Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə39/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   35   36   37   38   39   40   41   42   ...   90

tədqiqatlar deyəcəkdir. N.Nərimanovun Azərbaycan tarixində hansı 
rolu  oynaması  barədə  mübahisələrə  qoşulmadan  və  bu  böyük 
şəxsiyyətin  xalqımız  qarşısındakı  danılmaz  tarixi  xidmətlərini 
azaltmadan  yalnız  onu  deyə  bilərik  ki,  Azərbaycan  daxilində 
aparılan  bolşevik  təbliğatı  nəticədə  respublikanın  dövlət 
müstəqilliyinin  itirilməsinə,  Rusiya  imperiyasının  yeni  cilddə 
sərhədlərimizdə  peyda  olmasına  və  Vətənimizi  işğal  edilməsinə 
gətirib  çıxardı.  Yerli  xəyanətkarların  əli  ilə  baş  tutmuş  həmin 
çevriliş  aktından  təqribən  iki  il  sonra  vaxtilə  bolşevik  təbliğatı 
aparan  N.Nərimanov  bir  nömrəli  bolşevik  Leninə  yazacıqdı: 
“Müstəqil Azərbaycan sözü məgər sizin dilinizdən çıxmamışdırmı”. 
Ancaq onun az qala acı fəryad kimi səslənən bu sualına yalnız 71 
ildən sonra cavab veriləcəkdi. 
Xosrov  Paşa  oğlu  Sultanovun  keşməkeşli  həyatının 
Azərbaycanın XI qırmızı ordu tərəfindən işğal olunmasına qədərki 
dövrü  haqqında  qısa  şəkildə  qeyd  etdiyimiz  bu  faktların,  eləcə  də 
ömrünün mühacirətlə bağlı mərhələsinə aid faktlann arxasında onun 
çoxsahəli,  əvəzedilməz  fəaliyyəti,  Azərbaycanın  tərəqqisi  və 
xoşbəxt  gələcəyi  yolunda  böyük  xidmətləri  durur.  Qədirbilən 
xalqımız  bu  gün  həmin  xidmətləri  yüksək  qiymətləndirir.  Xosrov 
bəyin adı Azərbaycanın ilk Demokratik Respublikasının yaradıcdan 
olmuş millət fədailəri sırasında fəxrlə çəkilir. 
122 


Rəfibəylilərdən biri 
“Zati  Alilərinizə  1689  saylı  məktuba  əlavəni  və  Hökumətin 
102  saylı  sərancamınm  surətini  göndərərirəm.  Zati  Alilərinizdən 
xahiş edirəm, ordumuzun hazırkı vəziyyətində vətənimizi müdafiə 
etməkdə son dərəcə vacib olan partizan işinin təşkilində yardımınızı 
əsirgəməyəsiniz. 
Yalnız Daxili İşlər Nazirliyi, şəhər idarəetmə orqanlarının və 
gələcək  torpaq  şöbəsi  idarələrinin  birgə  fəaliyyəti  ilə  silah 
gəzdimıəyə qadir müsəlman əhalisini tezliklə səfərbərliyə almaq və 
təşkil etmək, Azərbaycan silahlı xalqının zərbə qüvvəsi olacaq hərbi 
hissələrin kadrlarını səfərbər etmək mümkündür. 
Gəncə quberniyası partizanlarının toplantı məntəqələri ümumi 
hərəkət  planına  görə  Gədəbəy  və  Qazax  təyin  edilir.  Əsgərlərin 
sayının  müharibə  dövrü  miqdarına  çatdırılması,  qoşunların 
komplektləşdirilməsi üçünsə, silahlı adamların toplaşacağı məntəqə 
Gəncə şəhəri olmalıdır. 
Bu  sənədlə  yanaşı  bütün  quberniyada  ümumi  iş  üçün  vahid 
sxem  kimi  qəbul  edilməsini  mümkün  saydığım  general-mayor 
Vəkilovun Qazax dəstəsi üzrə qeydlərinin surətini əlavə edir və onu 
da  bildirirəm  ki,  böyük  partizan  dəstələrinə  başçılıq  üçün  təyin 
edilmiş  zabitlər  olacaqdır,  daha  azsaylı  dəstələrə  isə  köməyinə 
zabitlər  veriləcək  yerli  nüfuzlu  şəxslər  komandirlik  edəcəklər. 
Adamlar dəmiryolu ilə, yaxud piyada toplantı məntəqələrinə - 
123 


Gəncə,  Qazax,  Gədəbəyə  gələrkən  öz  təminatlarını  özləri 
ödəməlidirlər,  toplantı  yerlərində  isə  onlara  yemək  pulu 
veriləcəkdir. Quberniyadan təqribən nə qədər silahlı piyada toplana 
biləcəyini  müəyyənləşdirmək  yaxşı  olardı.  Onda  bəri  başdan 
adamların  güllə  və  ərzaqla  İntendant  və  Artilleriya  anbarlarından 
təminatı  üçün  işlər  gönnək  olardı.  Hansı  gün  hansı  stansiyaya  nə 
qədər adam üçün qatar göndərilsin ki, lazımi toplantı məntəqəsində 
tezliklə  yığılmaq  mümkün  olsun.  Bütün  anlaşılmazlıqlar  və 
aydınlaşdırma tələb olunan məsələlərlə bağlı zəruri izahat verilməsi 
üçün general-mayor Vəkilova tapşırıq verilmişdir. Tiflisdən qayıdan 
kimi o, təcili surətdə yanınıza gələcəkdir. 
P.S.  Fövqəladə  məxfi  olduğu  üçün  xahiş  edirəm  saxlamaq 
lüzumu  yoxdursa  göndərilən  surəti  geri  qaytarasınız.  General- 
leytenant  Sulkeviç.  general-kvartimeystr  vəzifəsini  icra  edən 
podpolkovnik Zeynalov”. 
Tam  məxfi  qrifli,  1906  saylı  25  may  1919-cu  il  tarixli  bu 
məktub  Azərbaycan  Xalq  Cümhuriyyəti  Hərbi  nazirliyinin  Baş 
qərərgah rəisi general-leytenant  Məmməd bəy Sulkeviç tərəfindən 
Gəncə qubernatoru Xudadat bəy Rəfıbəyova göndərilib. Bu həmin 
vaxtlar idi ki, gənc respublikanın öz ərazi bütövlüyünü təmin etməyə 
gücünün çatmayacağma inanan erməni daşnaklarının başçılıq etdiyi 
silahlı  dəstələr  İrəvanda,  Naxçıvanda,  Zəngəzurda  və  Qarabağda 
qanlı qırğınlar törədir, qədim türk torpaqlarını ələ keçirmək üçün on 
illərlə cızılmış planları reallaşdırmağa çalışırdılar. Azərbaycan Milli 
Ordusunun hələ tam təşkilatlanmadığı, adı çəkilən bölgələrə yaxın 
ərazilərdə yerli əhalinin hərtərəfli müdafiəsi üçün qüvvələrin kifayət 
qədər olmadığı bir dövrdə quberniyalarda bu işin təşkilini Vətənin 
xilası naminə fədakarlıqla xidmət göstərməyə hər an hazır olan və 
xalq arasında böyük nufuza malik Xudadat bəy kimi şəxsiyyətlər öz 
üzərinə götürmüşdülər. 
Xudadat  bəy  Rəfibəyov  kim  idi  və  onun  Azərbaycan 
qarşısındakı  xidmətləri  nədən  ibarət  olub?  Bən  oaşdan  deyək  ki, 
indiyədək  bu  suallara  Xuaadat  bəyin  mənsub  olduğu  çox  məşhur 
nəslin  -  Rəfibəyovlarm  barəsində  yazan  müəlliflər  faktik 
materialların imkan verdiyi dərəcədə toxunmuş, bəzi tarixi 
124 


 


126 
 


tez-tələsik  güllələdiyini  bilmək  lazımdır.  Nə  üçün  o,  yeni 
hakimiyyətin nəzəaində daha təhlükəli düşmən idi və N.Nəri- manov 
kimi  çox  yüksək  bir  vəzifə  sahibi  və  şəxsiyyət  “Xudadat  bəyin 
ondan xəbərsiz öldürülməsindən” dərin təəssüf hissi keçirmişdi. 
Bu barədə yazmağa bir də məni Xudadat bəyin sözün həqiqi 
mənasında nəsillərə örnək olaeaq həyat və fəaliyyəti ilə əlaqədar bir 
neçə mənbədən əldə etdiyim məlumatlara istinadən onun haqqında 
daha  geniş  təsəvvür  yaratmaq, xalqımıza layiq  olduğundan qat-qat 
az  tanıdılmış  bu  görkəmli  şəxsiyyətin  qarşısındakı  ümumi  mənəvi 
borcumuzu qismən də olsa yerinə yetirmək istəyi sövq etdi. 
Belə  mənbələrdən  birində  -  “Azərbaycan  Cümhuriyyəti 
sənədlər  və  materiallar  1918-1920-ci  illər”  məcmuəsində  Xudadat 
həy haqqında aşağıdakı avtobioqrafık məlumatlar verilib: “Xudadat 
bəy  Ağa  oğlu  Rəfıbəyov  (1878-1920)  -  AR-in  dövlət  və  siyasi 
xadimi.  Xarkov  Dövlət  Universitetinin  tibb  fakültəsini  bitirib 
(1903).  Azərbaycanın  ilk  cərrahlarından  biri.  Fəal  ictimai  xadim, 
Yelizavetpolda  (Gəncə)  maarif  işinin  təşkilatçılarından.  Bir  sıra 
cəmiyyətlərin, o cümlədən ehtiyacı olanlara pulsuz yardım göstərən 
“Yelizavestpol  tibb  cəmiyyəti”nin  təşkilatçısı  və  həmsədrlərindən 
biri olmuşdur. 1917-ci ilin martında müsəlman cəmiyyətlərinin Bakı 
komitəsinin  üzvü  seçilmişdir.  Xalq  səhiyyəsi  və  himayə  naziri 
(iyun-dekabr  1918-ci  il).  1919-cu  ilin  may  ayından  Gəncə 
quberniyasının  general-qubernatoru.  Gəncədə  antisovet  üsyanı 
yatırıldıqdan sonra (may 1920-ci il) həbs olunmuş və güllələnmişdir. 
Bu tərcümeyi-hal qeydləri Xudadat bəy Rəfıbəyov haqqında 
yeganə  rəsmi  məlumatlardan  biridir.  Çünki  sovet  hökuməti  özünə 
qatı düşmən hesab etdiyi şəxsiyyətlərimiz barəsində nəinki yazmağı, 
hətta bu adamların adlannı belə çəkməyi yasaqlamışdı. Ona görə də 
Xudadat bəyin yada salmması üçün onun bütün varlığı ilə düşmən 
kəsildiyi və çox qısa bir müddət də olsa mübarizə aparmağa imkan 
tapdığı bir rejimin ömrünün sona yetməsi lazım idi. Ancaq yuxanda 
adı çəkilən məcmuədə Xudadat bəyin təvəllüd tarixi və atasının adı 
başqa mənbələrdəki və istintaq işindəkindən 
127 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə