Fuad İskəndərov



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə36/90
tarix14.03.2018
ölçüsü2,79 Kb.
#31379
1   ...   32   33   34   35   36   37   38   39   ...   90

Qaryagindən  gələn  teleqramdan:  “Artıq  neçə  gündür  ki, 
Zəngəzur  qəzasında  olduğu  kimi  ermənilər  Andronikin  başçılığı 
altında müsəlmanları amansızlıqla qırırlar. Bir sıra kəndlər tamamilə 
dağıdılmış və yandırılmışdır. Adamlar kütləvi şəkildə öldürülmüş və 
yaaalanmışlar.  Xilas  olan  sakinlərin  bir  hissəsi  İrana  keçmiş,  bir 
hissəsi  Araz  çayı  kənarında  yersiz-yurdsuz  qalmışlar.  Yerdə  qalan 
kəndlər məhvolma ərəfəsindədir...” 
Cəbrayıl qazasından : “Zəngəzurda ermənilər əllidən çox tatar 
kəndini dağıtmışlar. Ölənlər və yaralananlar minlərlədir. Andronik 5 
min nəfərlik dəstə ilə üçüncü gündür ki, Şuşaya daxil olmaq üçün 
Zabux  kəndindədir.  Türk  komendantı  gedib.  Qəza  rəisi 
fəaliyyətsizdir.  Əhali  panika  altında  İrana  qaçır.  Təşkilatçılıq 
yoxdur. Yalvarırıq nəhayət bədbəxt Zəngəzura ingilis və amerikan 
hökuməti  nümayəndələrinin  diqqətini  cəlb  edin.  Beşinci  sahənin 
bütün,  dördüncü,  üçüncü  və  ikinci  sahənin  bir  hissə  kəndləri 
dağıdılmışdır”. 
O dövrdə Qarabağ və Zəngəzurda baş verən hadisələr bütün 
respublika ictimaiyyətinin diqqət mərkəzində idi və nəinki ziyalılar, 
əhalinin ən savadsız hissəsi də imkan düşdükcə bu hadisələr barədə 
öz  narahatlığını  hakimiyyət  orqanlarına  çatdırmağa  cəhd 
göstərirdilər. Bütün bunları nəzərə alan “Azərbaycan” qəzeti 5 aprel 
1919-cu  ildə  Qarabağ  general-  qubernatoru  X.P.Sultanovla 
müsahibə  dərc  etmişdi.  Bu  müsahibə  həmin  dövrdə  ümumən 
regionda baş verən hadisələr barəsində müəyyən təsəvvür yaratması 
ilə bərabər, onun başqa bir əhəmiyyəti X.Sultanovun bir ziyalı kimi 
ümumilli problemlərə hansı mövqedən yanaşdığını göstərməsindən 
ibarətdir.  Müsahibədən  bəzi  məqamları  oxucuların  diqqətinə 
çatdırırıq: 
“Belə bir fakt kədər doğurur ki, Qarabağda milli məsələlərin 
düzgün  işıqlandırılmaması  Qarabağ  əhalisinin  xeyirxah  qarşılıqlı 
münasibətlərinə çətin aradan qaldınlan zədə vura bilər. Əhali üçün 
arzu edilən hakimiyyət ən nəhayət onu tox saxlayan və ehtiyaclarını 
ödəyən,  həmçinin  həyatını  və  əmlakını  təhdid  edən  təhlükədən 
qoruyan 
hakimiyyətdir. 
Qarabağ 
əhalisi 
müxtəlif 
tipli 
eksperimentlərdən,  millətçi,  həm  də  sosialist  tipli,  azmı  ziyan 
çəkmişdir ki, bir də siyasi mübarizədə fəal iştirak etsin. Təəssüf ki, 
özlərini demokrat sayan, ancaq xalq maraqlarının ifadəsi 
113 


baxımından  demokratiya  ilə  heç  bir  yaxınlığı  olmayan  siyasi 
partiyaların bəzi nümayəndələri xalqı özlərinin doğru hesab etdikləri 
yolla  apanrlar  və  öz  məqsədlərinə  çatmaqdan  onlan  hətta  terror 
aktları  da  dayandıra  bilməz.  Əhali  üzərində  aparılan 
eksperimentlərin əsasında ən yaxşı halda partiya xarakterli terrorçu 
düşüncə, ən pis halda isə şəxsi maraq və mənfəətləri dayanır. Son iki 
ay  ərzində ermənilər tam  təhlükəsiz şəraitdə Qarabağın  müsəlman 
(azərbaycanlı) rayonlarına gəlib-gedirlər. Digər tərəfdən biz görürük 
ki,  müsəlmanların  erməni  kəndlərinə  gediş-  gəlişi  təhlükəlidir  və 
nadir hallarda müsəlmanlardan kimsə öz işi ilə bağlı buna  cəsarət 
edə  bilər.  Bunda  günahı  mən  xalq  kütləsində  deyil,  ayn-ayrı 
şəxslərdə, bu kütləni terror altında saxlayan, öz proqramının həyata 
keçrilməsinə  məcbur  edənlərdə  görmürəm.  Qarabağı  iqtisadi 
cəhətdən  bütöv  hesab  edib,  onu  siyasi  cəhətdən  ikiyə  parçalamaq 
olmaz.  Bütün  Qarabağ  bütöv  və  bölünməzdir,  bədəni  başdan  və 
yaxud  başı  bədəndən  ayırmaq  və  bədənin  yaşamasını  arzu  etmək 
mümkün  deyil.  Qarabağın  parçalanmasını  arzulayan  şəxslər  öz 
xalqının  düşmənidir...  Qarabağ  iqtisadi  və  fizioloji  cəhətdən 
Azərbaycanın  digər  əraziləri  ilə  sıx  surətdə  bağlıdır.  Əhalisinin 
böyük  əksəriyyəti  azərbaycanlılardır.  Müsəlman  rayonları  ilə  tam 
əhatə  olunmuş  erməni  rayonunun  Ermənistanla  heç  bir  iqtisadi 
əlaqəsi və ərazi bağlılığı yoxdur. Söhbət yalnız ədalətli və qərəzsiz 
idarəetmə nümunəsi yaratmaqdan gedə bilər. Əhalinin fırəvanlığını, 
qanunçuluğu və hüquqi normaları əsas tutan bütün dövlətlər isə buna 
əməl etməyə borcludurlar.” 
X.P.Sultanovun həyatında öz xalqının mənafeyini hər şeydən 
üstün tutduğunu sübuta yetirən belə məqamların sayı çoxdur. Onun 
əsl  vətənpərvər,  millətsevər  olduğunu  təsdiqləyən  belə  faktlar 
arasında  mühacirət  həyatı  ilə  bağlı  olanlar  da  az  deyil.  Ancaq 
mühacirətə  getməzdən  bir  neçə  ay  qabaq  X.Sultanov  da  yüzlərlə, 
minlərlə millət fədaisi kimi sovet cəza orqanlarının repressiyalanna 
məruz  qalmışdı.  28  aprel  çevrilişi  ilə  müstəqil  Azərbaycan 
dövlətininin  taleyini  əvvəlcə  XI  qırmızı  orduyla,  sonra  qırmızı 
imperiyaya  bağlayan  bolşeviklərin  özlərinin  qatı  düşməni  bilib  ilk 
həbs etdikləri şəxslər sırasında Xosrov bəy də var idi. Sovet 
114 


cəza oqanları tərəfindən həbs edildiyi vaxt o, Qarabağ hərbi İnqilabi 
Komitəsinin  sədri  (çox  qısa  müddətdə,  təqribən  cəmi  iki  həftə) 
işləyirdi.  Ancaq  sovet  hökumətinin  ilk  illərində  çox  mühüm  post 
sayılan bir vəzifədə olması da onu respressiyadan xilas edə bilmədi. 
Xosrov  Paşa  oğlu  Sultanovun  519  saylı  həbs  kağızından 
məlum  olur  ki,  o,  12  may  1920-ci  ildə  həbs  olunarkən  Şuşa 
şəhərində İnqilabi Komitənin sədri imiş. Həmin həbs kağızında daha 
sonra;  “ixtisası  həkim,  həkim  işləyir.  Ailəsi  yoxdur”  yazılmışdır. 
Hansı  əsasla  tutulduğu  qeyd  edilən  qrafada  isə  “Pankratovun 
göstərişi ilə həbs olunub”, yazılmışdır. 
X.Sultanovun  Qarabağ  İnqilabi  Komitəsinin  sədri  təyin 
olunması ilə bağlı qərar 1920-ci il may ayının 1-də verilib. Həmin 
gün  axşam  saat  9-da  öz  iclasını  keçirən  İnqilabi  Komitə  Qarabağ 
ərazisində  bütün  qəza  komissarlarına,  qəzalara  və  Yevlax 
komissarına elan olunması üçün aşığıdakı qərarları qəbul edir: 
1.
 
Azərbaycanda  sovet  hökumətinin  qurulması  və  Xalq 
Komissarları  Şurası  Hökumətinin  təşkil  olunması  ilə  əlaqədar 
Qarabağda müvəqqəti general-qubematorluq haqqında əsasnamə 28 
apreldən etibarən ləğv edilmiş hesab olunsun. 
2.
 
Keçmiş  Qarabağ  general-qubematorluğunun  dəftərxanası 
İnqilabi Komitənin dəftərxanasına çevrilsin. 
3.4 qəza hüdudunda - Şuşa, Zəngəzur, Cəbrayıl və Cəvanşir 
qəzalarında  bütün  hakimiyyətin  İnqilabi  Komitə  təşkilatına 
verilməsi elan edilsin. 
4.
 
İnqilabi  Komitənin  heyəti;  sədr  Xosrov  Sultanov,  sədr 
müavini  Bahadur  Vəlibəyov,  katib  Məmməd  Həsən  Mirzəcanov, 
İnqilabi  Komitənin  üzvləri:  Ocaqqulu  Musayev,  Məmməd  Əli 
Qayıbov, Fərhad Ağayevdən ibarət olsun. 
5.
 
Qəza  rəisləri  və  pristav  vəzifələri  ləğv  edilmiş  sayılır  və 
onlar qəza və sahə komissarları ilə əvəz olunur. 
6.
 
Mühafizəçilərin adı dəyişdirilib xalq milisi olur. 
7.
 
Partizanlar  bu  gündən  etibarən  Qırmızı  kəndli  qvardiyası 
adlanır. 
Sənədə X.Sultanov, B.Vəlibəyov və İnqilabi Komitənin işləri 
üzrə icraçı Hacıbəyov qol çəkiblər”. 
115 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə