin  təşkilinə  nail  olmalı,  həm  də  digər 
strukturlarla əlaqəli işləri lazımi səviyyədə qurmaqla hökumətin tam 
normal  fəaliyyət  göstərməsinə  şərait  yaratmalı  idilər.  Belə  məs’ul 
dövrdə  son  dərəcə  vacib  vəzifələrdən  biri  də  Xosrov  Paşa  oğlu 
Sultanova həvalə olundu. 
Xosrov  Paşa  oğlu  Sultanov  ADR-in  Torpaq  naziri  təyin 
edildi. Əhalisinin əksər hissəsinin kənddə yaşadığı bir respublikada 
bunun nə demək olduğunun əlavə izahata yəqin ki, ehtiyacı yoxdur. 
Yalnız  belə  bir  faktı  yada  salaq  ki,  həmin  ərəfədə  Rusiyada  baş 
vermiş sonuncu fevral burjua demokratik inqiabı da daxil olmaqla 
əksər inqilabların və üsyanların qarşıya qoyduğu başlıca tələblərdən 
biri  məhz  torpaq  məsələsi  (torpağın  kəndlilərə  paylanması) 
olmuşdu.  Bu  amil  də  nəzərə  alınsa,  yeni  hakimiyyətin  yerlərdə 
möhkəmlənməsi əslində bu problemi necə həll etməsindən çox asılı 
olacaqdı və bunu ADR dövlətini təmsil edən şəxslər də yaxşı başa 
düşürdülər.  Yenə  də  Fətəli  xan  Xoyski  tərəfindən  1918-ci  ilin  22 
dekabrında təşkil olunan üçüncü hökumətdə də (22 dekabr 1918-ci il 
-  14  aprel  1919-cu  il)  X.P.Sultanov  torpaq  naziri  təyin  edilmişdi. 
Təkrar eyni vəzifəyə təyinat alması Xosrov bəyin bu sahənin rəhbəri 
kimi  öz  işinin  öhdəsindən  layiqincə  gəldiyini  sübuta  yetirən  ən 
tutarlı və təkzibolunmaz fakt, dəlildir. Yeri gəlmişkən, bir faktı da 
oxucuların  diqqətinə  çatdıraq  ki,  X.Sultanov  başqa  vəzifəyə 
keçiriləndən  sonra  onun  yerinə  həmin  sahəyə  nazir  üçüncü 
hökumətdə  əvvəl  poçt-teleqraf  və  əmək  naziri  olan  A.Səfıkürdlü 
təyin edilmişdir. 
Xosrov  Paşa  bəy  (oğlu)  Sultanov  1880-ci  ildə  Qarabağda, 
Şuşa  şəhərində  anadan  olmuşdur.  İbtidai  təhsilini  Şuşada  alan 
X.Sultanov  rus  dilini  mükəmməl  öyrənmiş  və  Xarkov  şəhərində 
institutun tibb fakültəsinə daxil olmuşdur. Atasının arzusu onu tibb. 
Sultanı isə hərb elminə yiyələnmiş şəxslər kimi görmək idi və Paşa 
bəy bu  yolda bütün qüvvəsi ilə səy göstərmişdir. Xosrov bəy tibb 
təhsilini  Xarkov  şəhəri  ilə  yanaşı,  bir  müddət  Odessa  şəhərində 
davam  etdirmiş,  burada  N.Nərimanovla  tanış  olmuş  və  dostluq 
etmişdir. Tələbəlik illərində bir rusla duelə çıxan bu qızğın gənc sol 
gözündən zədə almışdır. Ancaq bu zərbədən qəti özünü itirməyən 
Xosrov bəy həmin oğlanı bir atəşlə yerə sərmişdir. Ali 
98 


təhsilini  başa  vurduqdan  sonra  Vətənə  dönən  Xosrov  bəy  fevral- 
burjua inqilabına qədər öz ixtisası üzrə Bibiheybət xəstəxanasında 
həkim  işləmiş,  Bakının  ictimai-siyasi  həyatında  yaxından  iştirak 
etmişdir. 
“Azərbaycan  Cümhuriyyəti  sənədlər  və  materiallar  1918- 
1920-ci  illər”  məcmuəsində  onun  barəsində  aşağıdakılar  qeyd 
olunmuşdur; 
“X.P.Sultanov 
(1879-1941) 
Novorossiysk 
universitetinin  tibb  fakültəsini  bitirmişdir  (1903).  Tiflisdə  həkim 
işləmişdir.  1917-ci  ilin  fevral  inqilabından  sonra  “Müsavat” 
partiyasına  daxil  olmuşdur.  Zaqafqaziya  Seyminin  üzvü  olmuş  və 
“İttihad”  partiyasına  keçmişdir.  Birinci  hökumətdə  hərbi  nazir, 
ikinci  və  üçüncü  hökumətdə  torpaq  naziri  olmuşdur.  12  fevral 
1919-cu  ildə  Qarabağ  general-qubernatoru.  1920-ci  ilin  28 
aprelindən  sonra  Türkiyədə  yaşamışdır.  Bu  kitabda  həm  Xosrov 
bəyin anadan olduğu il, həm tibbi təhsil aldığı şəhərin adı başqa cür 
göstərilmiş,  həm  də  onun  sovet  cəza  orqanları  tərəfindən  həbs 
olunduğu barədəki fakt qeyd olunmamışdır. 
Bir  neçə  başqa  mənbədə  də  Xosrov  bəyin  məhz  1879-cu  il 
mayın 10-da anadan olduğu göstərilir. 
Vətənpərvər bir ziyalı kimi millətinin tərəqqisi və sağlamlığı 
yolunda  qeyrətlə  çalışması,  milli  mənafelərlə  bağlı  məsələlərin 
həllində  həmişə  prinsipial  mövqe  tutması  onu  gələcək  əqidə 
yoldaşları ilə yaxınlaşdırır. Bunların bir çoxu o şəxslər idilər ki, az 
sonra Azərbaycanın müstəqillik qazanmasında böyük işlər görəcək. 
Şərqdə ilk Demokratik Respublikanın yaradıcıları sırasında layiqli 
yer tutacaqdılar. X. Sultanovun taleyinə həmin şəxslərlə bir  yerdə 
olmaq, onlara çiyindaşlıq etmək, ADR-in hökumət quruculuğunda 
iştirak etmək qisməti düşmüşdü. 
Xosrov  bəyin  hərbi  nazir  təyin  olunmasının  təsadüfi 
olmadığını təsdiq edən onlarla faktdan ikisini də oxucunun diqqətini 
çatdırmaq istəyirik. 15 yanvar 1919-cu ildə Gəncə quberniyasından 
ayrılaraq  təşkil  edilən  yeni  Qarabağ  general-  qubematorluğunun 
qubernatoru  təyin  edilən  Xosrov  bəy  1919-cu  il  martın  21  -dən 
30-na  qədər  Əsgəran  döyüşlərində  general  Dronun  quldur 
dəstələrini darmadağın etmişdi. Yaxud başqa bir fakt. Həmin il iyun 
ayının əvvəllərində Şuşaya gizli yolla silah gətirən 
99 


erməni  milli  şurasının  üzvlərini  həbs  edib,  onları  Qarabağ 
ərazisindən çıxartdırmışdı. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi  Xosrov  Paşa  bəy  Sultanov 
Fətəli  xan  Xoyski  tərəfindən  təşkil  edilən  Azərbayeanın  birinci 
hökumətində hərbi, ikinci və üçüncü hökumətində isə torpaq naziri 
təyin olunmuşdu. Təəssüf ki, əlimizdə X.Sultanovun hər iki sahənin 
naziri  kimi  necə  fəaliyyət  göstərdiyini  tam  dolğunluğu  ilə  əks 
etdirən arxiv materiallan və tarixi faktları əks etdirən digər sənədlər 
yoxdur.  O,  bu  vəzifələrdən  birincisini  cəmi  20,  ikincisi  və 
üçüncüsünü  isə  üst-üstə  on  aya  qədər  müddətdə  yerinə  yetirmiş, 
hökumətin  bu  sahələrlə  bağlı  apardığı  müzakirələrdə  və  mühüm 
qərarların qəbul olunmasında əsas söz sahiblərindən biri kimi iştirak 
etmiş, respublikanın ilk dövlət strukturlarının formalaşdırılmasında 
digər hökumət üzvləri ilə yanaşı bilik və səriştəsini əsirgəməmişdir. 
Yəqin  ki,  gələcəkdə  arxiv  materiallarının  daha  dərindən 
araşdırılması tədqiqatçılara Xosrov bəyin həmin dövrlərdəki əməli 
fəaliyyətinin  tam  dolğunluğu  ilə  işıqlandırılaraq,  xalqa 
çatdırılmasına  imkan  verəcəkdir.  Ümid  edirik  ki,  gələcək  nəsil 
Xosrov Paşa bəy Sultanov kimi dövlət xadimlərimizin xidmətlərini 
layiqincə  qiymətləndirmək  naminə  onun  həyatının  sonrakı, 
mühacirət  dövrü  ilə  bağlı  da  lazımi  tədqiqat-araşdırma  işləri 
aparacaqdır. İndilik isə biz kifayət qədər material olmadığını nəzərə 
alaraq,  onun  avtobioqrafiyasının  general-qubernatorluq  mərhələsi 
haqqında daha geniş söhbət açmağı lazım bilirik. 
Əwala  onu  qeyd  edək  ki,  1918-ci  ildə  Zəngəzurda  və  digər 
ərazilərdə ermənilərin azərbaycanlılara qarşı vəhşilikləri daha geniş 
miqyaslar 
almağa 
başlamışdı. 
Azərbaycan 
əhalisinin 
müdafiəsizliyindən istifadə edən daşnak tör-töküntüləri ağlasığmaz 
cinayətlər  törədir,  yerli  əhalini  öz  dədə-baba  yurdundan  didərgin 
salmağa,  həmin  əraziləri  ələ  keçimıəyə  çalışırdılar.  Aşağıdakı 
teleqram həmin dövrdə haş vermiş onlarla kütləvi qanlı hadisələrdən 
biri ilə bağlıdır. 
Zəngəzur  qəza  rəisinin  Andronikin  və  onun  dəstəsinin 
törətdiyi  vəhşiliklər  haqqında  telaqramı:  “Gəncədəki  hökumətdən 
aşağıdakı məzmunda teleqram alınmışdır: “İngilis-fransız 
100 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə